Məhkəmə qərarları › İş №2-1(116)-528/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-528/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-528/2024 18.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “ünvan 1-ə dair X5 cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə ərizəçi İddiaçı “iddiadan imtina” barədə ərizəsinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi və cavabdeh tərəfindən X3 verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2800/2023 nömrəli qərardadı ilə X7 və X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ünvan 1-ə dair X5 cavabdeh tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-528/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxs X4 adına tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********63-10301 reyestr nömrəli çıxarışın ümumi sahəsi 247,60 kv.m olan fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, hazırda X7 ilə mübahisələndirilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı razılığa gəlmişlər. Belə ki, xx.xx.1994-cü il tarixli vəsiyyətnaməyə əsasən X8 ona məxsus olan ünvan 3 ünvanda yerləşən dörd otaqlı şəxsi evini oğlanları İddiaçı və X5 bərabər payda vəsiyyət etmişdir. İddiaçı gələcəkdə atası X6 ona çatacaq miras payından imtina etmişdir. Bunun müqabilində X2 20000 (iyirmi min) manat pul almışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-528/2024 nömrəli qanuni qüvvəyə minməmişdir. Bu səbəblə iddiaçı iddiadan imtina etdiyini bildirmişdir. İş üzrə üçüncü şəxslərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 həmçinin xx.xx.2024-cü il tarixdə şəxsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlamış, ərizəyə İddiaçı xx.xx.2024-cü il tarixli “iddiadan imtina edilməsi” barədə ərizəsini əlavə etmiş və bildirmişdir ki, iddiaçı iddiadan imtina etməsi barədə məhkəməyə ərizə verdiyindən üçüncü şəxslər işin icraatına xitam verilməsinə razıdırlar. Üçüncü şəxslərin nümayəndəsi və vəkili ərizəsində iddiaçının iddiadan imtina etmə barədə ərizəsini qəbul etməklə 2-1(116)-528/2024 nömrəli işin icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı “iddiadan imtina edilməsi” barədə ərizəsinin surətini xx.xx.2024-cü il tarixli məktubla iş üzrə cavabdehə göndərmiş, iddiaçının iddia tələbindən imtina etməsinə münasibət bildirilməsi (razılaşıb-razılaşmaması barədə) xahiş olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-992/2024 nömrəli məktubundan görünür ki, iddiaçının iddiadan imtina etməsinə etiraz edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı ərizəyə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan ərizəyə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. ... 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və cavabdeh iddiaçının iddiadan imtinasına etiraz etmədiyindən, onun iddiadan imtinası qəbul edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-528/2024 nömrəli qərarı ləğv edilməli və 2-1(116)-528/2024 nömrəli işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 551., 55.2, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-528/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “ünvan 1-ə dair X5 cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” tələbinə dair 2-1(116)-528/2024 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar