Məhkəmə qərarları › İş №2-1(116)-529/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-529/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-529/2021 19.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı Fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon Dövlət Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının X5 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın xx.xx.1952-ci il torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25mx35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağa dair yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı Fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon Dövlət Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının X5 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın xx.xx.1952-ci il torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25mx35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağa dair yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı atası və anasının vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında atasından qalan ev və torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmişdir. Lakin kadastra baxarkən iddiaçıya məlum olmuşdur ki, Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli qərarı ilə atasının adına olan torpaq sahəsi onlardan xəbərsiz, heç bir sənəd tələb etmədən azaldılaraq iddiaçının anasının adına rəsmiləşdirilmişdir. İddiaçı bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeyd olunan inzibati orqanlara müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatıdırılmışdır ki, tələbinin “Qax Rayon Dövlət Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının X5 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinə iddia ərizəsində cavabdehlər kimi qeyd etdiklərinin heç biri cavabdeh deyil. Bundan başqa tələbinin “plan-ölçünün ləğvi və mülkiyyət hüququnun qeydə alınması” hissəsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilməmişdir. İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini qeyd edərək, “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı Fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon Dövlət Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının X5 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın xx.xx.1952-ci il torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25mx35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağa dair yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********18 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında fərdi yaşayış evinin 0.0514 ha həyətyanı torpaq sahəsinə İddiaçı mərhum anası X3 adına ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən A № 067028 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat vardır (faktiki torpaq sahəsi 583 kv.m). Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnda vətəndaşın təqdim etdiyi Qax rayon Kommunal təsərrüfat şöbəsi tərəfindən verilmiş xx xxxx 1952-ci il tarixli akt mövcud deyildir. Təqdim edilən xx xxxxxxx 1959-cu il tarixli “mülkiyyət hüququ ilə fərdi yaşayış evinin tikinitisi üçün ayrılmış torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.6-cı bəndində göstərilsə də, torpaq sahəsi 600 kv.m göstərilmişdir (fasad boyunca 25.0 m, sağ sərhəd boyunca 35.0 m göstərilsə də, arxa sərhəd və sol sərhədin ölçüləri göstərilməmişdir). Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı əsasında yol verilir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı Fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon Dövlət Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının X5 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın xx.xx.1952-ci il torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25mx35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağa dair yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar