Məhkəmə qərarları › İş №2-1(116)-53/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-53/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-53/2021 03.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı1 vəkili X13, İddiaçı2, İddiaçı2 vəkili X3, İddiaçı2 vəkili X17 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı2) qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması", İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı1) qarşı "üçüncü şəxs X6 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1962-ci ilin dekabr ayında X8 adına 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi cəmi 1056 kv.m olmuşdur. Vartaşen (indiki Oğuz) rayon şəhər sovetinin 1969-1971-ci il tarixli 11 nömrəli təsərrüfatbaşına uçot kitabında X9 təsərrüfatının xüsusi istifadəsində olan 0,75 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. ünvan 21-a ünvanında yerləşən 2 fərdi yaşayış evi ilə bağlı 1977-ci ilin yanvar ayında X8 adına (həmin ad mötərizəyə alınaraq İddiaçı2 yazılmışdır) 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, evin biri 1950-ci ildə, digəri 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 1030 kv.m olmuşdur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1982-ci ilin dekabr ayında X8 adına (həmin ad mötərizəyə alınaraq X14 yazılmışdır) 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 984 kv.m olmuşdur. X15 notariat qaydasında təsdiq edilmiş xx.xx.1982-ci il tarixli müqavilə ilə özünə məxsus olan Oğuz şəhəri N.Nərimanov küçəsi 1-də 600 kv.m torpaq sahəsində yerləşən 1950-ci ildə tikilmiş, 31,7 kv.m yaşayış və 28,6 kv.m qeyri-yaşayış sahəsi olan 2 otaqlı evi oğlu İddiaçı2 bağışlamışdır. ünvan 21-a ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1982-ci ilin dekabr ayında İddiaçı2 adına 1839 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi göstərilməmişdir. X16 xx.xx.1986-cı ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1986-cı ildə X8 adına 21 nömrəli "Qeydəalma vəsiqəsi" verilmişdir. X2 məxsus olan ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evinə xx.xx.1986-cı ildə arvadı X7 adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Oğuz Şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 6 nömrəli qərarı ilə kooperativin ərazisində torpaq payı alacaq 541 nəfər, 1471 ailənin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə Oğuz Şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 6 nömrəli qərarı təsdiq edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 10-0/93 nömrəli arayışı ilə müəyyən edildi ki, nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabı ilk dəfə 2013-cü ildə tərtib olunmuş, 2013-cü ilədək isə Oğuz şəhər əhalisinin uçotu kitabları mövcud olmuşdur. Həmin 2001- 2013-cü illər üzrə uçot kitabına görə, həm İddiaçı1, həm də İddiaçı2 və ailəsinin yaşayış yerinin ünvanı ünvan 4 olmuşdur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********18 nömrəli arayışı ilə müəyyən edilir ki, mülkiyyətinə həyətyanı torpaq sahələri verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı1 adına xx.xx.2006-cı ildə JN- 1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, İddiaçı2 adına 799,27 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A-389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, həmin sənəd Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci ildə 9625 nömrəsi ilə uçota alınmışdır. Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsi İddiaçı2 ərizəsinə xx.xx.2013-cü il tarixli 184 nömrəli cavab məktubunda bildirmişdir ki, Oğuz şəhəri "28 may" təsərrüfatı ərazisində torpaq islahatı aparılan zaman Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaşların istifadəsində olan həyətyanı və bağ sahələri ölçülmüş, sxematik planı çəkilmiş, siyahı tərtib olunmuşdur. Həmin vaxt İddiaçı2 məxsus yaşayış evi və evə aid torpaq sahəsi məlum olmayan səbəbdən İddiaçı1 adına göstərilmiş və onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün həmin şəhadətnamə şöbə tərəfindən DTXK-nə təqdim edilmiş, ilkin sənədlər əsasında İddiaçı2 məxsus ev və evə aid olan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanaraq ona təqdim edilmişdir. Oğuz RİH-in Memarlıq və tikinti şöbəsi xx.xx.2015-ci il tarixli 09 nömrəli arayış verərək bildirmişdir ki, ünvan 7-də yerləşən ona məxsus olan 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 10-0/34 nömrəli arayışı ilə müəyyən edildi ki, ünvan 5 ünvanında 1995-2000-ci illərdən hal-hazıradək İddiaçı1 qeydiyyatdadır və yaşayır. Həmin evin həyətyanı sahəsi tikilialtı ilə birlikdə 0,03 ha təşkil edir. ünvan 6 ünvanında 1995-2000-ci illərdə İddiaçı2 qeydiyyatda olmuşlar. İddiaçı2 ünvan 6 ünvanında yaşayır. Həmin ünvan əvvəllər ev 11 olmuşdur, həyətyanı torpaq sahəsi 0,11 ha təşkil edir. İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bundan sonra ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2016-cı ildə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına texniki pasport tərtib edilmiş, sənəddə həyətyanı torpağın sahəsi sənəd üzrə 0,08 ha, zəbt olunmuş 0,053982 ha, cəmi 0,133982 ha göstərilmişdir. ünvan 7 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı2 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onu bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Daha sonra İddiaçı1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda göstərilən xx.xx.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(107)-226/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli bildirişdə göstərmişdir ki, əvvəla JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" təqdim edilməmişdir, digər tərəfdən isə inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsi üzərində mübahisə olması məlum olmuşdur. Bundan sonra 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli bildirişdə eyni səbəblərə istinad edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, "Torpaq sahəsinin planı və ölçüsü", çıxarış və texniki pasport heç bir hüquq müəyyənedici sənəd olmadığı halda əsassız tərtib edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, digər iddia tələbləri, yəni İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməmişdir, belə olan halda iddianın həmin hissəsi mümkün sayıla bilməz, iddiaçının öz adına çıxarışın verilməsi tələbi isə iddianın həmin hissələrinin həllindən asılı olduğuna görə bu tələb də mümkün sayıla bilməz. İddiaçı1 məhkəmənin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bununla yanaşı, İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X6 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin məsələ İdarənin səlahiyyətləri daxilində deyildir. Bundan sonra İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X6 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, sözügedən şəhadətnamə onun mülkiyyət hüququna toxunduğundan həmin şəhadətnamə ləğv edilməlidir. Cavabdeh iddia ilə bağlı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,08 ha, faktiki ölçüsü 0,133982 hektardır. Həmin torpaq sahəsində 1950-ci ildə inşa edilmiş fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. İddiaçı1 İddiaçı2 iddiasına qarşı etirazında bildirmişdir ki, Oğuz Rayon AİK-in 75 nömrəli qərarı ilə İddiaçı2 0,5 ha torpaq sahəsi verilməsi qərara alınsa da, həmin torpaq sahəsi ona naturada verilməmiş və buna görə də ona "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilməmişdir. Bundan başqa, İddiaçı2 799 kv.m, yaxud 0,8 ha torpaq sahəsinin verilməsi barədə Oğuz Rayon AİK-in heç bir qərarı yoxdur. Sadəcə torpaq sahəsinin verilməsini X29 Komissiyası təsdiq etmişdir. Hər iki iddiada ləğv edilməsi, eləcə də verilməsi tələb edilən sənədlər eyni torpaq sahəsinə aid olduğuna, hər iki işdə mübahisə predmetləri eyni olduğuna görə və həmin işlərə birgə baxılaraq vahid qərar qəbul edilməsi daha məqsədə müvafiq olduğuna görə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə göstərilən inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 1962-ci ilin dekabr ayında X8 adına tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 1 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi cəmi 1056 kv.m olmuşdur. - İşdə olan, 1977-ci ilin yanvar ayında X8 adına (həmin ad mötərizəyə alınaraq İddiaçı2 yazılmışdır) tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 21-a ünvanında yerləşən 2 fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, evin biri 1950-ci ildə, digəri 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 1030 kv.m olmuşdur. - İşdə olan, 1982-ci ilin dekabr ayında X8 adına (həmin ad mötərizəyə alınaraq X14 yazılmışdır) tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 984 kv.m olmuşdur. - İşdə olan, notariat qaydasında təsdiq edilmiş xx.xx.1982-ci il tarixli müqavilədən görünür ki, X15 özünə məxsus olan Oğuz şəhəri N.Nərimanov küçəsi 1-də 600 kv.m torpaq sahəsində yerləşən 1950-ci ildə tikilmiş, 31,7 kv.m yaşayış və 28,6 kv.m qeyriyaşayış sahəsi olan 2 otaqlı evi oğlu İddiaçı2 bağışlamışdır. - İşdə olan, 1982-ci ilin dekabr ayında İddiaçı2 adına tərtib edilmiş 1839 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 21-a ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi göstərilməmişdir. - İşdə olan, xx.xx.1986-cı il tarixli 21 nömrəli "Qeydəalma vəsiqəsi"ndən görünür ki, həmin sənəd X8 adına verilmişdir. - İşdə olan, xx.xx.1986-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd X2 məxsus olan ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evi ilə bağlı arvadı X7 adına verilmişdir. - İşdə olan, Oğuz Şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 6 nömrəli qərarından görünür ki, kooperativin ərazisində torpaq payı alacaq 541 nəfər, 1471 ailənin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. - İşdə olan, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarından görünür ki, Oğuz Şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 6 nömrəli qərarı təsdiq edilmişdir. - İşdə olan, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 10-0/93 nömrəli arayışından görünür ki, nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabı ilk dəfə 2013-cü ildə tərtib olunmuş, 2013-cü ilədək isə Oğuz şəhər əhalisinin uçotu kitabları mövcud olmuşdur. Həmin 2001- 2013-cü illər üzrə uçot kitabına görə, həm İddiaçı1, həm də İddiaçı2 və ailəsinin yaşayış yerinin ünvanı ünvan 4 olmuşdur. - İşdə olan, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, həmin sənəddə İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. - İşdə olan, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********18 nömrəli arayışından görünür ki, mülkiyyətinə həyətyanı torpaq sahələri verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. - İşdə olan, xx.xx.2006-cı il tarixli JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. - İşdə olan, İddiaçı2 adına 799,27 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı verilmiş A- 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" Azərbaycan Respublikası DTXK tərəfindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən verilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci ildə 9625 nömrəsi ilə uçota alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən İddiaçı2 ərizəsinə verilmiş xx.xx.2013-cü il tarixli 184 nömrəli cavab məktubundan görünür ki, Oğuz şəhəri "28 may" təsərrüfatı ərazisində torpaq islahatı aparılan zaman Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaşların istifadəsində olan həyətyanı və bağ sahələri ölçülmüş, sxematik planı çəkilmiş, siyahı tərtib olunmuşdur. Həmin vaxt İddiaçı2 məxsus yaşayış evi və evə aid torpaq sahəsi məlum olmayan səbəbdən İddiaçı1 adına göstərilmiş və onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün həmin şəhadətnamə şöbə tərəfindən DTXK-nə təqdim edilmiş, ilkin sənədlər əsasında İddiaçı2 məxsus ev və evə aid olan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanaraq ona təqdim edilmişdir. - İşdə olan, Oğuz RİH-in Memarlıq və tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli 09 nömrəli arayışından görünür ki, ünvan 7-də yerləşən ona məxsus olan 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır. - İşdə olan, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 10-0/34 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanında 1995-2000-ci illərdən hal-hazıradək İddiaçı1 qeydiyyatdadır və yaşayır. Həmin evin həyətyanı sahəsi tikilialtı ilə birlikdə 0,03 ha təşkil edir. ünvan 6 ünvanında 1995-2000-ci illərdə İddiaçı2 qeydiyyatda olmuşlar. İddiaçı2 ünvan 6 ünvanında yaşayır. Həmin ünvan əvvəllər ev 11 olmuşdur, həyətyanı torpaq sahəsi 0,11 ha təşkil edir. - İşdə olan, xx.xx.2016-cı ildə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş, sənəddə həyətyanı torpağın sahəsi sənəd üzrə 0,08 ha, zəbt olunmuş 0,053982 ha, cəmi 0,133982 ha göstərilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı2 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırda baxılan hər iki iddia öhdəliyin icrası haqqında iddialara aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri odur ki, iddiaçı eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməli, inzibati orqan isə iddiaçının tələbini təmin etməkdən, yaxud da ümumiyyətlə, müraciətə cavab verməkdən imtina etməlidir. İddiaçı2 iddia tələbi İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" barədədir və o, eyni tələblə əvvəlcədən cavabdehə müraciət etmişdir. Belə olan halda, onun iddiası mümkün sayılmalıdır. İddiaçı1 iddia tələbi A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Müəyyən edildi ki, o, iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, digər iddia tələbləri, yəni İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə hesab etmişdir ki, belə olan halda, iddianın həmin hissəsi mümkün sayıla bilməz, iddiaçının öz adına çıxarışın verilməsi tələbi isə iddianın həmin hissələrinin həllindən asılı olduğuna görə bu tələb də mümkün sayıla bilməz. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. X23 Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bundan başqa, cavabdeh İddiaçı2 ərizəsinə verdiyi xx.xx.2020-ci il tarixli cavabda "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsinin onun səlahiyyətinə aid olmadığını bildirdiyinə görə məhkəmə bu qənaətə gəldi ki, İddiaçı1 A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi üçün cavabdehə edəcəyi müraciətə eyni cavab veriləcək və cavabdeh yaranmış mübahisəni həll etməyəcək. Ona görə də İddiaçı1 iddiası da mümkün sayılmalıdır. Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, İddiaçı1 iddiası qismən əsaslı, İddiaçı2 iddiası isə əsassızdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X29 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin maddənin beşinci hissəsinə görə, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşdən görünür ki, iddiaçıların atası X4 şəhəri N.Nərimanov küçəsində həyətyanı torpaq sahəsində 1950-ci ildə birinci, 1974-cü ildə isə ikinci fərdi yaşayış evini tikmişdir. Müxtəlif illərdə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"larda həyətyanı torpağın sahəsi 1056 kv.m və 1030 kv.m göstərilmişdir. 1974-cü ildə tikilmiş ev üçün 1982-ci ilin dekabr ayında ayrıca tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"da torpağın sahəsi 984 kv.m göstərilmişdir. X15 1950-ci ildə tikilmiş evi xx.xx.1982-ci ildə oğlu İddiaçı2 bağışlamış və həmin müqavilədə torpağın sahəsi 600 kv.m qeyd olunmuşdur. X16 vəfat etdikdən sonra xx.xx.1986-cı ildə arvadı X7 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"də evin 600 kv.m torpaq sahəsində yerləşdiyi göstərilmişdir. İddiaçı1 torpaq islahatı zamanı da, hazırda da atasından qalmış 1974-cü ildə tikilən evdə yaşayır. Torpaq islahatı zamanı onun adı Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"ə daxil edilərək ona 0,06 ha torpaq sahəsinin verilməsi qeyd edilmiş və həmin 0,06 ha torpaq sahəsi ilə bağlı onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı2 həmin şəhadətnamənin ləğv olunması barədə iddiasını göstərilən torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırsa da, həyətyanı torpaq sahəsinin məhz həmin hissəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən heç bir sənəd müəyyən edilmədi. "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 adının olmasına baxmayaraq, İddiaçı2 adı həmin sənədə daxil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsinin yuxarıda göstərilən xx.xx.2013-cü il tarixli 184 nömrəli məktubunu da İddiaçı2 xeyrinə olan sübut kimi qəbul etmir. Belə ki, həmin məktubda torpaq islahatı zamanı İddiaçı2 məxsus yaşayış evinin və evə aid torpaq sahəsinin məlum olmayan səbəbdən İddiaçı1 adına olan JN- 1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə daxil edildiyi bildirilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur. Evin İddiaçı2 bağışlanması barədə müqavilədə bağışlanan evin həyətyanı torpaq sahəsinin 600 kv.m olması göstərilmişdir. İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 600 kv.m torpaq sahəsi ilə topladıqda cəmi 1200 kv.m təşkil edir, halbuki naturada mövcud olan həyətyanı torpaq sahəsinin cəmi bundan artıqdır. İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi zəbt olunmuş torpaqdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı2 adının yazıldığı siyahı ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla, həmin siyahı həyətyanı torpaq sahəsi deyil, torpaq payı almaq hüququ olan subyektlərin siyahısıdır. İkincisi isə, həmin siyahıda qaytanlanmış torpaq kitabında onun 0,05 ha torpaq sahəsinin olması əks olunsa da, bu sahənin sxemi, planı yoxdur. Belə olan halda, torpaq islahatı zamanı həmin 0,05 ha torpaq sahəsinin İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verildiyini qəbul etsək belə, həmin sahənin məhz İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə üst-üstə düşməsini təsdiq edə biləcək heç bir sənəd yoxdur. Beləliklə, məhkəmə İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi üçün əsas müəyyən etmədi və bu qərara gəldi ki, cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı2 tələbini təmin etməməkdə haqlı olmuşdur, ona görə də onun iddiası təmin edilməməlidir. İddiaçı1 iddia tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, onun adına olan JN- 1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" qanuni olduğuna görə həmin sənəddə göstərilmiş torpaq sahəsinə onun hüquqları təmin edilməlidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi və İddiaçı2 adına olan A-389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 799,27 kv.m torpaq sahəsinin 590 kv.m hissəsi üst-üstə düşür. Məhkəmə hesab edir ki, İddiaçı1 İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun yalnız həmin 590 kv.m hissədə ləğv edilməsini tələb edə bilər, qalan hissədə həmin sənədlərin ləğv edilməsi üçün əsas yoxdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı1 iddiası qismən təmin edilərək, İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü 590 kv.m hissədə ləğv edilməsi, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı1 iddiası qismən təmin edilsin. İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın, xx.xx.2016-cı il tarixli texniki pasportun İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü 590 kv.m hissədə ləğv edilməsi, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı1 iddiası qalan hissədə təmin edilməsin. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X6 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar