Məhkəmə qərarları › İş №2-1(116)-530/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-530/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-530/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Yevlax rayon Salahlı kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasının texniki pasportda göstərilən kənd yoluna çıxışının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Salahlı kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyriyaşayış binasının texniki pasportda göstərilən kənd yoluna çıxışının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax rayonunun Salahlı kəndində 0,01882 ha torpaq sahəsi üzərində 142,30 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, ticarət təyinatlı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Seriya MA № ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilmişdir. Bu Çıxarış xx.xx.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin Çıxarışın ayrılmaz tərkib hissəsi olan "Daşınmaz əmlakın texniki pasportunun" situasiya planında iddiaçıya məxsus qeyri-yaşayış binasının kənd yoluna çıxışı göstərilmişdir. Lakin bu çıxış ayrı-ayrı fiziki şəxslər tərəfindən bağlanmışdır və iddiaçı öz xüsusi mülkiyyətinə getmək üçün yol tapa bilmir. Ona görə də iddiaçı bu problemin həll olunması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə Cavabdeh sədri Duman Gurzalıyevə müraciət etmişdir. Cavabdeh sədri D.Gurzalıyev xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya məsələnin qanuna uyğun həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan qeyriyaşayış binasının kənd yoluna çıxışının açılması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cu ildə ******* nömrəli çıxarışla sahəsi 142.3 kv.m qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ tanınmışdır. X4 iddia etdiyi kənd yoluna çıxışın açılması iddiasını araşdıraraq arxiv sənədlərinə baxış keçirərkən məlum olmuşdur ki, iddia edilən yolun kənarlarında tikilmiş qeyri-yaşayış obyektlərinin sənədlərindən aydın olur ki, sahibkar X3 məxsus torpaq sahəsi Salahlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə torpaqların alqı-satqısına dair akt əsasında satılmışdır. Həmin obyektin qonşuluğunda olan 20 kv.m qeyri-yaşayış obyekti X1 məxsus xx.xx.2004-cü ildə Salahlı Bələdiyyəsinin 30 saylı qərarına əsasən alqı-satqı qaydasında ona satılmışdır. X2 həmin sənədlər əsasında xx.xx.2007-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsindən ******* nömrəli çıxarışla texniki pasport almışdır. Sənədlərdən aydın olur ki, İddiaçı ona məxsus olan binanı alarkən həmin qeyriyaşayış obyektləri orda mövcud olmuşdur. Həmin binaların arasındakı yol indiyədək mövcuddur və istifadə olunur. İddiaçı məxsus binaya İdarə binası və özünə məxsus binanın əks tərəfindən yol mövcuddur. İddiaçı iddia etdiyi yolun açılması üçün həmin obyeklər sökülməlidir ki, bu da Bələdiyyənin səlahiyyətlərinə aid deyildir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin kənd yoluna çıxışı mütəlif şəxslər tərəfindən bağlanmışdır ki, bunun da qarşısının alınması üçün iddiaçının irəli sürə biləcəyi tələb mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı onun yolunu bağlayan şəxslərə qarşı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə və bununla da pozulmuş və ya pozulduğu güman edilən hüquqlarının bərpasına nailə ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəm qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Yevlax rayon Salahlı kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasının texniki pasportda göstərilən kənd yoluna çıxışının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar