Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-531/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Birlik” X2 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin üzərinə X2 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ““Birlik” X4na dair məlumatları dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Birlik” X4nı X5 və X1 ilə birlikdə 1996-cı ildə təsis edərək, nizamnaməsini təsdiq etmdirmişdirlər. 30 yanvar 1997-ci ildə həmin hüquqi şəxsin uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnaməni almışlar. X6 üzvlükdən imtina etmişdir. Nazim Məmmədov isə vəfat etmişdir. 12 fevral 2000-ci ildən «Birlik» X2 sədri Ədalət Əliyevdir. Hazırda təsis etdiyi hüquqi şəxsin fəaliyyətə başlamasını istəyir. Bu səbəbdən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək «Birlik»kəndli (fermer) təsərrüfatının uçota alınmaqla şəhadətnamə verilməsi üçün cavabdeh orqana 10 iyul 2023-cü ildə müraciət etmişdir. Hazırki müddətə qədər heç bir rəsmi məlumat verilməmişdir. Halbuki, cavabdeh orqan bu tələbini 1 gün ərzində icra etməli idi. Məcəllənin 34.2-cimaddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fizikişəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının vəkili tərəfindən təqdim edilmiş sənədlər müəssisənin qeydiyyat qovluğu ilə əlaqəli şəkildə tədqiq edilərkən həmin sənədlər əsasında müəssisənin vergi uçotuna alınmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, məlumdur ki, kommersiya qurumlarına münasibətdə vergi orqanları həmin qurumları təkcə vergi uçotuna alan orqan kimi deyil, həm də dövlət qeydiyyatını aparan orqan kimi çıxış edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli sərəncamı ilə Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli 48 nömrəli fərmanının 2.4-cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunununun 20.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti həyata keçirir. İddiaçının nümayəndəsinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etdiyi sənədlər toplusu həm qanunvericiliyin tələbinə uyğun təqdim edilməmişdir, həmçinin sənədlər toplusunda ziddiyyətli, idiaçının hazırkı iddia ərizəsini qaldırması üçün subyektiv hüququnun olmamasını göstərən sənədlər mövcuddur. İddiaçının təqdim etdiyi sənədlər toplusu “Birlik” X2 təkcə vergi uçotuna alınmasını deyil həm də onun barəsində məlumatların dövlət reyestrinə daxil edilməklə yenidən qeydiyyata alınmasını, həm də qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət qeydiyyatına alınmasını ehtiva edir. İddiaçının nümayəndəsi isə 11 saylı Ərazi Vergilər Baş İdarsinə təqdim etdiyi sərbəst formada tərtib edilmiş ərizəsində Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” X2 vergi uçotuna alınmasını xahiş etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsinə izah edilməlidir ki, “Birlik” X4 kommersiya hüquqi şəxsdir və Vergi Məcəlləsinin ərizəsində istinad etdiyi 34.1-ci maddəsinə əsasən Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Yəni “Birlik” X4 kommersiya hüquqi şəxs olduğundan Vergi Məcəlləsinin 34-cü maddəsi onlara şamil edilmir. Kommersiya qurumlarının vergi ödəyicisi kimi uçota alınması yuxarıda da qeyd etdiyimiz kimi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə tənzimlənir. Göründüyü kimi iddiaçının nümayəndəsi müvafiq ərizə, yəni “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunununun 5.1, 5.3.4-cü maddəsində nəzərdə tutulmuş ərizə forması ilə müraciət etməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsinin cavabdehə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlər mötəbər sənədlər kimi qəbul edilərsə, onda iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müracət etməyə subyektiv hüququnun olmadığı müəyyən olunur. Belə ki, İddiaçı adından təqdim edilmiş 15 fevral 2000-ci il tarixli ərizədə onun “Birlik” X2 üzvlüyündən çıxdığı qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Ucot Vahidlərinin dövlət reyestrində dail edilməsəi haqqında ******* saylı Şəhadətnamənin surəti.
2. “Birlik” X4nı X5 və X1 ilə birlikdə imzalanan xx.xx.1996-cı ildə tarixli Nizamnaməsinin surəti.
3. “Birlik” KFT-nın Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən 04 avqust 1998-ci il tarixində qeydiyyata alınmasına dair məlumat;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı “Birlik” X4na dair məlumatları dövlət reyestrində yenidən qeydiyyata alınmasından ibarətdir. İş materiallarına əsasən müəyyən edilir ki, “Birlik” X4 32493 nömrəli,xx.xx.1996-cı il tarixli Şəhadətnamə əsasında Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 1996-cı ildə təsdiq edilmişdir. Bundan əlavə həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq “Birlik” KFT-na Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən 04 avqust 1998-ci il tarixində VÖİN verilmişdir.(VÖİN-2********). “Birlik” KFT ******* saylı Şəhadətnamə əsasında Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir; 20.3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Qanuna əsasən 2.4. həmin Qanunun 2.0.3-cü, 4.6-cı və 5.1-ci maddələrində, 5.6-cı maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 8.2-ci maddəsinin birinci cümləsində, 8.3-cü maddəsinin birinci cümləsində, 8.4-cü maddəsində, 8.5-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 11.3.1-ci və 11.3.4-cü maddələrində, 11.4-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 13.1-ci və 15.2-ci maddələrində, 15.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsində, 16.2-ci maddəsinin birinci abzasında, 16.4cü maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 16.5-ci maddəsində, 16.7-ci maddəsinin birinci cümləsində, 17-ci maddəsində (birinci halda), 18.1-ci maddəsinin ikinci cümləsində, 20.3-cü maddəsinin birinci cümləsində və 20.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər və həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 2.4.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; 2.4.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Göründüyü kimi “Birlik” KFT həmin Qanun qüvvəyə minənədk qeydiyyata alınmış hüquqi şəxs kimi müvafiq məlumatın dpvlət reyestrinə daxil edilməsini tələb etdiyindən yenidən qeydiyyata alınma ilə bağlı zərurət mövcud deyildir. Həmin Qanunun : Maddə 14. Dövlət reyestrinə daxil edilən məlumatlar 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 34.2-1. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcıda da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir. 34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə “Birlik” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə