Məhkəmə qərarları › İş №2-1(116)-532/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-532/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-532/2020 28.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Şəki Rayon Polis Şöbəsinin X3 Bölməsinə qarşı “23.04.2019-cu il tarixli AR ******* İX Protokolundan şikayət vermə müddətini bərpa edərək, ŞŞRPŞ-nin DYPB-nin kapitanı M.C.Tağıyev tərəfindən şahidlər olduğu halda, bir tərəfli və qərəzli qaydada tərtib olunmuş və təzyiq altında ona etiraf yazdırılmış 23.04.2019-cu tarixli AR ******* İX qanunsuz Protokolun ləğv edilməsi barədə və ona cavabdeh tərəfindən 1760 manat məbləğində zərərin ödənilməsi” iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Şəki Rayon Polis Şöbəsinin X1rşı “23.04.2019-cu il tarixli AR ******* İX Protokolundan şikayət vermə müddətini bərpa edərək, ŞŞRPŞ-nin DYPB-nin kapitanı M.C.Tağıyev tərəfindən şahidlər olduğu halda, bir tərəfli və qərəzli qaydada tərtib olunmuş və təzyiq altında ona etiraf yazdırılmış 23.04.2019-cu tarixli AR ******* İX qanunsuz Protokolun ləğv edilməsi barədə və ona cavabdeh tərəfindən 1760 manat məbləğində zərərin ödənilməsi”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət müəyyən edilməmişdir. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsi zəruri hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Şəki Rayon Polis Şöbəsinin X3 Bölməsinə qarşı “23.04.2019-cu il tarixli AR ******* İX Protokolundan şikayət vermə müddətini bərpa edərək, ŞŞRPŞ-nin DYPB-nin kapitanı M.C.Tağıyev tərəfindən şahidlər olduğu halda, bir tərəfli və qərəzli qaydada tərtib olunmuş və təzyiq altında ona etiraf yazdırılmış 23.04.2019-cu tarixli AR ******* İX qanunsuz Protokolun ləğv edilməsi barədə və ona cavabdeh tərəfindən 1760 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar