Məhkəmə qərarları › İş №2-1(116)-535/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-535/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-535/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinə qarşı "0,12 ha torpaq sahəsi üzərində Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair həmin Bələdiyyənin 03.10.2016-cı il tarixli 13 nömrəli qərarının ləğv edilməsi" tələbi barədə iddiasına dair işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinə qarşı "0,12 ha torpaq sahəsi üzərində Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair həmin Bələdiyyənin 03.10.2016-cı il tarixli 13 nömrəli qərarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(116)-920/2020 nömrəli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 08.01.2021-ci il tarixli 2-1(107)-68/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Şəki İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(116)-920/2020 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının iddiası mümkün sayılaraq iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan sonra inzibati işin həlli üçün zəruri olan məlumatların əldə edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular verilmiş və 15.07.2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən 07.07.2021-ci il tarixli cavab məktubu alınmışdır. Həmin məktubda göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 406 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənədin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcək. Məhkəmənin 16.07.2021 tarixli məktubu ilə xidmət haqqını ödəməyə razı olubolmaması iddiaçıdan soruşulmuş, lakin təyin olunmuş 10 gün müddət ərzində o, məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Daha sonra məhkəmənin 17.08.2021-ci il tarixli məktubu ilə iddiaçıya torpaq sahələrinin üst-üstə düşüb düşməməsini sübut edən sənədlərin məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuş, lakin iddiaçı məhkəmənin həmin təklfinə də münasibət bildirməmişdir. İş üzrə şifahi məhkəmə baxışı 12.10.2021-ci ilə təyin edilərək tərəflərə bu barədə məhkəmə bildirişi göndərilmiş, lakin İddiaçı məhkəməyə ərizə göndərərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X4 Layihə- Tədqiqat İdarəsinin hesabına ödəniş etmək üçün maddi imkanı olmadığını bildirirək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia sənədlərinin geri qaytarılmasını tələb etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının öz iddia ərizəsini geri tələb etməsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinə qarşı "0,12 ha torpaq sahəsi üzərində Göyçay Rayonu Ərəbcəbirli Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair həmin Bələdiyyənin 03.10.2016-cı il tarixli 13 nömrəli qərarının ləğv edilməsi" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar