Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-535/2024 08.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı2, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndinin icra olunması, Cavabdeh üzərinə Mingəçevir şəhər ərazisində Kür çayının sahilində və ya şəhər ərazisində həmin əraziyə uyuğun olan 1-ci kateqoriya ərazilərdən torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndinin icra olunması, Cavabdeh üzərinə Mingəçevir şəhər ərazisində Kür çayının sahilində və ya şəhər ərazisində həmin əraziyə uyuğun olan 1-ci kateqoriya ərazilərdən torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə mərhum X2 məxsus Kür çayının sol sahilində yerləşən “Sahil” parkında stolüstü oyunlar obyekti fəaliyyət göstərirdi. Cavabdeh xx.xx.2012-ci il tarixli 19 saylı sərəncamı ilə sözügedən obyekt sökülmüş, həmin obyektin əvəzinə ona “Sahil" parkının kənarından 72 kv.m torpaq sahəsi ayrılmış və tərəflər arasında xx.xx.2012-ci il tarixli 19 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsində o, stolüstü oyunlar obyekti inşa etmiş, lakin Cavabdeh xx.xx.2012-ci il tarixli 61 saylı sərəncamı ilə həmin obyekti qanunsuz olaraq sökmüşdür.Obyektin qanunsuz sökülməsinə görə cavabdeh tərəfindən ziyan ödənilsə də, xx.xx.2012-ci il tarixli 19 saylı icarə müqaviləsinə əsasən torpaq sahəsi ayrılıb verilməmişdir. Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı ilə torpaq sahəsinin ayrılması göstərilmişdir. Belə ki, sözügedən hər iki sərəncamda İcra Hakimiyyəti torpaq ayrılmasını qərara almışdır. Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndinə əsasən iddiaçılarla razılaşdırılmış qaydada şəhərin digər ərazisində torpaq sahəsi verilməlidir. Bunun mənası ondan ibarətdir ki, Sahil parkına uyğun bir ərazidən torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı2 və İddiaçı1 Cavabdehnə ərizə ilə müraciət edərək, mərhum atası ilə Mingəçevir ŞİH arasında bağlanmış xx.xx.2012- ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən Mingəçevir şəhəri ərazisindən Mingəçevir şəhəri Sahil parkından və ya ona bərabər tutulan birinci dərəcəli ərazidən torpaq ayrılmasım xahiş etmiş, lakin cavabdehlər bundan imtina etmişlər Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli etiraz məktubunda bildirilir ki, İddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, Həqiqətən Cavabdeh keçmiş başçısı Mübariz Ağayevin 12 fevral 2012-ci il tarixli 19 nömrəli Sərəncamı ilə vətəndaş X2 şəhərin 'Sahil" parkı ərazisində stolüstü oyunların təşkili məqsədi ilə 72(yetmiş iki) kv.metr torpaq sahəsi ayrılmış və həmin sərəncamla ona obyekt tikintisinə icazə verilmişdir. Lakin şəhərin “Sahil’ parkının yenidən qurulması və abadlaşdırılması məqsədi ilə işlənmiş yeni layihənin həyata keçirilməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma nəzarəti şöbəsinin “Sahil” parkında inşa edilən obyektlərin şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edildiyi barədə aktını, vətəndaşların çoxsaylı şikayətlərini, şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2012-ci il tarixli tövsiyyələrini nəzərə alaraq o zaman Mingəçevir şəhərinə yeni təyin olunmuş Cavabdeh başçısı Niyazi Bayramovun 61 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamı ilə Cavabdeh sabiq başçısı Mübariz Ağayev tərəfindən verilmiş 19 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncam qüvvədən düşmüş hesab edilmişdir. X3 şəhərin digər ərazisindən. Nizami prospektindən torpaq sahəsi ayrılması və “Sahil" parkında inşası başa çatmamış tikilinin sökülüb köçürülməsinə köməklik göstərilməsi təklif olunmuş, lakin o razılaşmamışdır. Sahil parkında tikintisi başa çatmamış bir neçə obyekt, o cümlədən mərhum idris Məmmədovun inşa etdirdiyi obyekt sökülmüşdür. Şəhər icra Hakimiyyəti mərhum idris Məmmədov qarşısında öhdəliyim tam həcmdə icra etmişdir və onun vərəsələri qarşısında heç bir öhdəlik daşımır. Odur ki, İddiaçı2 ona Mingəçevir şəhəri ərazisində Kür çayının sahilində və ya şəhər ərazisində həmin əraziyə uyğun olan 1-ci kateqoriya ərazilərdən torpaq sahəsinin verilməsi cavabdehin üzərinə qoyulması barədə iddiası əsassızdır və təmin edilməməlidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Cavabdeh xx.xx.2000-ci il tarixli 163 nömrəli sərəncamı.
3. Cavabdeh xx.xx.2012-ci il tarixli nömrəli sərəncamı.
4. Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı.
5. xx.xx.2012-ci il tarixli 19 nömrəli torpaq icarəsi müqaviləsi.
6. 20.08.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə.
7. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişdir “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə : 2.11. Yerli icra hakimiyyətinin başçısı şəhərin, rayonun və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə öz yanında daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın tərkibi isə 25 nəfərədək müəyyən edilir. 2.12. Yerli icra hakimiyyətinin başçısı yanında Şuranın tərkibinə yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyəti başçısının müavinləri, Bakı şəhər icra hakimiyyəti başçısının yanında şuranın tərkibinə isə həm də şəhər rayonları icra hakimiyyətlərinin başçıları daxildirlər. Şuranın tərkibinə həmçinin yerli icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri, yanında olan orqanların və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının (bu Əsasnamənin 1.5-ci bəndində istisna edilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları da daxil olmaqla) rəhbərləri, habelə şəhərin, rayonun və şəhər rayonunun ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri daxil edilə bilərlər. Şuranın fərdi tərkibini yerli icra hakimiyyətinin başçısı təsdiq edir. 2.13. Yerli icra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarını yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir. 2.14. Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər. ... 3.1.12. yerli icra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil edir; Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mərhum atasının icarəsinə verilmiş torpaq sahəsinin əvəzinə İ kateqoriya ərizələrdən torpaq sahəsinin ayrılmasından ibarətdir.İddiaçı tələbinin hüquqi əsası olaraq Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndinə istinad edir. Cavabdeh başçısının 12 fevral 2012-ci il tarixli 19 nömrəli Sərəncamı ilə vətəndaş X2 şəhərin “Sahil" parkı ərazisində stolüstü oyunların təşkili məqsədi ilə 72 (yetmiş iki) kv.metr torpaq sahəsi ayrılmış və həmin sərəncamla ona obyekt tikintisinə icazə verilmişdir.Lakin Mingəçevir ŞİHB-nin xx.xx.2012-ci il tarixli 61 nömrəli Sərəncamı ilə xx.xx.2012-ci il tarixli Sərəncam qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndi aşağıdakı qaydada qeyd edilmişdir : ““Sahil” parkının ərazisində müxtəlif illərdə tikilmiş və müvafiq mülkiyyət sənədləri olan şəxslərlə razılaşma yolu ilə şəhərinin digər ərazilərində müvafiq torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi məsələləri həll edilsin.” Göründüyü kimi Sərəncamın 4-cü bəndi müəyyən şərtlər daxilində iki məsələnin tənzimləməsini həyata keçirir :
1. “Sahil” parkının ərazisində tikilmiş və mülkiyyət sənədləri olan şəxslərə torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi.
2. Bu prosesin aparılması üçün həmin şəxslərin müvafiq mülkiyyət sənədlərinin olmasını və razılaşma yolu ilə ilə torpaq sahəsinin müəyyən edilməsi. İş hallarından da göründüyü kimi Sərəncama əsasən Cavabdeh icazəsi ilə inşa olunmuş və qanunsuz sökülmüş tikililərə münasibətdə kompensasiya tələbi təmin edilmişdir.Lakin,həmin tikililərə münasibətdə iddiaçının mərhum atasının mülkiyyət sənədi mövcud olmadığından qeyd olunan Sərəncamın təsir dairəsinə daxil edilə bilməz.Digər tərəfdən həmin kateqoriya şəxslərə belə torpaq sahəsinin ayrılması zamanı razılaşma qaydası və “şəhərin digər əraziləri” nəzərdə tutulmuşdur.Burada konkret olaraq areal müəyyən edilməmişdir. Odur ki,iddia tələbinin hüquqi əsası mövcud deyildir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamının 4-cü bəndinin icra olunması, Cavabdeh üzərinə Mingəçevir şəhər ərazisində Kür çayının sahilində və ya şəhər ərazisində həmin əraziyə uyuğun olan 1-ci kateqoriya ərazilərdən torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə