Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-537/2022 21.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “düzəlişin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 13.05.1958-ci il tarixdə tərtib edilmiş 57 saylı doğum haqqında akt qeydində mərhum ərinin anasının soyadının “Mollayeva”dan “Herdayeva”ya, adının “Məryam”dan “Məryəm”ə və ata adının “Mecid”dən “Məcid”ə düzəliş edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 26.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İnzibati işin məhkəmə hazırlıq iclasında iddiaçının vəkilinin (etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi və hüquqi marağına uyğun müvafiq tələblə Balakən rayon Məhkəməsinə müraciət ediləcəyi halda iddiaçının arzuladığı məqsədə nail olacağı izah edilmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mərhum həyat yoldaşı X1 və onun anası (qaynananız) X3 adının qeyd olunduğu (həmçinin öz adı) JN -0583 KOD 40100048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 1.09 ha torpaq sahəsinin sənədləşdirilməsinə və mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmaqdır. İşdə olan sənədlərlə və müvafiq Dövlət Aktı ilə müəyyən olunur ki, həmin sənəddə adları qeyd olunmuş şəxslərin hamısının ad, soyad və ata adı fərqli qeyd olunmuşdur. Yəni, X6 ilə bağlı akt qeydi dəyişilsə belə, iddiaçının ata adı (Dövlət Aktında – “Abokar” qeyd olunub) və mərhum həyat yoldaşının adı (Dövlət Aktında – “Səfər” qeyd olunub) təqdim etdiyi sənədlərlə uyğun gəlmədiyinə görə həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı əməliyyatların aparılması mümkün olmayacaqdır. İddiaçı Dövlət Aktında qeyd olunmuş “X6” ilə “X4” eyni şəxs olduğunu bildirir. İnzibati məhkəmə icraatı qaydasında hüquq müəyyənedici sənədlərin iddiaçılara aid olması faktına hüquqi qiymət verilməsi mümkün olmadığından, iddiaçı həmin hüquq müəyyənedici sənədin (Dövlət Aktının) X5 məxsus olması faktının müəyyən edilməsi üçün MPM-nin 307.2.5-ci maddəsinə əsasən Balakən rayon Məhkəməsinə müraciət etməlidir. İddiaçının vəkili məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq müvafiq iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət edəcəyini bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Məhkəmənin 18.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının vəkili tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “düzəlişin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-537/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-537/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver