Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-538/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə onu və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3-cü səhvəsində göstərilmiş 2,68 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə onu və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3-cü səhvəsində göstərilmiş 2,68 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə (cəmi 7 nəfər) 6.83 ha torpaq sahəsi verilmişdir. JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın 1-ci səhifəsində verilmiş torpaq sahəsi 4.15 ha göstərildiyindən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı öz xətti ilə 2.68 rəqəmini əlavə etməklə torpaq sahəsinin yekun olaraq 6.83 ha olaraq göstərmişdir. Eləcə də JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın 3-cü səhifəsində 2.68 ha torpaq sahəsi mülkiyyətə verilmiş torpaq sahəsinin planı cizgisində göstərilmişdir. 2.68 ha torpaq sahəsi sənəd üzrə qonşu torpaq sahəsinin mülkiyyətçisi X1 torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərində göstərilib, nəticədə 6 nəfər ailə üzvü ilə birlikdə onun mülkiyyətinə 8.67 ha, 7 nəfər ailə üzvü ilə iddiaçının mülkiyyətinə isə 4.15 ha torpaq sahəsinin olduğu bildirilir ki, bu da Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə müəyyən edilmiş adambaşı torpaq normasına ziddir. JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” üzrə iddiaçıya 3.5572 ha torpaq sahəsinə dair, X3 0.5928 ha torpaq sahəsinə dair çıxarışlar verilib, 2.68 ha torpaq sahəsinə işə çıxarış verilməyib. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın verilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli qəbzə əsasən cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, arazdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarında və kadastr elektron baza DWG xəritələrində təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN-225 nömrəli Dövlət Aktında 4.15 ha torpaq sahəsinin qeyd olunması faktı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, JN-225 nömrəli Dövlət Aktına uyğun olaraq bölgü planının əsasında vətəndaşa 3.5572 ha torpaq sahəsinə dair **********29 reyestr nömrəli çıxarış və plan ölçü sənədi verilmişdir. Vətəndaşın idarə etdiyi 2.68 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Bu səbəbdən də, ərizənin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı və ailə üzvləri ilə birlikdə 4.15 ha torpaq sahəsi ayrılmışdır.
2. 2719008916 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 3.5572 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. A seriyalı 418394 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 3.5572 ha metr torpaq sahəsi İddiaçı adına verilmişdir.
4. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2396/2023 nömrəli məktubuna əlavə olunmuş, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarından çıxarışların surətindən və Zərdab rayon Məlikumudlu kəndi üzrə pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur. Əsaslandırma hissəsi:
Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçının hüquqi marağı 2.68 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir.İddiaçı bu tələbinin hüquqi əsası olaraq JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində edilmiş düzəlişə istinad edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin adı Zərdab rayon Məlikumudlu kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısında mövcuddur. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə mülkiyyətinə 4.15 ha torpaq sahəsi verilmiş,bu barədə JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin, iddia edilən 2.68 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə verilməmişdir. X5 arxiv nüsxəsi əldə edilmiş,həmin nüsxəyə əsasən iddiaçı və ailə üzvlərinə 4.15 ha torpaq sahəsi verilmiş olduğu,iddia tələbində qeyd olunan 3-cü səhifənin ümumiyyətlə olmadığı aşkar edilmişdir. İddiaçının izahatına əsasən də müəyyən edilir ki,onun iddia etdiyi 2,68 ha torpaq sahəsi ümumiyyətlə istifadəsində deyil və əvvəllərdə istifadəsində olmamışdır.İddiaçı sadəcə həmin torpaq sahəsinin aqrar islahat zamanı ona verilməli olduğunu iddia edir. Məhkəmə araşdırması zamanı iddia olunan 2,68 ha torpaq sahəsinə dair iddiaçı və ailə üzvlərinə hər hansı hüquqmüəyyənedici sənəd verilmədiyindən,yəni subyektiv hüquq olmadığından həmin torpaq sahəsinin naturada mövcud olubolmamasının,xüsusiyyətlərinin araşdırılmasına prosessual qənaət prinsipi baxımından zərurət mövcud qalmamışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Araşdırılan sənədlərdən də göründüyü kimi 2.68 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə verilməsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə onu və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN seriyalı, 225 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3-cü səhvəsində göstərilmiş 2,68 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə