Məhkəmə qərarları › İş №2-1(116)-54/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-54/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-54/2020 21.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1974-1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarda işlədiyi illərin, yəni 13 il 9 ayın sosial sığorta stajına daxil edilməsi və 10.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1974- 1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarda işlədiyi illərin, yəni 13 il 9 ayın sosial sığorta stajına daxil edilməsi və 10.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1974, 1977-1978, 1980-1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarında işləmişdir. İşləməyini təsdiq edən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.04.2019-cu il tarixli, 104 saylı arxiv arayışında da onun əmək fəaliyyəti göstərilmişdir. Hal hazırda ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də həmin təşkilatın 26.04.2019-cu il tarixli, **********3 saylı məktubundan göründüyü kimi 1974, 1977-1978, 1980-1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarında işləməyi əmək kitabçasında qeyd edilmədiyindən ona müvafiq pensiya təyin edilməmiş və ona bu barədə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilən Zərdab rayonunun sabiq M.Qorki və İsaqbağı adına kolxozda işlədiyi 1974,1977-1996-cı illər dövründə 1983-1995-ci illərdə tam olmaqla ümumi 13 il 9 ay sığorta stajı və 9512,14 manat kapitalı, mübahisələndirilməyən 9 il 11 ay 5 gün sığorta stajı və 6860,26 manat pensiya kapitalı, ümumi olaraq 23 il 08 ay 05 gün sığorta stajı və 16372.4 manat pensiya kapitalı yaranır və bu da ona pensiya təyin edilməsi üçün tələb olunan 16742.88 manat pensiya kapitalından azdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1974-1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarda işlədiyi illərin, yəni 13 il 9 ayın sosial sığorta stajına daxil edilməsi tələbi təmin olunacağı təqdirdə belə iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmayacaqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1974-1996-cı illərdə sabiq M.Qorki və İsaqbağı adına kolxozlarda işlədiyi illərin, yəni 13 il 9 ayın sosial sığorta stajına daxil edilməsi 10.05.2018ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar