Məhkəmə qərarları › İş №2-1(116)-54/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-54/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-54/2024 09.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X4, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı istehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X8 verilmiş RX seriyalı *4356*4 nömrəli, 24.*7.1*14-cü il tarixli 9*2*11***139-*51*1-*83*18 reyestr nömrəli və 21.*1.2*21-ci il tarixli 9*2*11***139-*51*1-*83*22 reyestr nömrəli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X8 verilmiş RX seriyalı *4356*4 nömrəli, 24.*7.1*14-cü il tarixli 9*2*11***139-*51*1-*83*18 reyestr nömrəli və 21.*1.2*21-ci il tarixli 9*2*11***139-*51*1-*83*22 reyestr nömrəli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31.*8.2*23-cü il tarixli, 2-1(116)-764/2*23 nömrəli qərardadı ilə X1* üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin balans saxlayıcısı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsidir. Həmin ünvanda yerləşən 59 kv.metr qeyri-yaşayış sahəsi X9 mülkiyyətindədir. Bu barədə ona 24.*4.2**9-cu il tarixdə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə verilmişdir. Bunun da əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.*2.2*22-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Digər tərəfdən isə Naibə Teymurovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən 6* kv.metr qeyri-yaşayış sahəsini o, *1 iyun 2*21-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 25 il müddətinə istismara götürmüşdür. Bu barədə Naibə Teymurova ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında *1 iyun 2*21-ci il tarixdə binaların ictimai istismarı haqqında *1 nömrəli müqavilə imzalanmışdır. Buna baxmayaraq Rövşən Qarayev həmin qeyri-yaşayış sahəsinə dair RX seriyalı, *4356*4 nömrəli, 24.*7.2*14-cü il tarixli, 9*2*11***139-*51*1-*83*18 reyestr nömrəli və 21.*1.2*21-ci il tarixli, 9*2*11***139- *51*1-*83*22 reyestr nömrəli çıxarışlarının olduğunu bildirir. Hesab edirik ki, həmin çıxarışlar qanuni əsaslarla verilməmişdir. Çünki, çıxarışların verilməsi üçün Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin arayışı tələb olunur. Lakin, idarə tərəfindən Rövşən Qarayevə belə bir arayışlar verilməmişdir. Bundan sonra Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi X5 verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu təqdim edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin edilməsi, həmin sənədin ləğv olunması və ya etibarsız hesab edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.Buna görə də onun ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: 1.Cavabdehin 19.*8.2*23-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. 2.2*22**3348 reyestr nömrəli, 11.*2.2*22-ci il tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 47/2 yerləşən qeyri-yayayış sahəsi X9 adına qeydiyyata alınmışdır. 3.RX seriyalı *435884 nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev b 47/2 yerləşən qeyri-yayayış sahəsi X6 adına qeydiyyata alınmışdır. 4.2*21***8*2 reyestr nömrəli, 21.*1.2*21-ci il tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 47/2 yerləşən qeyri-yayayış sahəsi X6 adına qeydiyyata alınmışdır. 5.*9.*6.2*14-cü il tarixli icarəye verilmiş əmlakın alqı-satqı müqaviləsinin surəti. 6.31.*8.2**9-cü il tarixli icarəye verilmiş əmlakın alqı-satqı müqaviləsinin surəti. 7.12.*1.2*21-ci il tarixli Əmlak bölgüsü barədə müqavilənin surəit. 8.Mingəçevir şəhər İcra Hakimiyyətinin 18.*5.2*23-cü il tarixli 64 nömrəli sərəncamı. 9.AN-İ seriyalı *893611 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1* özünə məxsus 14*.1 kv.m qeyri-yaşayış sahəsini X2.

10. AN-İ seriyalı *89361* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1* özünə məxsus 14*.1 kv.m qeyri-yaşayış sahəsini X3.

11. *8.*5.2*14-cü il tarixcli 6531/3591 nömrəli Dövlət Əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsi.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizasının 1*/3*37 nömrəli rəyi.

Əsaslandırma hissəsi :

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən *9.*4.2*24-cü il tarixli məhkəmə iclasında iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi onun hüquqi marağına əsasən nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olmadığından mümkünlük şərtinə cavab vermir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir.

İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı X8 verilmiş RX seriyalı *4356*4 nömrəli, 24.*7.1*14-cü il tarixli 9*2*11***139-*51*1-*83*18 reyestr nömrəli və 21.*1.2*21-ci il tarixli 9*2*11***139-*51*1-*83*22 reyestr nömrəli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə araşdırması zamanı mübahisələndirilən çıxarışların verilməsinə əsas olan sənədlər tələb edilmişdir.Mübahisələndirilən çıxarışlar inzibati orqanın faktiki hərəkətləri əsasında deyil,mülki əqd əsasında cavabdeh tərəfindən qeydə alınmışdır. Belə ki, Dövlət Əmlakının İcarəyə verilməsi, özəlləşdirilməsi və Torpaq idarəsi ilə 24.1*.2**2-ci ildə Mingəçevir şəhər Mənzil Təsərrüfatı müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən Mingəçevir şəhər H.Əliyev 47/2 saylı (keçmiş M.Ə.Rəsulzadə pr. 47/2) binanın zirzəmisində 66,9 kv.m qeyri-yaşayış sahəsinin icarəyə və özəlləşdirilməyə verilmiş razılıq ərizəsi əsasında özününkiləşdirilmişdir. 21.*1.2*21-ci ildə qeydiyyat nömrəsi 2*21***8*2 reyestr nömrəsi 9*2*11***139-*51*1-*83*22 sahəsi 11*,1 kv.m olan seriya MA № **1249 qeydiyyat nömrəsi 2**9**5458 reyestr nömrəsi 9*2*11***139-*51*1-*83*11 Mingəçevir şəhəri, H.Əliyev 47/2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 24.*4.2**7-ci il tarixdə 5215 saylı icarə müqaviləsi əsasında 14*,1 kv.m qeyri-yaşayış sahəsi forma № 6M icarəyə verilmiş əmlakın 3188 nömrəli alqı-satqı müqaviləsi 31.*8.2**9-cu il Bakı şəhərində imzalanmışdır və onun əsasında 1*.11.2**9-cu ildə verilmiş reyestr nömrəsi 9*2*11***139*51*1-*83*11 olan həmin sahədən 2*2*-ci ildə 15 kv.m X11 və 15 kv.m sahə X1. Ona görə də 11*,1 kv.m qeyri-yaşayış sahəsinin çıxarışı iddiaçıya 21.*1.2*21-ci ildə yeni reyestr nömrəsi 9*2*11***139-*51*1-*83*22 olan çıxarış verilmişdir. Yəni, iddiaçı tərəfindən ilkin olaraq çıxarışın verilməsinə əsas olan mülki hüquqi əqdlər mübahisələndirilməlidir.Həmin tələb uğurlu olacağı halda müvafiq çıxarışların ləğvinə dair cavabdehə müraciət edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 1*.*4.2*15-ci il tarixli 4 nömrəli Qərarında göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından,iddiaçının hüquqi marağının dəqiq ifadə olunmadığından və bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı cavabdehlərə aid iddialar olduğundan iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı:

İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı istehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X8 verilmiş RX seriyalı *4356*4 nömrəli, 24.*7.1*14-cü il tarixli 9*2*11***139-*51*1-*83*18 reyestr nömrəli və 21.*1.2*21-ci il tarixli 9*2*11***139-*51*1-*83*22 reyestr nömrəli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar