Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-540/2021 09.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu X1 Cavabdeh rəisi Maarif Məmmədova qarşı “Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli inventar aktın ləğv edilərək, 6192 (altı min bir yüz doxsan iki) manat məbləğində pulun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: X2 Cavabdeh rəisi Maarif Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli inventar aktın ləğv edilərək, 6192 (altı min bir yüz doxsan iki) manat məbləğində pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir Bələdiyyəsi ilə şəhərin Az.İES qəsəbəsi, A.Şaiq küçəsində “Bələdiyyə bazarı”nın inşa edilməsi ilə əlaqədar olaraq xx xxx 2019-cu il tarixdə “xxxx” MMC arasında podrat müqaviləsi bağlanmışdır. Bazarın inşası 2019-cu ilin noyabr ayının 15-də başa çatdırılmış və bələdiyyənin istifadəsinə verilmişdir. Bazarın “xxxx MMC tərəfindən tikinti işləri aparılan zaman, yəni xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh əməkdaşları bələdiyyə rəhbərliyinin xəbəri olmadan 6192 (altı min bir yüz doxsan iki) manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən akt tərtib olunan zaman bələdiyyə əməkdaşları dəvət olunmamış və aktın surəti bələdiyyəyə təqdim edilməmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, aktın surətinin onlara təqdim edilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh orqan aktı iddiaçıya təqdim etməmişdir. İddiaçı bu səbəblə “xxxx” ASC-yə müraciət edərək, aktın surətinin bələdiyyəyə təqdim edilməsini xahiş etmişdir. “xxxx” ASC xx.xx.2020-ci il tarixli ərizəsində bildirmişdir ki, cavabdehin ərazisində yerləşən obyektə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman su təchizatından qanunsuz istifadəyə görə xx.xx.2019-cu il tarixli invertar aktı tərtib olunmuş 6192 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-2014/2020 nömrəli qərardadından müəyyən edilir ki, iddiaçı analoji tələblə ilkin olaraq həmin məhkəməyə müraciət etmiş və qəbul edilmiş qərardadda iddiaçıya bildirilmişdir ki, onun tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılır. Buna görə iddiaçı hazırkı tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli yardım məktubunda nəzərinə çatdırılmışdır ki, hazırkı tələbə inzibati məhkəmə qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya qeyd etdiyi tələblə bağlı aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı məhkəməyə elektron poçtla ünvanladığı xx.xx.2021-ci il tarixli 272 nömrəli məktubda işə mülki məhkəmə icraatı qaydasında baxılmasını nəzərə alaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin kommersiya məhkəməsinə təqdim edilməsi üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Cavabdeh rəisi Maarif Məmmədova qarşı “Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli inventar aktın ləğv edilərək, 6192 (altı min bir yüz doxsan iki) manat məbləğində pulun silinməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-540/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-540/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver