Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-540/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Labartoriyasında işlədiyi illərin (2006-2016) əmək haqqından tutuşların cavabdeh tərəfindən düzgün araşdırılaraq pensiyasının hesablanması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəqiqləşdirilərək cavabdeh orqan DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial qeyd edilmiş, əmək haqqından sosial sığortaya olan tutulmaların əmək haqqına əlavə edilməklə, yenidən hesablanaraq pensiya hesabına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə, inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı növbəti dəfə tələbini dəqiqləşdirərək cavabdeh orqanı DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial qeyd etmiş, “X6 İdarəsinin nəzdində X2 xx.xx.2006-cı ildən xx.xx.2016cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığorta kartına tutulmalı olan və səhvən digər şəxslərin adına hesablanan cəmi 4108,84 manat sosial sığorta ayırmalarının nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, X6 Laboratoryasının nəzdində X2 01 iyun 2006-cı ildən - 02 fevral 2016-cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığortaya tutulan vəsaitin bir hissəsinin öz adına yox, səhvən Lənkəran rayon sakini 14 fevral 1965-ci ildə anadan olmuş onunla eyni ad, soyad və ata adı olan İddiaçı Cəlal qızının adına hesablanması, bir hissəsinin isə qeydiyyatı, ünvanı ona məlum olmayan Məhərrəmov Qasım Xanqulu oğlunun adına hesablanması, əmək haqqından olan tutulmaların əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını 2006-cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, sığortaolunan xx xxxx 1958-ci il təvəllüdlü E. İsmayılova (FİN: xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon baytarlıq idarəsi” (SUN: **********4) tərəfindən təqdim edilməsi, həmçinin, xx xxxx 1958-ci il doğum tarixli E. İsmayılovanın sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon seçki məntəqəsi” (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların isə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası” tərəfindən (SUN: **********) təqdim edilməsini, “Balakən rayon baytarlıq idarəsi” tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xx xxxx 1958-ci il tarixli doğum tarixli İddiaçı, eləcə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il tarixli doğum tarixli İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlu sığortaolunan kimi qeyd edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DSMF-nun Sosial Sığorta və X8 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sığortaolunan hesabından görünür ki, xx.xx.1965-ci il doğum tarixli İddiaçı fərdi hesabına X6 Laboratoriyası tərəfindən 2006-2016-cı illər üzrə 3748.86 manat, xx.xx.1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına X6 Laboratoriyası tərəfindən 2008-ci ilin yanvar-dekabr ayları üzrə 359,98 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. - Balakən rayon X3 xx.xx.2006-cı il tarixli 03 k №-li və xx.xx.2016-cı il tarixli 01 k №li əmrlərindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən Balakən rayon X3 sanitarı vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaların İdarə Edilməsi departamentinin X7 Laboratoriyasının Qax rayon DSMF-na ünvanladığı xx.xx.2019-cu il tarixli 08 №-li məktubda qeyd edilmişdir ki, 2008-ci ildə Məhərrəmov Qasım Xanqulu oğlu sözügedən idarədə işləməmişdir. Həmin fərdi uçota düşən vəsait İddiaçı Cəlal qızına aiddir. - DSMF-nun xx.xx.2020-ci il tarixli məktubundan və iddiaçıya pensiya təyin edilməsi ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı tələblə bağlı ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixdən - xx.xx.2016-cı il tarixədək Balakən rayon X1 işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları texniki səhv nəticəsində xx.xx.1965-ci il doğum tarixli İddiaçı və xx.xx.1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına köçürülmüşdür. Həmin vəsaitin texniki səhv nəticəsində adları qeyd edilmiş şəxslərin fərdi hesabına köçürülməsi iş materiallarında olan sənədlərlə sübut olunur. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan vəsait 4108,84 manat az əks olunduğundan iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı X6 İdarəsinin nəzdində X2 xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığorta kartına tutulmalı olan və səhvən digər şəxslərin adına hesablanan cəmi 4108,84 manat sosial sığorta ayırmalarının nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-540/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-540/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver