Məhkəmə qərarları › İş №2-1(116)-542/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-542/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-542/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x15rşı "Qax rayonu Qaxbaş kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x15rşı "Qax rayonu Qaxbaş kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, Qax Rayon Dövlət Notariat Kontorunda bağlanmış 24.07.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, x6 məxsus olan fərdi yaşayış evini satın almışdır. O, evə və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 17.12.2019-cu il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, alqı-satqı müqaviləsində göstərilən 0,15 ha torpaq sahəsinə aid "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"və ya "Torpaq sahəsinin planı və ölçüsü"Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir. Dövlət Arxivinin Qax rayon filialının 20.11.2019-cu il tarixli 281/1 nömrəli arxiv çıxarışında adı göstərilmiş x9 adına Qax rayonu Qaxbaş kəndində yerləşən 0,15 ha torpaq sahəsinə DTXK-nın Qax rayon şöbəsi tərəfindən JN-942F kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmiş, Qax DNK-nın 28.12.2015-ci il tarixli 2V-234 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə 0,15 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi x1 və sonuncunun adına 15.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax DNK-nın 24.07.2005-ci il tarixli 4Ə-197 nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 0,15 ha torpaq sahəsinin qanuni istifadədə olmasını müəyyən etmək mümkün olmadığına və daxil edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq olduğuna görə ərizənin icrası mümkün olmamışdır. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən göründüyü kimi, x2 İsrayıl Mikayıl oğlunun xalasıdır. Qax Rayon AİK-in 20.07.2000-ci il tarixli 07 nömrəli qərarına əsasən, Qax rayon Qaxbaş kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi x9 mülkiyyətinə verilmiş və onun adına JN-942F kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin şəhadətnamədə olan sxemdən görünür ki, torpaq sahəsində ev vardır. x13 21.04.2003-cü ildə vəfat etmişdir. x7 24.07.2005-ci ildə İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq, 21.04.2004-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi əsasında Qax rayon Qaxbaş kəndində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Göstərilən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə x11 mülkiyyət hüququ 02.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin çıxarışda göstərilən evə və həyətyanı torpaq sahəsinə mərhum x11 vərəsəsi olan x5 adına 28.12.2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Göstərilən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə x5 mülkiyyət hüququ 15.01.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Göründüyü kimi, İddiaçı hazırda öz adına qeydiyyata alınmasını tələb etdiyi və 24.07.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında x4 aldığı evə və evin yerləşdiyi torpaq sahəsinə həmin alqı-satqıdan sonra x5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır və həmin qeydiyyat hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sadalanan normalardan görünür ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar məhkəmə qaydasında mübahisələndirilə bilər. Hüquqlara dair reyestrdəki qeydiyyatın qeyri-dəqiqliyi sübuta yetirilənədək və müvafiq məhkəmə qərarı çıxarılanadək isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur. Hazırkı işdən görünür ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində x5 adına olan qeydiyyatı mübahisələndirmədən və həmin qeydiyyat ləğv edilmədən hazrkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının evə və torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olması müəyyən ediləcəyi halda belə, əvvəlki qeydiyyat ləğv edilmədən iddiaçının adına qeydiyyatın aparılması mümkün deyil. Bunun üçün isə iddiaçı əvvəlcə x5 adına olan qeydiyyatın ləğv edilməsi üçün müraciət etməli və həmin tələbi təmin ediləcəyi halda, öz adına qeydiyyat aparılmasını tələb etməlidir. Lakin müəyyən edildi ki, İddiaçı x5 adına olan qeydiyyatın ləğv edilməsi üçün cavabdehə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın mümkün sayılması və mahiyyəti üzrə həll edilməsi üçün hazırda əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x15rşı "Qax rayonu Qaxbaş kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar