Məhkəmə qərarları › İş №2-1(116)-542/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-542/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-542/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “N3-N6-cı illərdə keçdiyi hərbi xidməti nəzərə alaraq ona “Müharibə veteranı” adının, statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı N3-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsi (Qəbələ RHK) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxxx 20N6-cı il tarixli 9/2-N0985 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli, N57 nömrəli əmrilə (əsas: paraqraf N5, səh. 33) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunmuşdur. İddiaçı komandirin xx xxxxxxx N3-cü il tarixli 2N9 nömrəli əmrilə (əsas sıra 98, səh. 9) şəxsi heyətin sırasından bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.N4-cü il tarixli 3/4-N75 nömrəli sərəncamına əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli N5 nömrəli əmrilə (əsas paraqraf N0, sıra 38, səh. 39) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.N4-cü il tarixli 3\4-N74 nömrəli sərəncamına əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 25 nömrəli əmrilə (əsas: paraqraf 2, sıra NN, səhifə 2N) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək idarəetmə batareyasının sərəncamına göndərilmiş və Ağdam Qarnizonu Hərbi Tribunalının 06 mart N6-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü bəndi və 250-ci maddəsinin «Q» bəndi ilə təqsirli bilinərək N2 il müddətinə cəzasını ciddi reyimli islah-əmək koloniyasında çəkməklə azadlıqdan məhrum edilmiş, 4-cü ADN, NN-ci batareyanın ştandankənar hərbi qulluqçusu kimi komandirin xx xxxxxxxx N6-cı il tarixli N60 nömrəli əmrilə (əsas: paraqraf 4. səh 2) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-4436/2020 nömrəli qərardadı ilə iş baxılması üçün xx.xx.202N-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.202N-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata götürülmüşdür. Cavabdeh orqan Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, NN/3242 nömrəli etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün xx xxxxxxxx N5-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». İddia tələbi əsassızdır. Belə ki, Mərkəzi Arxivin xx.xx.20N6-cı il tarixli 9/2-N0985 nömrəli arayışına əsasən İddiaçı Bayraməli oğlunun barəsində cinayət işi olduğundan ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteram, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz. İş materiallarında olan MN Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N0985 nömrəli arxiv arayışında qeyd edilir ki, Qəbələ RHK-dan çağırılmış N975-ci il təvəllüdlü İddiaçı N №-ii hərbi hissə Komandirinin xx xxxx N3-cü il tarixli N57 №-li əmrilə (əsas § N5, sıra NN, səh. 33) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq "sıravi” hərbi rütbəsi verilib kursant vəzifəsinə təyin olunmuş və komandirin xx xxxxxxx N3-cü il tarixli 2N9 №-li əmrilə (əsas: sıra 98, səh. 9, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N4-cü tarixli 3/4-N75 №-li sərəncamına əsasən İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli N5 №-li əmrilə (əsas § N0, sıra 38, səh. 39, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Qeyd edirik ki, N N-li hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli 3/4-N74 №-li sərəncamına əsasən N №-li hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 25 №-li əmrilə (əsas: § 2, sıra NN, səh. 2N, əmrdə vəzifəsi göstərilməyib, əmrdə adı Əlifəha və atasının adı Bayraməli yazılmışdır) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək idarəetmə batareyasının sərəncamına göndərilmiş və Ağdam qarnizonu Hərbi Tribunalının xx xxxx N6-cı ii tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü bəndi və 250-cı maddəsinin "Q” bəndi ilə təqsirli bilinərək N2(on iki) müddətinə cəzasını möhkəm rejimli islah-əmək koloniyasında çəkməklə azadlıqdan məhrum edilmiş 4-cü ADN, NN-ci batareyanın ştatdankənar hərbi qulluqçusu sıravi İddiaçı komandirin xx xxxxxxxx N6-cı il tarixli N60 №-li əmrilə (əsas: § 4, səh. 2, əmrdə vəzifəsi göstərilməyib, əmrdə atasının adı Bayraməli yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli, 0N2-20490-N220 nömrəli məktubunda qeyd edilir ki, xx.xx.N975-ci il tarixdə Qəbələ rayonunda doğulmuş Əhmədov XN Qarnizonu Hərbi Tribunalının xx.xx.N6-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü hissəsi, N5,94-cü maddənin 4cü hissəsi 250-ci maddənin «Q» bəndi və 38-ci maddələri ilə N2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.N6-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.N6-cı ildə Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.N6-cı il tarixli qərarı ilə N il N0 ay N9 gün müddətinə əməyə mütləq cəlb olunmaqla şərti azad edilmiş və xx.xx.N8-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.202N-ci il tarixli N89-5007-N22N nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı xx.xx.N5-ci il tarixdə Ağdam Qarnizonu Hərbi Prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə həbs edilmiş, N2 il müddətinə azadlıqdan məhrum edilmiş, AR Ali Məhkəməsinin Rəyasət heyətinin xx.xx.N6-cı il tarixli qərarı ilə xx.xx.N6-cı il tarixli hökm dəyişdirilmiş və cəzası 03 il azadlıqdan məhrumetmə kimi təyin edilmişdir. xx.xx.N8-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın Ndək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı hərbi cinayətlərə görə məhkum olunduğundan inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar