Məhkəmə qərarları › İş №2-1(116)-546/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-546/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-546/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bölməsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bölməsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 18 aprel 2022-ci il tarixli, 525 nömrəli "Xəstəlik şəhadətnaməsi"ndən də göründüyü kimi, hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı vaxtından əvvəl təris olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı siğorta ödənişinin ödənilməsini tələb etsə də, sonuncu 08 iyun 2023-cü il tarixli, 3-17-1/2- R-130015/2023 nömrəli məktubla bundan imtina etmişdir.Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür.İddiaçı tərəfindən təqdim edilən SX № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022ci il tarixli 525 № xəstəlik şəhadətnaməsinin surətinə əsasən İddiaçı diz nahiyəsində yaranan ağrı, ləkə və qartmaqlar səbəbindən Respublika Dəri Zöhrəvi Mərkəzində müayinə olunaraq ona “xroniki ekzema” diaqnozu qoyulmuşdur. Beləliklə, İddiaçı xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud xəstəliyin sığorta hadisəsi hesab edilməsi üçün aşağıdakı qeyd edilənlərdən biri müəyyən edilməlidir: - xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyin müəyyən olunması; - ağır, az ağır, yüngül xəsarət alması Birinci hissəyə münasibətdə bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” Alt Sistemindəki məlumatlara əsasən İddiaçı dair müayinə aşkar edilməmişdir. İkinci hissəyə münasibətdə bildiririk ki, ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 269 № qərarı ilə təsdiq edilmiş Siyahı) uyğun olaraq müəyyən edilir. Belə ki, sözügedən siyahıya müvafiq olaraq tələbi üzrə iddiaçının xəsarətinin dərəcəsinin sübuta yetirilməsi, bu barədə arayışın təqdim olunması iddiaçının üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi cavabdeh Fondun səlahiyyətlərinə aid olmamış, xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sözügedən xəsarətin dərəcəsinin müəyyən edilməsi və arayışın verilməsini həyata keçirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.6cı maddəsinə görə sığorta ödənişinin verilməsi üçün əsas olan Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş hər hansı müvafiq hala uyğun gəlmədiyindən, sığorta hadisəsi hesab edilmədiyi üçün sözügedən Qanunun 8.1.3-cü maddəsinə əsasən ona sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavadehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir.

2. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 525 nömrəli Xəstəlik şəhadətnaməsi.

3. Cavadehin iddia tələbinə dair xx.xx.2023-cü il tarixli etiraz məktubu;

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesa edir ki,iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanı (bundan sonra - Fərmanın) ilə təsdiq edilmişdir. Fərmanın 1 -ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmələrin (İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlə orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası bundan sonra - Qaydanın) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il arixli, 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qaydanın 1.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra - birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci /ə ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. Fərmanın və Qaydanın normalarından görünür ki, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə verilir. İddiaçının hüquqi marağı adının cavabdeh tərəfindən hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı sığorta ödənişinin ödənilməsindən ibarətdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” Alt Sistemindəki məlumatlara əsasən İddiaçı dair müayinə aşkar edilməmişdir. Digər tərəfdən ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 269 № qərarı ilə təsdiq edilmiş Siyahı) uyğun olaraq müəyyən edilməlidirki, sözügedən siyahıya müvafiq olaraq tələbi üzrə iddiaçının xəsarətinin dərəcəsinin sübuta yetirilməsi, bu barədə arayışın təqdim olunması iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç" bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Bu baxımdan da, İddiaçı xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.6-cı maddəsinə görə sığorta ödənişinin verilməsi üçün əsas olan Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş hər hansı müvafiq hala uyğun gəlmədiyindən, sığorta hadisəsi hesab edilmədiyi üçün sözügedən Qanunun 8.1.3-cü maddəsinə əsasən ona sığorta ödənişinin verilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən cavabdehin imtinası qanuni olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İPM-nin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bölməsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar