Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-547/2024 03.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Püştətala Bələdiyyəsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ayrılıb verilmiş 0.10 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata alınaraq Reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Puştətala Bələdiyyəsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ayrılıb verilmiş 0.10 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata alınaraq Reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2834/2023 nömrəli qərardadı ilə Balakən rayonu Püştətala Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Balakən Rayonn Püştatala Bələdiyyəsinin 31 yanvar 02 saylı Pıotokoldan Çıxarışa əsasən "xxxx" MMC-nin İcracı direktoru X4 müraciəti əsasında "xxxx" MMC-nin yerləşdiyi ərazinin yanında 0,10 ha torpaq sahəsi İstirahət zonasının yaradılması məqsədilə "xxxx" -ə verilmişdir. Bələdiyyənin 31 yanvar 2007 ci ıl tarixli 02 nömrəli sərəncamı ilə “ŞEM OİL" MMC-yə 0,10 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. 31 yanvar 2007-ci il tarixli qərara əsaən 20 aprel 2007-ci il tarixli torpaq alqısatqı aktı tərtib edilmişdir. Fevral 2007 ci il tarixdə satılacaq sahə seçilmişdir.Torpaq Alqı satqı Aktı əsasında 251 manat Bələdiyyənin hesabına ödənilmişdir. Balakən Rayon İH-nın 03 may 2007 ci il tarixli 106 saylı sərəncamı ilə Mədəniyyət və istirahət zonasının yaradılması üçün ayrılmış 0,10 ha torpaq sahəsində tikinti işlərin aparılmasına razılıq verilmişdir. Bu torpaq sahəsinə 30 aprel 2007-ci il tarixdə A N ******* saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi işlənib hazırlanaraq 30 aprel 2007 ci il tarixdə X9 014 nömrə ilə qeydiyyata alınıb . "xxxx" MMC 07 saylı ödəniş tapşırığı ilə 250 manat pulu fevral 2007 ci il tarixdə Bələdiyyənin hesabına ödəniş tapşırığı ilə ödəmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş,cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizəyə əlavə olunan xx.xx.2007-ci il tarixli, A N°000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin arxiv nüsxəsi ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsində texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi elektron baza xəritələrində və TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş ərazisidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etd Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı sərəncamından görünür ki, Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.
3. Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 106 saylı sərəncamından görünür ki, Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsində tikinti işlərinin aparılması barədə qərar qəbul edilmişdir.
4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə iddiaçıya Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.
5. 21.02.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Balakən rayonu Püştətala Bələdiyyəsinin hesabına 251 AZN ödəniş edilmişdir.
6. Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı protokolundan çıxarış.
7. A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi iddiaçıya məddəniyyət və istirahət zonası yaratmaq məqsədilə verilmişdir.
8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
9. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-cu il tarixli 05 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə verilmiş torpaq sahəsində tikinti işlərinə başlamasına icazə verilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavə.
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi barədə protokol, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, "xxxx" Məhdud Məsulliyətli Cəmiyyətinə Balakən rayon Püştətala bələdiyyəsinin 31.01,2007-ci il tarixli 02 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsi iddiaçının özünün naturada göstərdiyi torpaq sahəsi Balakən rayonu. Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Püştətala bələdiyyəsinin mülkiyyətinə aid kənd təssərüfatı təyinatlı təmiz örüş sahəsidir və kənd təsərrüfatına yararlı ərazidir. Mübahisəli torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti olmaqla həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən verilmiş 0.10 ha torpaq sahəsinin bir hissəsi Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bır hissə X6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bır hissəsi Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X2 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və Püştətala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazisi ilə üst-üstə düşür. X15" Məhdud Məsulliyətlı Cəmiyyətinin naturada istifadəsində olan 0.10 torpaq sahəsi isə digər vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür Faktiki istifadə olunan torpaq sahəsi A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü’ sənədində göstərilən koordinatlara əsasən verilmiş 0.10 ha torpaq sahəsi ilə üst- üstə düşmür. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin arxiv nüsxəsinin olmaması və torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Təqdim edilən mütəxəssis rəyindən görünür ki, xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi iddia olunan torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan vermir.Belə ki,sənədin tərtibi zamanı təhriflərə yol verilmiş,iddiaçıya ayrılan və tanıdılan torpaq sahəsinin dəqiq ünvanını müəyyən etməyə imkna verməyən sənəd tərtib edilmişdr. Sözügedən "Torpaq sahəsinin planı və ölçüsü” sənədi Balakən rayon Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, X6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bir hissəsiisə Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X2 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.Həmin torpaq sahələri aqrar islhata zamanı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına əsasən mülkiyyətə verilmiş olduğundan həmin ərazinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması mümkün deyildir. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsi tiropaq sahəsinijn situasiya planı və sxematik planında qeyd olunanəraziya uyğundur.Qeyd olunanlar xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin torpaq sahəsinin ayrıldığı zamankı real vəziyyəti əks etdirmədiyi qənaətinə gəlməyə əsasə verir. Cavabdehin digər dəlili torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlıdır.Həmin dəlili əsassız hesab edən məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan sənədlərə əsasən iddia olunan torpaq sahəsi yanacaqdoldurma məntəqəsi və kənd yolunun kənarında yerləşməklə yaşayış mənətəqəsi ərazisinə aiddir. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-cu il tarixli 05 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə verilmiş torpaq sahəsində tikinti işlərinə başlamasına icazə verilmişdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Püştətala Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 2 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin mülkiyyət hüququnu qeydiyyata alaraq (xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədini faktiki istifadə vəziyyətini uyğunlaşdırmaqla) çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə