Məhkəmə qərarları › İş №2-1(116)-549/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-549/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-549/2021 19.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən 37,4 kv.m qeyri-yaşayış sahəsinə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004688 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən 37,4 kv.m qeyriyaşayış sahəsinə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004688 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, həmin iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri iddiaçının eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsi və cavabdehin həmin tələbi təmin etməkdən imtina etməsi, yaxud da ümumiyyətlə müraciətə cavab verməməsidir. İşdə olan, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş"dən görünür ki, həmin məktubda cavabdeh iddiaçının fərdi yaşayış evinin tərkib hissəsi olan anbarın qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə cavab vermişdir. Cavabdehə sorğu edilərək iddiaçının həmin "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə"sinin surəti alınıb işə əlavə olundu və müəyyən edildi ki, ərizədə qeydiyyata alınması xahiş edilən əmlak qrafasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi göstərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddiasında qeyri-yaşayış sahəsinə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, onun cavabdehə ilkin müraciəti bu barədə deyil, fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı barədə olmuş, torpaq sahəsi ilə bağlı isə ərizədə ümumiyyətlə heç nə yazılmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə bu çatışmazlıq iddiaçının diqqətinə çatdırılmış və ilkin müraciətin fərqli məzmunda olmasının iddianın mümkün sayılmamasına əsas verməsi ona izah edilmişdir. Məhkəmənin həmin məktubuna cavab olaraq iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması haqqında ərizə göndərərək, ünvan 1 ünvanında yerləşən 37,4 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı əvvəlki tələbinin torpaq sahəsi ilə bağlı hissəsini tələbdən xaric etsə də, qeyriyaşayış sahəsi ilə bağlı hissəsini dəyişdirmədən saxlamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə ilkin müraciəti qeyri-yaşayış sahəsi ilə bağlı olmadığına və cavabdeh iddiaçıya qeyri-yaşayış sahəsinin qeydiyyatı ilə bağlı cavab vermədiyinə görə hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdehə qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etdikdən və cavabdeh bu qeydiyyatı aparmaqdan imtina etdikdən sonra o, müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən 37,4 kv.m qeyriyaşayış sahəsinə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004688 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar