Məhkəmə qərarları › İş №2-1(116)-55/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-55/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-55/2024 28.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “10970.04 manat vergi borcunun silinməsi və həmin borcun əsası olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X4 cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 35.747.17 AZN (otuz beş min yeddi yüz qırx yeddi manat on yeddi qəpik) vergi borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “10970.04 manat vergi borcunun silinməsi və həmin borcun əsası olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Mirzəyev Yaşar xx.xx.1966-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yaşayır. Müharibə veteranıdır. Əvvəllər hüquq mühafizə orqanlarında işləmiş, hər zaman cəmiyyətdə normal davranışı ilə seçilmişdir. Uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dəfələrlə xarici ölkələrdən nəqliyyat vasitələri üçün ehtiyat hissələri gətirmiş, heç vaxt gömrük və ya vergi orqanları ilə problemi olmamışdır. 2021-ci ilin müxtəlif aylarında nəqliyyat vasitələri üçün ikinci əl ehtiyat hissələri gətirib satışını həyata keçirmişdir. Həmin malların gətirilməsi zamanı bütün rəsmi prosedurlardan keçmiş və gömrük və vergi qanunveriuciliyinin bütün tələblərinə də əməl etmişdir. 2021-ci il ərzində idxal etdiyi ikinci əl avtomobil ehtiyat hissələri invoys və yük gömrük bəyannaməsi üzrə dəyəri 41265 ABŞ dolları (milli valyuta ekvivalenti 70150,50 manat) olmuşdur. Buna baxmayaraq, gömrük orqanı tərəfindən ikinci əl, işlənmiş ehtiyyat hissələri idxal olunan zaman gömrük bəyannaməsində malların statistik dəyəri şişirdilmiş qiymətlərlə artırılmışdır. Buna görə də, ikinci əl işlənmiş ehtiyyat hissələrinin real dəyəri 41265 ABŞ dolları (milli valyuta ekvivalenti 70150,50 manat) olmasına baxmayaraq, yük gömrük bəyannaməsi üzrə statistik dəyəri qaldırılaraq 266898.32 USD, yəni milli valyuta ekvivalenti 453727.15 manat olmuşdur. Lakin malların satışı zamanı gömrükdə ödənilmiş rüsmlar malların dəyərinin üzərinə gələrək 25% ticarət əlavəsi qoyularaq 282953,21 manata tərəfindən satılmışdır. Həmin satılmış məbləğ üzrə ƏDV və Gəlir vergisi hesabtlarını təqdim etmişdir. xx.xx.2022-ci il tarixli **********921400 nömrəli 2019-cu il tarixli vergi orqanının Qərarında 424.92 manat 2019-cu il tarixində hesablanmış gəlir vergisi olmuşdursa həmin Qərarda 2021-ci il tarixində vergi orqanı tərəfndən qanunusuz hesablanmış 35747.17 göstərilmişdir. Odur ki, vergi orqanının hesabladığı kimi gəlir əldə etməmişdir. Vergi orqanının hesabladığı vergi reallıqdan uzaq olduğu və həmin hesablanmış vergi ilə razılaşmadığı üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə ona 35747, 17 AZN (otuz beş min yeddi yüz qırx yeddi manat on yeddi qəpik) vergi borcu hesablamaqla Qərar qəbul etmişdir. O, bu qərarla razı deyil və vergi orqanına da dəfələrlə bildirmişdir ki, bu qərar əsassız və qanunsuzdur. Lakin müsbət nəticə əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun heç bir vergi borcu və ya öhdəliyi yoxdur. O, ölkə qanunvericiliyinin tələblərinə tam riayət edərək fəaliyyət göstərir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir. Dövlət orqanı olaraq bu qədər qanusuzluğa yol verilməsi və sahibkarın hüquqlarını tapdalamağı başadüşülən hal deyil və Vergi Məcəlləsinə və qanunvericiliyə ziddir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Məlumat-uçot bazasına əsasən vergi ödəyicisinin fəaliyyət növü “Sair ərzaq məhsullarının pərakəndə satışı" olsa da faktiki olaraq ikinci əl avtomobil ehtiyyat hissələrinin idxalı və satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Hazırkı etirazın tərtib olunduğu xx.xx.2023-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan vergilər və faizlər üzrə borc məbləği 23018,19 manat təşkil edir. Həmin məbləğin 16531,93 manatı əsas vergi borcundan. 6486.26 manatı isə həmin əsas vergi borcunun Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış faiz borcu təşkil edir. Həmin borcun tərkibi isə həm vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğlərdən həm də vergi orqanı tərəfindən hesablanmış məbləğlərdən ibarətdir. Belə ki. vergi ödəyicisinin özünün təqdim etdiyi vergi bəyannamələrinə əsasən bəyan etdiyi məbləğlər aşağıdakılardır: Sadələşdirilmiş vergi üzrə -2021-ci ilin İİ rübü üzrə sadələşdirilmiş vergi - 3985.10 manat, 2021-cı ilin İİİ rübü üzrə sadələşdirilmiş vergi - 200 manat, 2021-ci ilin İV rübü üzrə sadələşdirilmiş vergi - 30 manat. Gəlir vergisi üzrə - 2021-ci ilin gəlir vergisi - 6360.36 manat X6si üzrə - sentyabr 2021- büdcədən qaytarılmalı ƏDV-nin 19174.06 manat olmasını bəyan edilmişdir. Oktyabr 2021 - büdcədən qaytarılmalı ƏDV-nin 3773.57 manat olmasını bəyan edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğləri aşağıdakılardır: Sadələşdirilmiş vergi üzrə: 2021-ci ilin İİİ rübü üzrə - 3957.44 manat kameral qaydada əlavə vergi hesablanmışdır. X6si üzrə: Sentyabr 2021 - büdcəyə ödənilməli olan ƏDV -nin 6587.68 manat olması barədə qərar qəbul edilmişdir. Gəlir vergisi üzrə: 2019-cu ilin gəlir vergisi üzrə - 424.92 manat gəlir vergisinin hesablanması barədə 24.11 2022-ci il tarixli **********921400 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi vergi ödəyicisinin hazırda şəxsi hesab vərəqəsində mövcud olan 16531.93 manat vergi borcunun yalnız 3957 44+6587.68+424.92=10970.04 manat olan hissəsini vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri təşkil edir. Borcun qalan hissəsini isə vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələrlə bəyan etdiyi məbləğlər və 4 halda vergi hesabatını vaxtında təqdim etməməyə götə tətbiq edilmiş 4*40=160 manat maliyyə sanksiyası təşkil edir. 10970.04 manat vergi borcu vergi orqanının aşağıdakı qərarları ilə hesablanmışdır: 1) 17 aprel 2023-cü il tarixli **********433800 nömrəli qərar. 2) 16 yanvar 2023-cü il tarixli **********124000 nömrəli qərar. 3) 24 noyabr 2022-ci il tarixli **********921400 nömrəli qərar. 4) 06 iyul 2022-ci il tarixli **********721800 nömrəli qərar. 5) 20 dekabr 2022-ci il tarixli **********876700 nömrəli qərar. 6) 24 yanvar 2023-cü il tarixli **********608300 nömrəli qərar. 17 aprel 2023-cü il tarixli **********433800 nömrəli qərarla 2021-ci ilin İİİ rübü üzrə 3957.44 manat kameral qaydada əlavə vergi hesablanmasının mahiyyəti ilə bağlı bildiririk ki, həmin dövr üzrə vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin 10000 manat, ödənilməli sadələşdirilmiş vergi məbləğinin isə 10000*2%=200 manat olduğu bəyan edilmişdir. Lakin, 2021-ci ilin aprel-avqust aylarında Yük- gömrük bəyannamələri (YGB) məlumatlarına əsasən vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 404003,55 manat, elektron qaimə-faktura ilə alınmış malların dəyəri 3123,71 manat olduğundan və vergi ödəyicisinin 2021-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində malların təqdim edilməsindən dövriyyəsinin 199255.10 manat olduğu bəyan edildiyindən və 2021-ci ilin 3-cü rübünün sonuna mal qalığı olmadığından idxal olunmuş malların dəyərindən 2-ci rüb ərzində təqdim edilmiş malların dəyəri çıxılmaqla qalan məbləğdə malların 2021-ci ilin 3-cü rübündə təqdim edildiyi müəyyən edilmiş və həmin məbləğə uyğun sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Rəqəmlərlə ifadə etsək 2021-ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi malların dəyəri (404003.55+3123.71)- 199255.10=207872,16 manat müəyyən edilmiş və həmin məbləğə uyğun olaraq 207872.16*2%=4157.44 manat sadələşdirilmiş vergi məbləği müəyyən edilmiş və vergi ödəyiyicisinin bəyannaməsi nəzərə alınmaqla əlavə olaraq 3957.44 manat məbləğində hesablama aparılmışdır. 16 yanvar 2023-cü il tarixli **********124000 nömrəli qərarla 2021-ci ilin sentyabr ayı üçün 6587.68 büdcəyə ödənilməli ƏDV məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildiririk ki, həmin dövr üzrə vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin kameral qaydada yoxlanması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlərdə (yəni 01 09.2021-ci il tarixdən sonra) idxal üzrə ödənilmiş ƏDV məbləğinin 18019.17 manat olmasına baxmayaraq, vergi ödəyicisinin əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 43780.91 manat olmuşdur ki, nəticə də 25761.74 manat məbləğində kənarlaşma yaranmışdır. Belə ki, **********3059, **********6362, **********7931, **********4510, **********4050 nömrəli YGB üzrə idxal əməliyyatı aparan zaman vergi ödəyicisinin ƏDV qeydiyyatında olmadığı səbəbindən həmin YGB üzrə əvəzləşdirilmə aparıla bilmədiyi halda, təqdim etdiyi bəyannamədə həmin bəyannamələr üzrə ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirdiyi üçün kameral vergi yoxlaması zamanı həmin məbləğlər əvəzləşdirmədən çıxarılmış və nəticədə büdcəyə ödənilməli ƏDV məbləğinin 191xx.xx-25761.74=6587.68 manat olduğu barədə 16 yanvar 2023-cü ıl tarixli **********124000 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa məlumat-uçot bazasına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu ildə 8498.30 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etmədiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 2019-cu il üçün vergi ödəyicisinin gəlir vergisindən mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75% güzəşt hüququ nəzərə alınmaqla 8498.30*20%*75%=424.92 manat gəlir vergisinin hesablanması barədə 24 noyabr 2022-ci il tarixli **********921400 nömrəli qərar qəbul edilmişdir. 06 iyul 2022-ci il tarixli **********721800 nömrəli, 20 dekabr 2022-ci il tarixli **********876700 nömrəli, 24 yanvar 2023-cü il tarixli **********608300 nömrəli qərarlarla isə 4 halda vergi hesabatının Vergi Məcəlləsində müəyyən olunmuş müddətdə təqdim olunmamasına görə hər biri 40 manat olmaqla cəmi 160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması baradə **********921400 nömrəli xx.xx.2022-ci il tarixli Qərar, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması baradə **********124000 nömrəli xx.xx.2023-ci il tarixli Qərar, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması baradə **********433800 nömrəli xx.xx.2023-ci il tarixli Qərar, Sadələşdirilmiş verginin bəyənnaməsi, gəlir vergisinin bəyənaməsi, X6 bəyənnaməsi, Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə, Yük gömrük bəyənnamələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının vəkili Vəkil inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərarlar – xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmişdir. İlkin iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən mübahisələndirmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia qismən əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Vegi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarların 10970,04 manat borc məbləğinə aid hissədə ləğv edilməsinə nail olmaqdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 424,92 manat, xx.xx.2023-cü il tarixli qərarla – kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 6587,68 manat, xx.xx.2023-cü il tarixli qərarla – kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 4157,44 manat məbləğində olmuşdur. xx.xx.2023-cü il tarixə hesablanmış vergi borcu – 23018,19 manat (16531.93 manat əsas, 6486,26 manat faiz borcu) əsas borcun 3957.44 + 424,92+6587,68= 10970,04 manat hissəsi vergi orqanı tərəfindən hesablanmışdır. Qalan məbləğ iddiaçının özünün bəyan etdiyi məbləğlər və 4 halda hesabatın təqdim edilməməsinə görə (4*160) maliyyə sanksiyasıdır. Sadələşdirilmiş vergi üzrə 2021-ci ilin - 2-ci rübü – 3985,10, 3-cü rübü – 200 manat müəyyən edilmiş, əlavə olaraq xx.xx.2023-cü il tarixli qərarla 3957.44 manat vergi borcu hesablanmışdır (4-cü rüb üzrə - 30 manat) Belə ki, 2021-ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin 10000 manat, ödənilməli sadələşdirilmiş vergi məbləğinin isə 200 manat (10000*2/100) olduğu bəyan edilmişdir. Lakin 2021-ci ilin yük gömrük bəyannamələrinin məlumatlarına əsasən vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 404003,55 manat, elektron qaimə faktura ilə alınmış malların dəyəri 3123,71 manat olduğundan və vergi ödəyicisinin 2021-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində malların təqdim edilməsindən dövriyyəsinin 199255,10 manat olduğu bəyan edildiyindən və 2021-ci ilin sonuna mal qalığı olmadığından idxal olunmuş malların dəyərindən 2-cü rüb ərzində təqdim edilmiş malların dəyəri çıxılmaqla qalan məbləğdə malların 2021-ci ilin 3-cü rübündə təqdim edildiyi müəyyən edilmiş və həmin məbləğə uyğun sadələşdirilmiş vergi hesablanmışdır. Beləliklə 2021-ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi malların dəyəri (404003,55+3123,71)-199255,10=207872,16 manat müəyyən edilmiş və həmin məbləğə uyğun 4157,44 manat (207872,16*2/100) sadələşdirilmiş vergi müəyyən edilmiş və vergi ödəyicisinin bəyannaməsi nəzərə alınmaqla əlavə olaraq 3957,44 manat məbləğində hesablama aparılmışdır. Göründüyü kimi cavabdeh orqan tərəfindən təqdim edilmiş idxal mallarının dəyəri ilə bağlı vergi ödəyicisinin təqdim etdiyi faktiki məlumatları göz ardı edərək, gömrük orqanları tərəfindən müəyyən edilmiş statistik dəyərlər əsas götürülmüşdür. Vergi ödəyicisi öz dövriyyəsini 10000 manat olaraq bəyan etmiş və bu məlumat vergi orqanı tərəfindən qəbul edilməmişdir. Vergi orqanı isə, sadəcə idxal edilən malların dəyərini (404003,55 manat) və elektron qaimə faktura ilə alınmış malların dəyərini (3123,71 manat) nəzərə alaraq, vergi ödəyicisinin 3-cü rübdəki dövriyyəsini hesablamışdır. Lakin, bu yanaşma Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə ziddir. Bu maddələrə əsasən, vergi ödəyicisi öz dövriyyəsini doğru bəyan etmişdirsə, vergi orqanı bu məlumatı əsassız olaraq dəyişdirməməli və təkrar hesablamalar etməməlidir. Odur ki, vergi orqanının idxal mallarının statistik dəyərinə əsaslanaraq vergi borcu hesablaması qanunsuz olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyinin nəticə hissəsində 2-ci suala cavab olaraq sadələşdirilmiş vergi məbləğinin müəyyən edilmədiyi qeyd edilmişdir. ƏDV üzrə sentyabr 2021-ci ildə büdcədən qaytarılmalı olan ƏDV 1911740,06 manat bəyan edilmişdir. Oktyabr 2021-ci ildə büdcədən qaytarılmalı ƏDV 3773,57 manat bəyan edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla cavabdeh orqan əlavə 6587,68 manat vergi borcu hesablamışdır. xx.xx.2023-cü il tarixli qərarla 2021-ci ilin sentyabr ayı üçün 6587,68 manat büdcəyə ödənilməli ƏDV məbləğinin hesablanmasının mahiyyəti ondan ibarətdir ki, həmin dövr üzrə vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin kameral qaydada yoxlanılması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlərdə (yəni xx.xx.2021-ci il tarixdən sonra) idxal üzrə ödənilmiş ƏDV məbləğinin 18019,17 manat olmasına baxmayaraq, vergi ödəyicisinin əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyənnamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 43780,91 manat olmuşdur ki, nəticədə də, 25761,74 manat məbləğində kənarlaşma yaranmışdır. Belə ki, müvafiq nömrəli yük gömrük bəyannamələri üzrə idxal əməliyyatı aparılan zaman vergi ödəyicisinin ƏDV qeydiyyatında olmadığı səbəbindən həmin YGB üzrə əvəzləşdirmə aparıla bilmədiyi halda təqdim etdiyi bəyannamədə həmin bəyannamələr üzrə ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirdiyi üçün kameral vergi yoxlaması zamanı həmin məbləğlər əvəzləşdirmədən çıxarılmış və nəticədə büdcəyə ödənilməli ƏDV məbləğinin 19174,06- 25761,74=6587,68 manat olması barədə qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 153-cü maddəsi verginin əvəzləşdirilməsi və ƏDV-nin hesablanması ilə bağlı məsələləri tənzimləyir. VM-nin 153.1-ci bəndinə görə, ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron qaimə-fakturalara və ya idxalda ödənilmiş ƏDV-ni göstərən sənədlərə uyğun olaraq əvəzləşdirilən verginin məbləği arasındakı fərqdir. ƏDV yalnız vergi tutulan dövriyyə və vergi ödəyicisinin müvafiq sənədləri təqdim etməsi əsasında əvəzləşdirilə bilər. Odur ki, ƏDV-nin əvəzləşdirilməsi yalnız vergi ödəyicisi statusuna sahib olan şəxslər üçün mümkündür. Əgər bir şəxs vergi qeydiyyatında deyilsə (yəni ƏDV ödəyicisi deyil), onda bu şəxsin apardığı əməliyyatlar üzrə ödənilən ƏDV əvəzləşdirilə bilməz. Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən, idxal əməliyyatları üzrə ödənilən ƏDV məbləği 18019,17 manat olaraq müəyyən edilmişdir. Lakin, vergi ödəyicisi, 43780,91 manat məbləğində əvəzləşdirilən ƏDV təqdim etmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV yalnız müəyyən əməliyyatlar üzrə ödənilən məbləğlərə görə əvəzləşdirilə bilər. Konkret olaraq, "ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği" (175.1) əvəzləşdirilməlidir. Hazırkı iş üzrə iddiaçı ƏDV ödəyicisi olmadığından ödənilmiş ƏDV məbləğləri qanuna uyğun əvəzləşdirilə bilməzdi. Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbinə görə ƏDV-dən azad edilmiş, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir." Buna görə də, vergi ödəyicisi (iddiaçı), qeydiyyata alınmadığı dövrdə ödənilən ƏDV-nin əvəzləşdirilməsi hüququna malik olmamışdır. Cavabdeh orqan tərəfindən kameral yoxlama nəticəsində, ödənilmiş ƏDV məbləği ilə bəyannamədə göstərilən məbləğlər arasındakı fərq olan 25761,74 manat çıxarılmış və düzgün hesablanmış büdcəyə ödənilməli olan ƏDV məbləği - 6587,68 manat hesablanmışdır. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə görə, "Əgər bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyinin nəticə hissəsində 3-cü suala cavab olaraq büdcəyə ödənilməli ƏDV məbləğinin 191xx.xx- 25761.74=6587.68 manat olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla cavabdeh orqan əlavə olaraq 2021-ci il üzrə - 6360.36 manat, 2019-cu il üzrə 424,92 manat gəlir vergisi hesablamışdır. Belə ki, məlumat uçot bazasına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu ildə 8498,30 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, həmin dövr üzrə vergi orqanına bəyənnamə təqdim etmədiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə əsasən 2019-cu il üçün vergi ödəyicisinin gəlir vergisindən mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75 faiz güzəşt hüququ nəzərə alınmaqla (8498,30−(8498,30×0,75))×0,20=424,92 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyinin nəticə hissəsində ödənilməli olan gəlir vergisi 70,82 ((8498.30/120*20*20%)*25%)) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili vergi borcunun hesablanması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyi ilə razılaşdığını bildirmiş, məhkəmədən sözügedən rəyin nəzərə alınmasını xahiş etmişdir. İstinad olunan ekspert rəyində iddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olaraq tərtib edilməsi, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV, Gəlir vergisi və Sadələşdirilmiş vergi bəyənnamələrinin iş materiallarında olan yük gömrük bəyannamələrinə (idxal) və vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər siyahısına uyğunluğu müəyyən edilmişdir. İşin yuxarıda sadalanan halları ümumiləşdirilməklə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli qərarla – vergi orqanı tərəfindən kameral yoxlama ilə müəyyən edilmiş gəlir vergisi üzrə borc – 424,92 manat müəyyən edilsə də, faktiki borc məbləği 70,82 manat olmuşdur. xx.xx.2023-cü il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə 6587,68 manat ƏDV borcu düzgün müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə sadələşdirilmiş vergi borcunun müəyyən edilməsi əsassız olmuşdur. Beləliklə, iddiaçıya hesablanmış ümumi vergi borcu 10970,04 manat olmuşdur ki, həmin borcun 6658.5 manat hissəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qalan - 4311.54 vergi borcunun hesablanması isə əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6967 №-li ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdə aparılmış tədqiqatın dəyəri 100 manat qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan ödənilmiş tələblərə münasib olaraq ekspertiza xərcinin 40 manat hissəsi cavabdehə, 60 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 424.92 manat gəlir vergisinin hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********921400 №-li qərarı 354.1 manat hissədə, 3957,44 manat sadələşdirilmiş vergi borcunun hesablanması ilə bağlı xx.xx.2023cü il tarixli, **********433800 №-li qərarı isə tam ləğv edilir. İddia ərizəsi, “6587,68 manat ƏDV hesablanması ilə bağlı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, **********124000 №-li qərarının ləğv edilməsi” hissəsində təmin edilmir. Ekspertiza xərcinin 40 manat hissəsi cavabdehə, 60 manat hissəsi isə iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 40 manat pul məbləği cavabdehdən, 60 manat pul məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar