Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-550/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh4, Cavabdeh3) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-229A seriyalı 40900018 kodlu və “Topağın mülkiyyətə verilməsinə dair” JN-133 seriyalı 40900018 kodlu şəhadətnamələrdən Cavabdeh4 və Cavabdeh3 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağsu rayonu, Gəgəli kənd sakini X3 4.57 ha və 0.26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarının cavabdehlər Cavabdeh4 və Cavabdeh3 aid hissədə ləğv edilməsi və həmin qərar ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-229A seriyalı 40900018 kodlu və “Topağın mülkiyyətə verilməsinə dair” JN-133 seriyalı 40900018 kodlu şəhadətnamələrdən Cavabdeh4 və Cavabdeh3 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 01.02.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım ediliş və iddiaçı məhkəməyə 01.03.2021-ci il tarixdə ərizə ünvanlayaraq cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsini, üçüncü şəxs qismində Cavabdeh4, Cavabdeh3 qeyd edərək, “Ağsu rayonu, Gəgəli kənd sakini X3 4.57 ha və 0.26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarının üçüncü şəxslər Cavabdeh4 və Cavabdeh3 aid hissədə ləğv edilməsi və həmin qərar ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-229A seriyalı 40900018 kodlu və “Topağın mülkiyyətə verilməsinə dair” JN-133 seriyalı 40900018 kodlu şəhadətnamələrdən Cavabdeh4 və Cavabdeh3 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının qardaşı Alverdi Bəhrəmovla atası Qaroğlan Bəhrəmov arasında uzun müddət münaqişə olmuşdur. X18 atasını döydüyü üçün bir il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Buna baxmayaraq Qaroğlan Bəhrəmov həyətinin cənub hissəsindən 0.12 ha torpaq sahəsi ayıraraq Alverdi Bəhrəmova vermişdir. Qaroğlan Bəhrəmovun 28.07.2016-cı ildə vəfatından sonra iddiaçı ondan miras qalan 4.57 ha və 0.26 ha torpaq sahələrini qəbul etmişdir. Bununla bağlı iddiaçı iddia ərizəsinə məhkəmə qətnamələrini əlavə etmişdir. İddiaçı bildirir ki, qeyd olunanlara baxmayaraq ona atasından miras qalmış 0.26 ha torpaq sahəsi qardaşı Alverdi Bəhrəmov tərəfindən zəbt edilmişdir. Bu səbəblə də qardaşı Alverdi Bəhrəmovun 0.26 ha torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində həmçinin qeyd edir ki, atasından ona miras qalmış 4.57 ha və 0.26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə onun qardaşlarının həyat yoldaşları olan Cavabdeh3 və Cavabdeh4 ailə üzvləri olmadıqları halda adları qeyd edilmişdir. İddiaçı cavabdeh orqan Cavabdeh2nə müraciət edərək, 4.57 ha və 0.26 ha torpaq sahələrinin şəhadətnamələrinin Cavabdeh3 və Cavabdeh4 aid hissədə ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, Ağsu RİH 31.08.2020-ci il tarixli, 308 nömrəli məktubunda mübahisəli məsələ ilə əlaqədar Məhkəməyə müraciət etməsini iddiaçıya tövsiyyə etmişdir. İddiaçı həmçinin digər cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahələrinə verilmiş mülkiyyət sənədlərində yol verilmiş səhvin aradan qaldırılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, 14 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 08.09.2020-ci il tarixli, **********20 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının ailəsinə məxsus 4.57 ha pay və 0.26 ha həyətyanı torpaq sahəslərinə ləğv olunmuş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN:229A (kod********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməmdə və JN-133, kod 40900018 nömrəli dövlət aktında Cavabdeh3 və Cavabdeh4 Ağabəhrəm qızının adları torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilmişdir. ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Sizin ailənizə verilmiş JN:229A, kod 40900018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”’dən və JN-133, kod 40900018 nömrəli dövlət aktından Cavabdeh3 və Cavabdeh4 Ağabəhrəm qızının adlarının silinməsi onların mülkiyyət hüquqlarından məhrum edilməsi deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddia tələbinin Ağsu rayonu, Gəgəli kənd sakini X3 4.57 ha və 0.26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarının üçüncü şəxslər Cavabdeh4 və Cavabdeh3 aid hissədə ləğv edilməsi hissəsi məhkəmənin 01.06.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 02.04.2021-ci il tarixli, **********74 nömrəli məktubda qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı təqdim etdiyi sənədlər mütəxəssislər tərəfindən araşdırılarkən məlum olmuşdur ki, onun ailəsinə məxsus 4.57 ha pay və 0.26 ha həyətyanı torpaq sahələrinə ləğv olunmuş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən JN-229A kod 40900018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN-133, kod 40900018 nömrəli dövlət aktı hazırlanarkən, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarına uyğun olaraq həmin torpaqlara pay hüquqları olan Cavabdeh3 və Cavabdeh4 Ağabəhrəm qızının adları sözügedən sənədlərdə qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. İddiaçı ailəsinə verilmiş JN-229A, kod 40900018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən və JN-133 kod 40900018 nömrəli dövlət aktından Cavabdeh3 və Cavabdeh4 Ağabəhrəm qızının adlarının silinməsi onların mülkiyyət hüquqlarından məhrum edilməsi deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeydiyyat orqanının hər hansı bir şəxsi mülkiyyət hüququndan məhrum etməyə səlahiyyəti olmadığına görə, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia ərizəsinə iddiaçı tərəfindən surəti əlavə edilən JN-229A kod 40900018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, Ağsu rayonu, AİK-nın 27.07.1998-ci il tarixli, 08 saylı qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi X4 və onun ailə üzvlərinin (X8, X7, Cavabdeh3, Cavabdeh4 Qaroğlan qızı) mülkiyyətinə verilmiş və kitabda 138 nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsinə iddiaçı tərəfindən surəti əlavə edilən 762680 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, iddiaçının atası X4 28.07.2016-cı il tarixdə vəfat etmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən təsdiq edilmiş surəti əlavə edilən 14.06.2014-cü il tarixdə tərtib edilən vəsiyyətnaməyə əsasən müəyyən edilir ki, X5 qonşuları X16 və X9 iştirakı ilə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnaməyə əsasən Qaroğlan Bəhrəmov yarı sökülmüş bir otaqlı 1983-cü ildə tikilmiş, ümumi yaşayış sahəsi 20 kv.m olan evini oğlu İddiaçı vəsiyyət etmişdir. Həmçinin 0.42 ha həyətyanı torpaq sahəsini, 1.20 ha özəl pay torpağını və 25*35 ölçüdə su hovuzunu, çiy kərpicdən tikilmiş tövləni oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Ağsu Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı təsərrüfatbaşı kitablarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, 01.01.1996- 01.01.2000-ci illərdə üçüncü şəxs Cavabdeh4 Ağabəhrəm qızı X1 təsərrüfatında qeydiyyatda olmuşdur. Digər üçüncü şəxs Cavabdeh3 isə 01.01.1996-01.01.2000-ci illərdə əri, iş üzrə iddiaçının qardaşı X7 ilə birlikdə X2 təsərrüfatında qeydiyyatda olmuşdur. Gəgəli kənd İƏD üzrə nümayəndəliyinin təsdiq edilmiş surətlərini məhkəməyə ünvanladığı sənədlərdən görünür ki, 01.01.2001-ci il tarixdən iddiaçının qardaşı X7 ailə üzvləri ilə (arvadı, iş üzrə üçüncü şəxs Cavabdeh3 və övladları) birlikdə başqa təsərrüfatda qeydiyyata alınmışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.04.2021-ci il tarixli, **********42 nömrəli məktubuna əlavə edilən Ağsu rayonunun Gəgəli kənd ərazi bölgəsində yaşayan, pasport qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısında 229-cu sırada X4, X8, X7, Cavabdeh3 və Cavabdeh4 adı və faktiki istifadədə olan torpaq sahəsi 0.26 ha qeyd olunmuşdur. Ağsu rayonunun Gəgəli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 229-cu sırada X4, X8, X7, Cavabdeh3 və Cavabdeh4 Qaroğlan qızının adı və qanuni istifadədə olan torpaq sahəsi 0.20 ha qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-229A seriyalı 40900018 kodlu və “Topağın mülkiyyətə verilməsinə dair” JN-133 seriyalı 40900018 kodlu şəhadətnamələrdən Cavabdeh4 və Cavabdeh3 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən, təsərrüfatbaşına kitablarında aparılan qeydlərdən görünür ki, iş üzrə üçüncü şəxslər aqrar islahat aparılan zaman həmin təsərrüfatlarda qeydiyyatda olmuşlar. Bu səbəblə də onların adları şəhadətnamələrdə öz əksini tapmışdır. Üçüncü şəxslər Cavabdeh4 və Cavabdeh3 adlarının şəhadətnamə və aktda göstərilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onların adlarının şəhadətnamə və aktdan çıxarılması mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh4, Cavabdeh3) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-229A seriyalı 40900018 kodlu və “Topağın mülkiyyətə verilməsinə dair” JN-133 seriyalı 40900018 kodlu şəhadətnamələrdən Cavabdeh4 və Cavabdeh3 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-550/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-550/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver