Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-553/2021 05.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və birdəfəlik ödəmənin ödənilməsi” barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 12 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdehin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 2020-ci ilin aprel ayından bu günə kimi aylıq 190 manat birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə ünvanlanan yardım məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nda deyilir ki, birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. (1.4-cü bənd) İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. (3.2-ci bənd) MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. (3.4-cü bənd) Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. (3.5-ci bənd) Göründüyü kimi, istər birdəfəlik ödəmənin təyin edilməsi, istərsə də onun verilməsindən imtina olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada qəbul edilən qərarla həyata keçirilir. Belə olan halda, onun hazırkı iddiası əsl olmayan cavabdehə qarşı yönəlmişdir. Bundan başqa, iddianın növü düzgün seçilməmiş və mübahisələndirmə iddiası daha münasib olduğu halda, səhvən öhdəliyin icrası haqqında iddia verilmişdir. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirmiş və cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etməklə, birdəfəlik ödəmənin verilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və birdəfəlik ödəmənin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-537/2021 nömrəli qərarına əsaslanaraq iddiaçıya xx.xx.2021-ci il tarixində yenidən yardım məktubu göndərmiş, hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalı olması bildirilmiş və ərazi aidiyyəti ilə bağlı 10 gün müddətində münasibətini göndərmək təklif olunmuşdur. İddiaçı və nümayəndəsi müvafiq olaraq məktubu xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində xəbərnaməyə imza etməklə qəbul etsələr də, məhkəməyə aidiyyətlə bağlı yazılı münasibət bildirməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində deyilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-537/2021 nömrəli qərarına əsaslanan məhkəmə qeyd edir ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Odur ki, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarına əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, qeyd etdiyi tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmalıdır. Çünki hazırkı iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlmədiyindən və iddia tələbinə cavab verən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı Bakı şəhərində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi yer (Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Bu səbəbdən də hazırkı iş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-553/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-553/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver