Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-555/2021 09.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X3, Üçüncü şəxslər X13, X12, X15 və X5, Üçüncü şəxslərin vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X16, X13, X17, X18, X12, X15, X14) “qanuni istifadəsində olan 0.40 ha çoxillik əkmələr üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, eyni yerə X6 adına 19 yanvar 2019-cu il tarixdə verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixdə verilmiş Aktın ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qanuni istifadəsində olan 0.40 ha çoxillik əkmələr üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, eyni yerə X6 adına 19 yanvar 2019-cu il tarixdə verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixdə verilmiş Aktın ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 03.02.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının qonşusu, hazırda iş üzrə üçüncü şəxslərdən biri olan X13 iddiaçıya məxsus pay torpağının və ona bitişik 45 il iddiaçının istifadə etdiyi 40 sot ərazinin ona verilməsi tələbi ilə 2018-ci ildə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə tərəfindən ona bildirilmişdir ki, həmin tələblə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edə bilər. X32 iddiaçıda olan 23.10.2018-ci il tarixli çıxarışla razılaşmamış və iddiaçının iddia ərizəsində bildirdiyinə görə eyni yerə ikinci dəfə 19.01.2019-cu il tarixdə saxta çıxarış aldıqdan sonra Şəki Rayon Məhkəməsinə 30.01.2019-cu il tarixdə iddia ərizəsi ilə müraciət edərək, hazırkı iş üzrə İddiaçı cavabdeh qismində qeyd etmişdir. Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev iş üzrə 10.04.2019-cu il tarixdə tikinti-texniki ekspertizasının keçirilməsinə dair qərardad qəbul etmişdir. Ekspertiza təyin olunaraq işin icraatı dayandırıldığı müddətdə qonşusu İsmayıl Babayev DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə ekspert rəyini və yekun məhkəmə aktının qəbul edilməsini gözləmədən mübahisəli torpaq sahəsinin kənarlarını payalarla və tikanlı məftillərlə bərkidərək torpaq sahəsini zəbt etmiş və 01.06.2019-cu il tarixli əsassız Akt tərtib edilmişdir. Şəki Rayon Məhkəməsinin 08.11.2019cu il tarixli, 2(075)-678/2019 nömrəli qətnaməsi ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) İsmayıl Babayevin iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2020-ci il tarixli, 2(107)-326/2020 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı sonuncu dəfə 18.05.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə şikayət ünvanlamış və şikayətində Xidmətin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən yol verdikləri nöqsanların aradan qaldırılmasını xahiş etmişdir. Xidmətin rəis əvəzi Nigar Alimova tərəfindən iddiaçıya ünvanlanan 01.07.2020-ci il tarixdə cavab məktubunda 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları ilə bağlı iddiaçının məktubunda qeyd olunan halların əsassız olmaqla öz təsdiqini tapmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 05.02.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun cavabdeh kimi qeyd etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etməyi, müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Ərizəyə surət şəklində əlavə olunmuş 21.09.2020-ci il tarixli **********75 nömrəli məktub isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubudur. Odur ki, ilk növbədə hazırkı tələblə iddia ərizəsində cavabdeh kimi göstərdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etməsi, əgər sözügedən idarəyə müraciət etmişsə həmin orqanın onun müraciətindən imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi məhkəməyə təqdim etməsi iddiaçıya tövsiyə olunmuşdur. İddiaçı 09.02.2021-ci il tarixdə yardım məktubunu almış, lakin orada qeyd olunan nöqsanı aradan qaldırmamışdır. Məhkəmənin 19.04.2021-ci il tarixli, 2-1(116)-555/2021 nömrəli qərardadı ilə X16, X13, X17, X18, X12, X15, X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh orqan tərəfindən məhkəmənin sərəncamına əsasən ünvanlanan 31.03.2021-ci il tarixli, **********81 nömrəli məktubda qeyd edilir ki, İddiaçı DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş A N:055000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini təqdim etməklə ərazi idarəsinə müraciət etmiş və 0.3316 ha torpaq sahəsinə dair ümumbirgə mülkiyyət hüququ ilə üç nəfər ailə üzvü ilə birgə 23.10.2018-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. X1 DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş A N:054999 nömrəli torpaq sahəsinin planı və ölçüsü və Şəki rayonu Baş Göynük Bələdiyyəsinin təsdiqlənmiş sxemini təqdim etməklə ərazi idarəsinə müraciət etmiş və 0.4841 ha torpaq sahəsinə dair ümumbirgə mülkiyyət hüququ ilə altı nəfər ailə üzvü ilə birgə 17.01.2019-cu il tarixli, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Əlavə olaraq X16 13 mart 2020-ci il tarixdə Şəki regional “Asan xidmət” mərkəzinin Notariat ofisində rəsmiləşdirilmiş 4Ə-519 reyestr nömrəli müqavilə ilə 0.4841 ha torpaq sahəsindən özünə məxsus pay hissəsini atası X10 bağışlamış və 04.05.2020-ci ıl tarixdə **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin elektron baza məlumatlarında sözügedən torpaq sahələri üst-üstə düşmür. İş üzrə üçüncü şəxslərin iddiaçının iddia tələbinə dair 07.05.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə onlara Şəki rayonu Baş Göynük kəndi ərazisində 4841.11 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və həmin torpağa dair A № 054999 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra 17.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onların həmin torpaq sahəsinə dair hüququnu qeydiyyata alınaraq üçüncü şəxslərə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və A№ 323390 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı tərəfindən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və üçüncü şəxslər bununla bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə prosesləri ərəfəsində üçüncü şəxslərin müraciəti əsasında onların mülkiyyətində olan torpaq sahəsi ƏMDK yanında DƏDRX-nin, ƏMDK-nin Şəki şəhər şöbəsinin və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada onlara tanıdılmış, mərz nişanları üçüncü şəxslər tərəfindən bərkidilmişdir. Həmin vaxt bu barədə 01 iyun 2019-cu il tarixli AKT tərtib edilmişdir. İddiaçının “daimi istifadəsində olan 0.4 ha çoxillik əkmələr üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq eyni yerə aid X6 adına 19 yanvar 2019-cu il tarixdə verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixdə verilmiş Aktın ləğv olunması barədə qərar qəbul edilməsi” tələbini irəli sürmək üzrə subyektiv hüququ yoxdur. Onların adına verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixli AKT-ın ləğv olunması tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilməlidir ki, X6 adına 19 yanvar 2019-cu il tarixində çıxarış verilməmişdir. İddiaçının iddia ərizəsində mübahisələndirdiyi torpaq sahəsinə 17 yanvar 2019-cu il tarixdə çıxarış verilmişdir. Həmçinin cavabdeh inzibati orqan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 31 mart 2021-ci il tarixli **********1 saylı məktubundan da görünür ki, İddiaçı DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş A N: 055000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini təqdim etməklə ərazi idarəsinə müraciət etmiş və 0.3316 ha torpaq sahəsinə dair ümumbirgə mülkiyyət hüququ ilə üç nəfər ailə üzvü ilə birgə 23.10.2018-ci il tarixli, **********56 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin elektron baza məlumatlarında sözügedən torpaq sahələri üst-üstə düşmür. Üçüncü şəxslər hesab edir ki, cavabdehin üzərinə iddiaçının X7 adına 19 yanvar 2019-cu il tarixində verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixində verilmiş Aktın ləğv edilməsi” tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçının bu tələblər üzrə subyektiv hüququ yoxdur. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın ifadə tərzi və həcmi ilə nail olmaq mümkün olmadığından, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyindən iddiaçının hüquqi marağı mövcud deyildir, iddia tələbi bu hissədə mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya cavabdeh orqanın 31.03.2021-ci il tarixli, **********81 nömrəli məktubunun surəti göndərilərək, orada qeyd olunanlara münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı 18.05.2021-ci il tarixli münasibət məktubunda qeyd etmişdir ki, cavabdehin məktubunda qeyd olunanlarla razı deyildir. Belə ki, 12 saylı Ərazi İdarəsinin 23.10.2018-ci il tarixdə onun adına tərtib etdiyi RX seriyalı ******* nömrəli çxıarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi plan-ölçü xəritəsinin əsasında deyil, Azərbaycan və Almaniya hökümətlərarası müqaviləyə əsasən Almaniyanın “KFV” bankının maliyyə dəstəyi və Almaniya GFA/9Cİ konsorsiumunun birgə həyata keçirdiyi Daşınmaz Əmlakın Elektron Kadastrı uçotu layihəsi əsasında işlənmiş elektron kadastra əsasən verilmişdir. Torpaq islahatı aparılan zaman 2006-cı ildə 40 il iddiaçı və ailə üzvlərinin istifadəsində olan mübahisələndirilən torpaq sahəsinin bir hissəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi plan-ölçü xəritəsinə əsasən səhvən və ya bilərəkdən X6 adına işlənmiş və qeyd olunan həmin səhv Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilmiş elektron kadastr uçotu layihəsinə əsasən aradan qaldırılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslərin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan A seriyalı 055000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə 3316.75 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına verilmişdir. Ş.Mustafayevanın 03.11.2004-cü ildə vəfatından sonra oğlu İddiaçı və qızı X8 vərəsələri olaraq müəyyən edilmişlər. Qeyd olunan torpaq sahəsinə dair 323714 nömrəli 12.10.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və RX seriyalı ******* nömrəli 23.10.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan A seriyalı 054999 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə 4841.11 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə üçüncü şəxs X10 verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli 17.01.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən və A seriyalı 323390 nömrəli 15.01.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.4841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cəmi 7 nəfər olmaqla X6 adına dövlət qeydiyyatına alınmışdır. Sonradan 13.03.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X11 Babayev 0.4841 ha torpaq sahəsində özünə düşən hissəni atası İsmayıl Babayevə bağışlamışdır. Bundan sonra 04.05.2020-ci il tarixli reyestr nömrəsi **********361, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilmişdir. İş materiallarında olan 01.06.2019-cu ildə Şəki rayon Baş Göynük kəndində tərtib edilən Aktdan müəyyən edilir ki, “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin rəisi, ƏMDK-nin Şəki Ərazi şöbəsinin məsləhətçisi, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndis inventarlaşdırıcısı, Şəki LTİ-nin mühəndisi, Şəki şəhər Vəkil bürosunun vəkili Cavid Qədimov və Baş Göynük kənd sakini X6 iştirakı ilə akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, X6 çıxarışına əsasən 0.4841 ha torpaq sahəsi İ.Babayev və ailə üvzlərinə naturada tanıdıldı və mərz nişanları vətəndaş tərəfindən bərkildildi. Aktda qeyd edilir ki, Baş Göynük kənd sakini İddiaçı ilə telefonla əlaqə saxlanılmış, lakin İddiaçı akt bağlanan yerə gəlməyə imkanı olmadığını bildirmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbində iddiaçı istifadəsində olan 0.40 ha torpaq sahəsində mülkiyyət hüququnun mövcud olduğunu qeyd edərək, X6 adına tərtib edilmiş 19.01.2019-cu il tarixli çıxarışın və 01.06.2019-cu il tarixdə tərtib edilən Aktın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində və iş materiallarına əsasən iddiaçının iddia tələbində qeyd etdiyi 0.40 ha torpaq sahəsinə hüququnun olması müəyyən edilməmişdir. Belə ki, iddiaçı və ailə üzvlərinin hazırda mülkiyyətində və istifadəsində RX ******* nömrəli çıxarışa əsasən 3316.75 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu torpaq sahəsinə üçüncü şəxslər tərəfindən hər hansı müdaxilənin olması aşkar edilmir. Üçüncü şəxslərin isə hazırda mülkiyyətində və istifadəsində 4841.11 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır ki, iddiaçı həmin torpaq sahəsinin əslində onun mülkiyyətində olmasını bildirsə də, buna dair hüquqmüəyyənedici sənədlər iş materiallarında aşkar edilməmişdir. Cavabdeh orqanın məktubundan göründüyü kimi çıxarışlar üzrə hər iki tərəfin istifadəsində və mülkiyyətində olan torpaq sahəsi bir-birilə üst-üstə düşmür. İddiaçının tələbində ləğvinə nail olmaq istədiyi üçüncü şəxs X6 adına tərtib edilmiş 17.01.2019-cu il tarixli çıxarış (iddia tələbində çıxarışın tarixi səhvən 19.01.2019-cu il qeyd edilmişdir) isə İsmayıl Babayevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A seriyalı, 054999 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən tərtib edilmişdir. Göründüyü kimi iddia tələbində məhkəmədən ləğvi xahiş edilən 17.01.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olan ilkin sənədlər mövcuddur və bu səbəblə həmin çıxarışın ləvğ edilməsi mümkün deyil. Məhkəmə həmçinin 17.01.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, çıxarışda qeyd olunan 4841.11 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yuxarıda qeyd olunan sənədlərə əsasən X13 və ailə üzvlərinin mülkiyyətindədir. İddia tələbində ləğv edilməsi məhkəmədən xahiş edilən 01.06.2019-cu il tarixdə Şəki rayonu Baş Göynük kəndində tərtib edilən Aktla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan həmin akt inzibati akt olmadığı üçün iddia tələbinin predmeti ola bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələbinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşlə bağlı hazırkı iş materiallarına əlavə edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-326/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X13 və digərləri cavabdehlər İddiaçı və digərlərinə qarşı “torpaq sahəsindən çıxarma, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və qətnamədə qeyd olunanlardan görünür ki, RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.4841 ha torpaq sahəsi ilə həmin iş üzrə cavabdehlərə məxsus RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan 0.3316 ha torpaq sahəsi üst-üstə düşmür. Cavabdehlər tərəfindən iddiaçıların torpaq sahəsinə müdaxilənin olmadığı müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymış və Şəki Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2(075)-678/2019 nömrəli qətnaməsini qüvvədə saxlanmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X16, X13, X17, X18, X12, X15, X14) “qanuni istifadəsində olan 0.40 ha çoxillik əkmələr üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, eyni yerə X6 adına 19 yanvar 2019-cu il tarixdə verilmiş çıxarışın və 01 iyun 2019-cu il tarixdə verilmiş Aktın ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-555/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-555/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver