Məhkəmə qərarları › İş №2-1(116)-555/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-555/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-555/2025 08.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1985xx.xx.2000-ci il tarixədək işlədiyi rezin yığıcı, presləyici, xx.xx.2007-xx.xx.2012-ci il tarixədək işlədiyi presləyicivulkanlaşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhər rabitə qovşağında poçtalyon kimi başlamış və xx.xx.1982-ci il tarixə kimi qeyd edilən vəzifədə işləmişdir. xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhəri Şüşə zavodunda eleklirik çilingəri kimi işə başlamış və hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir. xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1985-ci il tarixdən X2 zavodunda əmək fəaliyyətini daxam etdirmiş və xx.xx.2000-ci il tarixədək qeyd edilən müəssisədə 5 saylı pazvari qayışlar istehsalı sexində rezin yığıcı presləyici peşələrində işləmişdir. xx.xx.2000-cı il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Hidroenerji" QT Səhmdar Cəmiyyətində 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.2002-ci il tarixdən 24.01,2003-cü il tarixə kimi "Xüsusienerji işıqlandırma idarəsində 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Mingəçevir "xxxx" ASC -də gözətçi, anbar müdiri, sahə ustası və presləyicivulkanlaşdırıcı briqadir kimi işləmişdir. Mingəçevir "xxxx" ASC tərəfindən verilmiş Güzəştli arayışa əsasən İddiaçı zərərli iş stajı 12 il 4 ay 12 gündür. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 8.3.1 a) bəndinə uyğundur. Dövlət arxivinin Mingəçevir filialı tərəfindən verilmiş arayışa əsasən "xxxx" ASC-nin şəxsi heyət əmr kitablarında İddiaçı qeyd edilmişdir. "xxxx" ASC-nin 08 aprel 2005-ci il tarixli 1 saylı əmrinə əsasən İddiaçı gözətçi işinə qəbul edilmişdir. Mingəçevir Reqenerat" ASC-nin 01 oktyabr 22 saylı əmrinə əsasən zərərli iş şəraitində işləməklə 6-cı dərəcəli presləyici-vulkanlaşdırıcı işinə keçirilmişdir və 17 iyul 2012-ci il tarixli 22 saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş,cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi filiala müraciət etmişdir. İddiaçı öz ərizəsində xx.xx.1985-xx.xx.2000-ci il və xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövrü sığorta stajına daxil etməklə 60 yaşı tamam olduğu gündən qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq ünvanladığı imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənəd və əmək kitabçasında qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 2 ay (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983- cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2012-ci illər üzrə cəmi 5 il 6 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 5 ay 29 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ‘güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsində onun barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş N°4691272 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Mərkəzi Filiala təqdim edilən '‘X4" ASC-nin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1996-cı il, xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində minimum əməkhaqqı ödənilməklə və xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmçinin, İ/1T-İ ******* nömrəli əmək kitabçasının 6-9-cu səhifələrində xx.xx.2000xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "Hidroenerji” QT SC-də işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrdəki 12-ci qeyddə işdən çıxma əmri möhürlə təsdiq olunmamışdır. Buna görə də həmin dövrü və yuxarıda qeyd olunan əməkhaqqı saxlanılmamaqla iddiaçının məzuniyyətdə olduğu və işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda iddiaçının məzuniyyətdə olduğu, işləmədiyi xx.xx.1996- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrləri də iddiaçının güzəştli iş stajına daxil etmək mümkün deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alənmalə olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20925,73 manat təşkil edir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı mübahisələndirilməyən iş stajı cəmi 24 il 2 ay, güzəştli iş stajı isə 12 il 5 ay 29 gün təşkil edir və bunun əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8- ci madəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Mingəçevir şəhər rabitə qovşağında poçtalyon ; b) xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhəri Şüşə zavodunda elektrik-çilingər; c) xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X2 zavodunda 5 saylı pazvari qayışlar istehsalı sexində rezin yığıcı presləyici; d) xx.xx.2000-cı il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Hidroenerji" QT Səhmdar Cəmiyyətində 5-ci dərəcəli çilingər; e) xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi "Xüsusienerji işıqlandırma idarəsində 5-ci dərəcəli çilingər; f) xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Mingəçevir "xxxx" ASC də gözətçi, anbar müdiri, sahə ustası və presləyici-vulkanlaşdırıcı briqadir;

2. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu;

3. İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti;

4. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixlərində Mingəçevir rabitə qovşağında çalışmışdır.

5. НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;

6. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışları.

7. xx.xx.2024-cü il tarixli Güzəştli arayışın surəti.

8. 13.02.2025-ci il tarixli Güzəştli arayışın surəti.

9. Mingəçevir şəhər Arxiv filialının xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti.

10. ИТ seriyalı ******* nömrəli Əmək kitabçası;

11. 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı,

Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X5 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən iddiaçının mübahisələndilməyən ümumi sosial sığorta stajı 24 il 2 ay təşkil edir.Məhkəmə həmin dövrün mötəbərliyinin qəbul etməklə bərabər mübahisələndirilən dövrü də araşdırmışdır.İş materiallarına əsasən iddiaçının xx.xx.2000ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Hidroenerji" Qapalı Səhmdar Cəmiyyətində 5-ci dərəcəli çilingər işlədiyi müəyyən edilir.Bu barədə iddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının yeddinci səhifəsində qeydiyyat aparılmışdır.Həmin qeydin mötəbərliyini istisna edən sübut cavabdeh tərəfindən təqdim edilməmiş,məhkəmə araşdırması zamanı da belə hal müəyyən edilməmişdir.İddiaçı həmin tarixdən sonra da uzun müddət əmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən 12 il 5 ay 29 gün müddət güzəştli iş stajı kimi qəbul daxil edilir.Məhkəmə yuxarıda qeyd olunan xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilə qədər olan dövrü də nəzərə almaqla iddiaçının tələb olunan 12 il 6 aydan artıq güzəştli stajının olduğu qənaətinə gəlir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hüququnun yarandığı dövrdə (xx.xx.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü ildən tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar