Məhkəmə qərarları › İş №2-1(116)-556/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-556/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-556/2022 11.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "X4, X1, X5, X6, X2, X3, X16, X11, X7 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "X4, X1, X5, X6, X2, X3, X16, X11, X7 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçı öz iddiasını belə əsaslandırmışdır ki, o, 29.07.2020-ci ildən ünvan 1-ün mülkiyyətçisidir. X12, X8, X13, X14, X9, X10, X22, X21, X15 həmin mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq başqa ünvanlarda yaşayırlar. O, həmin şəxslərin qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, ünvan 1-ə İddiaçı mülkiyyət hüququ 29.07.2020-ci ildə daşınmaz əmlajkın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh 12.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 02.11.2021-ci ildə cavabdehə müraciət edərək, X4 və qeyrilərin ünvan 1-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Lakin iş üzrə hazırlıq icraatı zamanı məhkəmə tərəfindən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilərək alınmış 21.12.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, göstərilən mənzilə X23 adlı şəxsin mülkiyyət hüququ 02.12.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, əvvəllər mənzilin mülkiyyətçisi İddiaçı olsa da, hazırkı mülkiyyətçi X18r və həmin mənzil üzərində artıq İddiaçı sərəncam hüququ qalmamışdır. Şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının tələb olunması əşyaya sərəncam hüququ ilə bağlı olduğuna görə İddiaçı bu hüququ itirmişdir. Qeyd olunan nəticəyə gələrkən, məhkəmə aşağıdakı normalara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinin birinci cümləsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmənin 07.12.2020-ci il tarixli məktubu ilə bu hallar İddiaçı diqqətinə çatdırılaraq, bununla əlaqədar fikrini 10 gün müddətində məhkəməyə bildirməsi xahiş edilmiş, lakin o, məhkəmənin məktubuna cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı hazırkı iddianı vermək üçün subyektiv hüququ olmadığına görə onun iddiası mümkün sayıla bilməz. Mənzilin hazırkı mülkiyyətçisi X23 isə yuxarıda sadalanan şəxslərin qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət edə bilər. Həmin müraciət təmin edilmədiyi halda, onun analoji iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranacaq. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "X4, X1, X5, X6, X2, X3, X16, X11, X7 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar