Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-558/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1030.1 kv.metr (bir min otuz) həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz şəhəri 20 Yanvar küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1030.1 kv.metr (bir min otuz) həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 03.02.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22.06.1995-ci il tarixdə müqavilə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini satın almışdır. İddiaçı sözügedən evə və həmin evin yerləşdiyi 1030.1 kv.metr (bir min otuz) həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 07.01.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır. İddiaçının qanuni istifadəsində olan 0,07 ha torpaq sahəsinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı əsasında JN-1611A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Qeyd olunan şəhadətnamə əsasında iddiaçı yalnız 0,07 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilər. JN-1611A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Əlavə 0,03 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədən 0,1030 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Əlavə torpaq sahəsinə dair iddiaçı hüquqmüəyyənedici sənəd təqdim edəcəyi təqdirdə hüquqlarının qeydiyyatına qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.03.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Oğuz şəhərində yerləşən 1030.1 kv m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hquqlarımn dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı Oğuz şəhərində yerləşən 1030.1 kv.m torpaq sahəsinin 330.1 kv m hissəsi üzərində mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd etmək edilir ki, iddia edilən 330.1 kv.m torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında Oğuz bələdiyyəsinə aiddir. Torpaq sahəsi yaşayış məntəqələri həyətyanı torpaqlar kateqoriyasına aiddir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Oğuz RİH başçısının 17.06.1995-ci il tarixli, 114 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Oğuz rayonunun keçmiş sakini olmuş X2 məxsus olmuş, hazırda sahibsiz olan Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 72.8 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan iki otaqlı 19 nömrəli yaşayış evi bütün həyətyanı tikililəri ilə birlikdə İddiaçı satılmışdır. İş materiallarında olan 22.06.1995-ci il tarixli “ev alqı-satqı” müqaviləsindən görünür ki, Oğuz RİH başçısının nümayəndəsi Oğuz RİH başçısının 17.06.1995-ci il tarixli 114 nömrəli sərəncamını əsas tutaraq mərhum X2 məxsus olmuş ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 36.8 kv.m yaşayış, 9.0 kv.m qeyri-yaşayış sahəsi olan bir mərtəbəli iki otaqdan ibarət yaşayış evini həyətindəki tikililərlə birlikdə İddiaçı satmışdır. İş materiallarında olan 26.06.1995-ci il tarixli, 146 nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 4 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evi Oğuz RİH başçısının 17.06.1995-ci il tarixli 114 nömrəli sərəncamı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Oğuz RİH Memarlıq və tikinti şöbəsinin cavabdeh orqana ünvanladığı arayışda qeyd edilir ki, Oğuz şəhəri ərazisində İddiaçı məxsus 2015-ci ildə inşa edilmiş 191.80 kv.m ümumi sahəsi, o cümlədən 86.90 kv.m yaşayış sahəsi, 104.90 kv.m köməkçi sahəsi olan 5 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yaşayış üçün yararlıdır. Bu səbəblə həmin fərdi yaşayış evi üzərindəki hüquqların qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan 1987-ci ilin avqust ayında tərtib edilən inventar nömrəsi 825 olan “Texniki pasport”dan görünür ki, Oğuz şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən 14 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəddə əvvəlki mülkiyyətçinin adının üstündən xətt çəkilmişdir. Sözügedən sənəddə tikinti sahəsinin 149.9 kv.m, qrunt sahənin 880.2 kv.m və ümumi faktiki torpaq sahəsinin sahənin 1030.1 kv.m olduğu qeyd edilmişdir. İş materiallarına təsdiq edilmiş surəti cavabdeh orqan tərəfindən əlavə edilən 1987ci ilin avqust ayında tərtib edilən inventar nömrəsi 825 olan “Texniki pasport”da Oğuz şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tikinti sahəsinin 149.2 kv.m, qrunt sahəsinin 1394.0 kv.m, ümumi faktiki torpaq sahəsinin isə 1543.2 kv.m olduğu qeyd edilmişdir. İş materiallarında olan JN-1611A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdeh orqanın nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya Oğuz rayon AİK-nın müvafiq qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq iddiaçı dövlət reyestrində 1030.1 kv.m həyətyanı torpaq sahəsinin qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçı ilkin olaraq 0.07 ha həyətyanı torpaq sahəsinin ona verilməsini göstərən JN-1611A (kod ********) nömrəli şəhadətnamənin ləğvi tələbi ilə məhkəməyə müraciət etməli, həmin iddia tələbi təmin edilərsə, yenidən hazırkı analoji tələblə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə işin araşdırılmış halları ilə həmçinin qeyd edir ki, iddiaçıya məxsus olan şəhadətnamədə qeyd olunan həyətyanı torpaq sahəsi ilə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə məxsus texniki pasportda qeyd edilən torpaq sahəsi arasında kəskin ölçü fərqləri vardır. Belə ki, AİK-nın müvafiq qərarı ilə iddiaçıya 0.07 ha həyətyanı torpaq sahəsinin verildiyi müəyyən edilməsinə baxmayaraq həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin texniki pasportunda faktiki həyətyanı torpaq sahəsinin 1030.1 kv.m olması öz əksini tapmışdır. Qeyd olunan uyğunsuzluq cavabdeh orqanın imtina və etiraz məktublarında da göstərilmişdir. Həmçinin cavabdeh orqanın etiraz məktubundan müəyyən edilir ki, iddia edilən 330.1 kv.m torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında Oğuz bələdiyyəsinə aid yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsidir. Göründüyü kimi iddiaçının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyi 1030.1 kv.m həyətyanı torpaq sahəsinin 330.1 kv.m hissəsi Oğuz bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1030.1 kv.metr (bir min otuz) həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-558/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-558/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver