Məhkəmə qərarları › İş №2-1(116)-558/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-558/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-558/2022 18.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsində barəsində aparılmış doğum haqqında akt qeydində adının səhvən “X2” kimi qeyd edildiyindən, əslində isə “İddiaçı” kimi qeyd edilməli olduğundan ona aid müvafiq rəsmi sənədlərdə də (AA seriyalı ******* nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində, Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 329073 (Vİİ-ЖГ 329073) nömrəli nikah haqqında şəhadətnamədə, “Şəkili Ələsgər” adına X4 verdiyi AB-İİ seriyalı 001136 nömrəli diplomda) adı “İddiaçı olaraq qeyd edildiyindən sözügedən doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, yəni həmin akt qeydində adının “X2” kimi deyil, “İddiaçı” kimi qeyd edilməli olduğu haqqında qərar qəbul edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində qeyd edilən X3 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı 30.11.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsində barəsində aparılmış doğum haqqında akt qeydində adının səhvən “X2” kimi qeyd edildiyindən, əslində isə “İddiaçı” kimi qeyd edilməli olduğundan ona aid müvafiq rəsmi sənədlərdə də (AA seriyalı ******* nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində, Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 329073 (Vİİ-ЖГ 329073) nömrəli nikah haqqında şəhadətnamədə, “Şəkili Ələsgər” adına X4 verdiyi AB-İİ seriyalı 001136 nömrəli diplomda) adı “İddiaçı olaraq qeyd edildiyindən sözügedən doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, yəni həmin akt qeydində adının “X2” kimi deyil, “İddiaçı” kimi qeyd edilməli olduğu haqqında qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı və Tahir Məmmədova 07.12.2021-ci il tarixdə dinlənilmə hüququnun təmin edilməsi məqsədilə yardım məktubu ünvanlanmış və bildirilmişdir ki, məhkəməyə daxil olan ərizə X3 tərəfindən imza edilməsinə baxmayaraq, ərizəyə əlavə edilən 31.08.2021-ci il tarixli 423636 nömrəli etibarnamədə X1 imza səlahiyyəti verilməmişdir. Həmçinin ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinin tələblərinə cavab vermir. Qeyd edilən səbəblərə görə yardım məktubunda İddiaçı və T.Məmmədovun nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində İddiaçı qismində, Şəki rayon Qeydiyyat şöbəsi isə cavabdeh qismində qeyd edilməli, yeni tərtib edilmiş iddia ərizəsi İddiaçı tərəfindən imza edilməli və ya iddia ərizəsinin imzalanması səlahiyyəti verilmiş şəxs tərəfindən imza edilməklə Şəki İnzibati Məhkəməsinə təqdim edilməlidir. Yardım məktubu alındıqdan sonra X3 tərəfindən 23.12.2021-ci il tarixli ərizə məhkəməyə daxil olmuş və müəyyən edilmişdir ki, yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış, yəni ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edilməmiş və ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Ərizədə qeyd edilmişdir ki, etibarnamədə imza səlahiyyətinin olmadığına dair məhkəmənin iradı ilə əlaqədar müvafiq notariat orqanına müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, sözügedən etibarnamədə təsbit edilmiş səlahiyyətlər – etibar edənin adından ərizələr vermək, işlər aparmaq və bu tapşırığı yerinə yetirmək üçün digər bütün hərəkətləri etmək səlahiyyəti imza səlahiyyətini də özündə ehtiva edir. Belə ki, aydındır ki, ərizə imzasız ola bilməz və ərizənin verilməsi üçün digər bütün hərəkətlərin əhatəsində təbii ki, imza səlahiyyətinin olduğu da danılmazdır. İddiaçı ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Müəyyən edilir ki, ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, maddənin 27.0-cı bəndinin tələbinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İddiaçı yardım məktubuna cavab olaraq məhkəməyə ünvanladığı 23.12.2021-ci il tarixli ərizəsində də yuxarıda qeyd edilən maddənin tələblərini nəzərə almamış və ərizə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib etməmişdir. Həmçinin məhkəməyə daxil olan ilkin ərizə və sonradan yardım məktubuna cavab olaraq ünvanlanmış ərizə İddiaçı tərəfindən notariat qaydasında imza səlahiyyəti verilməmiş şəxs tərəfindən imza edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddiaçı 23.12.2021-ci il tarixli ərizəsində qeyd edilən xüsusatlarla bağlı məhkəmə bildirir ki, yuxarıda qeyd edilən MPM-in 149.1-ci maddəsinin tələblərində də iddia ərizəsinin iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı olduğu xüsusilə qeyd edilir. Bu hal da o qənaətə gəlməyə əsas verir ki, etibarnamədə iddia ərizəsinin imzalanması üçün verilmiş səlahiyyət xüsusi vurğulanmalı və etibar edilən şəxsə iddia ərizəsinin imza edilməsi səlahiyyətinin verilməsi aşkar qeyd edilməlidir. Prossesual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mülki Prossesual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsində barəsində aparılmış doğum haqqında akt qeydində adının səhvən “X2” kimi qeyd edildiyindən, əslində isə “İddiaçı” kimi qeyd edilməli olduğundan ona aid müvafiq rəsmi sənədlərdə də (AA seriyalı ******* nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində, Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 329073 (Vİİ-ЖГ 329073) nömrəli nikah haqqında şəhadətnamədə, “Şəkili Ələsgər” adına X4 verdiyi AB-İİ seriyalı 001136 nömrəli diplomda) adı “İddiaçı olaraq qeyd edildiyindən sözügedən doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, yəni həmin akt qeydində adının “X2” kimi deyil, “İddiaçı” kimi qeyd edilməli olduğu haqqında qərar qəbul edilməsi” tələbinə dair ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar