Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-559/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "ona 01.01.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 01.01.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1991-ci il tarixində anadan olmuşdur. 04.05.2009-cu il tarixədək sağlamlıq imkanları məhdud uşaqlıqdan əlil kimi müavinət almışdır. 04.05.2009-cu il tarixdən ona İİİ qrup əlillik dərəcəsi verilmiş və 08.06.2016-cı il tarixdən İİİ qrup əlillik dərəcəsi 08.06.2021-ci il tarixədək uzaldılmışdır. Hal-hazırda 110 manat məbləğində İİİ qrup əlilliyə görə sosial müavinət alır. 01.01.2012-ci il tarixdən «xxxx» MMC-də işləyir. Bu barədə «e-sosial» portalında məlumatlar daxil edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət Mərkəzi” vasitəsilə DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına məktub göndərilərək ona əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi 9000 manat pensiya kapitalınının olmaması qeyd olunmuşdur. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. İddiaçı 10.06.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “01.01.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 01.01.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, iddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Vətəndaşın müraciət tarixinə tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. Vətəndaşın 01.01.2012-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan 7 il sosial sığorta stajı və 4255.77 manat pensiya kapitalı mübahisələndirilmir. İddiaçı sosial müavinət aldığı üçün əmək pensiyası təyin olunması üçün 9000 manat pensiya kapitalı tələb olunur. İddiaçıya 19.03.2003-cü il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək əlilliyə görə, 04.05.2009-cu il tarixdən isə İİİ qrup əlillik təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan sosial sığorta stajı olmadığı üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığından iddianı əsassız hesab edir və Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v surəti, İddiaçı aid Sosial arayış, X6 Sistemindən şəxsi hesabın çıxarışı, Dövlət Sosial Müdafiə Fondunun 26.11.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu və 04.03.2020-ci il tarixli **********7 nömrəli etirazı, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 14.11.2003-cü il tarixli 07/211 nömrəli qərarı, iddia tələbini dəqiqləşdirmə barədə 10.06.2020-ci il tarixli ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İşdə olan Sosial arayışdan görünür ki, X1 08.06.2016-cı tarixdən 3-cü dərəcəli ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin olunmuşdur. Həmin arayışdan görünür ki, iddiaçıya 04.05.2009-cu il tarixindən 3-cü qrup əlliliyə görə müavinət təyin olunmuşdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 yanvar 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 01 yanvar 2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1991-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı 01 yanvar 2017-ci il tarixdə 26 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 5 il sosial sığorta stajı tələb olunur. (əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə). İddiaçının məhkəmə təqdim etdiyi Sosial arayış və X6 Sistemindən şəxsi hesabın çıxarışına əsasən isə iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı var. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 01.01.2017-ci il tarixdən əliliyə görə əmək pensiyasının təyin edilməsi və 01.01.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.01.2017-ci il tarixdən əliliyə görə əmək pensiyasının təyin edilməsi və 01.01.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-559/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-559/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver