Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-56/2024 24.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair X5 adına ümumibirgə mülkiyyət olaraq qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi və Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair X5 adına ümumibirgə mülkiyyət olaraq qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi və Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-814/2023 nömrəli qərardadı ilə X22 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-814/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair X5 adına ümumibirgə mülkiyyət olaraq qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi və Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat Ağsu Rayon Məhkəməsinin icraatında olan 2(016)- 105/2023 nömrəli mülki iş həll edilənədək dayandırılmışdır. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən qərardadda göstərilən dayandırılma əsası aradan qalxmış və inzibati iş üzrə icraat davam etdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə etibarnamə əsasında X1 adından çıxış edən X10 arasında 21 iyun 2007-ci il tarixdə Ağsu rayon Dövlət Notariat Kontorunda torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən X6 məxsus olan Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsi satın alınmışdır. Həmin alqı-satqı müqaviləsi Ağsu rayon Dövlət Notariat Kontorunda 4Ə\01-289 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubla iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 5,03 ha torpaq sahəsi başqa şəxslərin adlarına dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 5,03 ha torpaq sahəsinə X1 vərəsələrinin adına Çıxarış verilmişdir. Bundan sonra təkrarən Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair X1 vərəsələrinin adına verilmiş Çıxarışın ləğv edilməsi və mənim həmin torpaq üzərində mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınmasına dair cavabdeh təşkilata müraciət edilmişdir. Lakin, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********50 nömrəli məktubla iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh təşkilat imtinaya səbəb kimi göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 5,03 ha torpaq sahəsi başqa şəxslərin adlarına dövlət qeydiyyatına alınmışdır, cavabdeh təşkilatın hər hansı bir şəxsin mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyəti yoxdur və torpaq sahəsi mübahisəli olduğuna görə müraciətimin icrası mümkün olmamışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum oldu ki, onun tərəfindən Ağsu rayon DNK-da bağlanmış xx.xx.2007-ci il tarixli 4ə-/01-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş 5.03 ha torpaq sahəsi başqa şəxslərin adlarına daşınmaz əmlakın dölət reyestrdində qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli olduğuna görə, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı Ağsu rayon DNK-da bağlanmış 21 06.2007-ci il tarixli 4ə-/01- 289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Lakin, mübahisələndirilən 5.03 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşnınmaz əmlakın dövlət reyetrində qeydiyyata aldırmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Belə ki, Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı torpaq sahəsinin üzərində hüquqlarını qeydiyyata aldırmadığına görə, torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi barədə Ərazi İdarəsində məlumat olmamışdır. Bundan suistifadə edərək, torpaq sahəsinin satıcısı mərhum X2 vərəsələri, sözügedən torpaq sahələrini öz adlarına keçirmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli 05/01-K-23/13 nömrəli məktubundan görünür ki, Ağsu rayon dövlət notariat ofisində 21 iyun 2007-ci il tarixdə 4Ə/01-289 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə arxivə məlumat daxil olmamışdır.
4. xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X1 adından çıxış edən X11 Azərbaycan Respublikası DTK-sı tərəfindən verilmiş J№ 0059 KOD 40912018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X12 məxsus olan Ağsu rayon Növcü kəndində yerləşən 39 ballı İV keyfiyyət qurupu əkinə aid olmaqla, ailə üzvlərinin razılığına əsasən 5,03 hektar torpaq sahəsini İddiaçı satmışdır.
5. JN-0059 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 5.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, X16, X7, X17 və X13 verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 10252 nömrə ilə qeydiyyata alınmışdır.
6. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağsu rayonu Növcu kəndində yerləşən 3.6248 ha torpaq sahəsi üzərində X22, X18, X19, X20 və X3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
7. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağsu rayonu Növcu kəndində yerləşən 1.4011 ha torpaq sahəsi üzərində X18, X19, X20 və X3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 vərəsələri X23 və X20, X8r.
9. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı qarşı “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha pay torpağı üzrə X14 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
10. X5 cavabdeh İddiaçı qarşı “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha pay torpağı üzrə X14 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)842/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətaməsi iddiaçı X5 iddia tələbi təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır.
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum qərarının 17-ci bəndində qeyd edilir ki,daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda qeyd olunan işin hallarından göründüyü kimi hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olan qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığı mübahisələndirildiyindən mübahisə inzibati mübahisədir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı müvafiq çıxarışın verilməsinə əsas olan qeydiyyatların,eləcə də Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha ha torpaq sahələrinə dair xx.xx.2022-ci il tarixli Çıxarışların ləğv edilərək,həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Mülki məhkəmə araşdırması zamanı Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətnaməsi ilə X5 cəvabdeh İddiaçı qarşı Ağsu rayonunun Növcü kəndində yerləşən 5,03 ha pay torpağı üzrə X14 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-salqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhəmə müəyyən etmişdir ki, X4 adından müvafiq səlahiyyətlərlə verilmiş etibarnamə əsasında hərəkət edən X11 ilə cavabdeh İddiaçı mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, İddiaçı əmlakın dəyərini ödəməklə əmlakı qəbul elmişdir. Torpağın satış pulunun isə cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır, iddiaçı iddia ərizəsində onun alqı-satqı müqaviləsindən məlumatı olmadığı, həmin dövrdə Ukrayna Respublikasında olmasını qeyd etsə də bunlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İAMAS bazasının məlumatında da iddiaçının 2007-d il tarixdə ölkə hüquqlarında kənarda olması təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı X9 cavabdeh İddiaçı qarşı qaldırdığı iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər- hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsu satlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəf 21 iyun 2007ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından sonra onun nəticələrini mübahisələndirdikləri halda, bununla bağlı qanunla müəyyən edilmiş 1 (bir) il ərzində deyil, 15 (on beş) ildən artıq müddət ötdükdən sonra məhkəmədə iddia qaldırmışlar ki, hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişlər.İddiaçı iddia müddətini üzrlü səbəbdən buraxdığını bildirsə də, bu bərədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göründüyü kimi iddiaçı nəinki əqdin etibarsızlığı ilə bağlı bir ilük iddia müddəlini, hətta ümumi iddia müddətini (on illik) ötürmüşdür. Göstərilən xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək də mövcud iddia tələbi rədd edilməlidir. Çünki qanunvericiliyin tələblərinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina bərəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)842/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-105/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd oluna işin hallarına əsasən müəyyən edilir ki,mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən alğı-satqı müqavilə əsasında əldə edilməsinə baxmayaraq üçüncü şəxs X22 tərəfindən Dövlət Aktının surəti təqdim edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmuşdur.Cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində araşdırma aparmaqla həmin torpaq sahəsi ilə bağlı mülkihüquqi əqdin olmasını araşdırmamış və qanunsuz olaraq JN 0059 saylı Dövlət aktı əsasında Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha torpaq sahələri üzərində X22 və qeyrilərinin ümumi birgə mülkiyyət hüququnu qeydə almışdır. Həmin qeydiyyat əsasında xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməli, Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha torpaq sahələri üzərində X22 və qeyrilərinin ümumi birgə mülkiyyət hüququna dair qeydiyyat, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışlar ləğv edilməli, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha torpaq sahələri üzərində JN 0059 saylı Dövlət aktı əsasında X22 və qeyrilərinin ümumi birgə mülkiyyət hüququna dair aparılmış qeydiyyatın, onun əsasında verilmiş Çıxarışların (********** və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli) ləğv edilməsi, həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə