Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-561/2021 14.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X11, X7) "3-cü şəxslər X11, X2 Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "3-cü şəxslər X11, X2 Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzilini alqı-satqı müqaviləsi ilə üçüncü şəxs X3 almışdır. Həmçinin digər üçüncü şəxs X2 evin satılmasına razılıq ərizə notarial qaydada alınmışdır. Həmin vaxtdan üçüncü şəxslər iddiaçıya satdıqları mənzildən köçmüş və iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. İddiaçı bildirir ki, üçüncü şəxslər ona məxsus əmlakda qeydiyyatdadırlar. Onların qeydiyyatdan çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaya dair münasibətində bildirmişdir ki, X8 xx.xx.2005-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 02597010 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X4 xx.xx.2007-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 10700560 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və iştirakı olmadan işə baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan 9 saylı MİS tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilən Aktda qeyd edilir ki, sözügedən mənzil xx.xx.2014-cü il tarixdən iddiaçının adınadır. X11 və X7 həmin mənzildə xx.xx.2014-cü il tarixdən yaşamırlar. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********04 nömrəli məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzili RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən X9 və X5 birgə mülkiyyətində olmuşdur. xx.xx.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçilər mənzili İddiaçı satmış və sonuncunun adına RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış tərtib edilmişdir. İddiaçı isə Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzili xx.xx.2021-ci il tarixli müqavilə əsasında X1 və sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanların hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixində poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərmiş, iddia ərizəsi xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuş, iddiaçı xx.xx.2021-ci ildə mənzili X1, onun da öz növbəsində qeyd olunan mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmədə işə baxılan zaman iddiaçı artıq hazırkı tələblə bağlı müraciət etmək üçün subyektiv hüququnu itirmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz olunması İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmadığı, həmçinin əvəz olunduğu halda belə mənzilin hazırkı mülkiyyətçisi tərəfindən ilkin müraciət olunmadığı üçün iddia mümkün sayıla bilməz. Azərbaycn Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X11, X7) "3-cü şəxslər X11, X2 Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21 saylı evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-561/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-561/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver