Məhkəmə qərarları › İş №2-1(116)-568/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-568/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-568/2021 04.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı 1985-1990-cı illər ərzində Azərbaycan Respublikası Ali Sovetinin deputatı olduğu illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Xaliq qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1985-1990-cı illər ərzində Azərbaycan Respublikası Ali Sovetinin deputatı olduğu illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********0 nömrəli vəsatətlə məhkəməyə müraicət edərək bildirmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********2 saylı xx.xx.2019-cu il tarixli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsi (X1 üzrə mərkəzi filialı) təsis edilmiş, xüsusi şərtlərlə pensiyanın təyin edilməsi, belə pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və digər bu kimi müraciətlərlə baxılması X1 İdarəsinin (X1 üzrə mərkəz filialının) səlahiyyətlərinə aid edilmişdir. Həmin qurum “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi və 20-ci maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, deputatlar, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir. İddiaçı sadalanan şəxslər sırasına aid edildiyinə görə iddia tələbi üzrə cavabdeh qismində Fondun X1 üzrə mərkəzi filialı çıxış edir.” Qeyd olunanlar nəzərə alınaraq cavabdehin əsl cavabdeh Fondun X1 üzrə mərkəzi filialı ilə əvəz olunmasını xahiş edilmişdir. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq cavabdehin əsl cavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə mərkəzi filialı ilə əvəz edilməsi təklif olunmuş, eyni zamanda İPM-in 8.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, nəzərinə çatdırılmışdır ki, iş üzrə cavabdeh dəyişdirildikdən sonra iddia aidiyyəti üzrə əsl cavabdeh Fondun X1 üzrə mərkəzi filialının yerləşdiyi yer - ünvan 1 ünvanı nəzərə alınmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verməklə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı 1985-1990-cı illər ərzində Azərbaycan Respublikası Ali Sovetinin deputatı olduğu illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar