Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-569/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Hüseyn qızının, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Hüseyn qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin üzərinə ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş qonşu ərazinin həyətyanı sahənin koordinatlarına düzəliş edilməsi öhdəliyi və 1988-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport əsasında həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evinin və Baş Küngüt kənd Karl Marks adına kolxozun xx.xx.1960-cı il tarixli 2 nömrəli ümumi iclas qərarı əsasında ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının anası Əsədova (Səmədova) Sodər Fərəc qızının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin üzərinə ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş qonşu ərazinin həyətyanı sahənin koordinatlarına düzəliş edilməsi öhdəliyi və 1988-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport əsasında həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evinin və Baş Küngüt kənd Karl Marks adına kolxozun xx.xx.1960-cı il tarixli 2 nömrəli ümumi iclas qərarı əsasında ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının anası Əsədova (Səmədova) Sodər Fərəc qızının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-569/2024 saylı Qərardadına əsasən İddiaçı Hüseyn qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 12 saylı Şəki ərazi idarəsinə qarşı “1988-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport əsasında həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evinin və Baş Küngüt kənd Karl Marks adına kolxozun xx.xx.1960-cı il tarixli 2 nömrəli ümumi iclas qərarı əsasında ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının anası Əsədova (Səmədova) Sodər Fərəc qızının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “qonşu ərazinin həyətyanı sahənin koordinatlarına düzəliş edilməsi və X3 məxsus texniki pasporta əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X1 adına verilmiş A seriyalı 189971 nömrəli plan-ölçü sənədi ilə üstüstdə düşən 340 kv.m torpaq sahəsinə dair arayışın verilməsi hissədə” mümkün sayılmamışdır. İddia ərizəsinə əsasən Şəki rayon Baş Küngüt kəndində iddiaçının mərhum anası Əsədova (Səmədova) Sodər Fərəc qızının istifadəsində fərdi yaşayış evi və həyətyanı sahə mövcud olmuşdur. Həmin fərdi yaşayış evinə Əsədova (Səmədova) Sodər Fərəc qızının adına 1988-ci il tarixinə Texniki pasport hazırlanmışdır. Anası xx.xx.1999-cu ildə vəfat etmişdir. Bundan sonra evdə iddiaçı yaşamış və nəzarət etmişdir. Həmin evin və həyatyanı sahənin sənədləşməsi üçün vərəsəliyin açılması məqsədilə X9 Xidmət mərkəzində Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli məktubu ilə mərhum Əsədova (Səmədova) Sodər Fərəc qızından qalmış evin və həyətyanı sahənin qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş,ona xx.xx.2023cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya münasibətində qeyd etmişdir ki, mübahisəli fərdi-yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A N: 189971 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlandığından ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 31.07.2023-cü il və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət X5 Arayışları.
3. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notarai ofisinin xx.xx.2023-cü il tarixli məktubu.
4. Nuxa rayon Baş Küncüt kənd K.Marks adına kolxozun xx.xx.1960-cə il tarixli 2 nömrəli ümumi iclas protokolunun surəti.
5. Şəki rayonu Baş Küncüt kənd XDS İcraiyyə Komitəsinin 1963-1974-cü illərə aid təsərrüfatbaşına kitabın və Şəki rayonu Baş Küncüt kənd İcra Nümayəndəliyinin 1991- 2000-ci illərin təsərrüfatbaşına kitabdan çıxarışın surəti.
6. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-12980/2023 nömrəli məktubuna əlavə olunmuş, Şəki rayonun Baş Küncüt kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair cədvəldən görünür ki, İddiaçı Hüseyn qızına torpaq sahəsi ayrılmışdır.
7. A seriyalı 189971 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2822 kv. metr torpaq sahəsi Şəki RAİK-nın xx.xx.1997ci il tarixli 42 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir.
8. 96 inventar nömrəli, 1988-ci il tarixli texniki pasportun surəti.
9. Şəki rayonu Baş Küncüt kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X1 adı qeyd edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-39/2-3557/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddianının mümkün olan hissəsinə mahiyyəti üzrə baxaraq hesab edir ki,iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı cavabdehin üzərinə ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş qonşu ərazinin həyətyanı sahənin koordinatlarına düzəliş edilməsi öhdəliyi və 1988-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport əsasında həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evinin və Baş Küngüt kənd Karl Marks adına kolxozun xx.xx.1960-cı il tarixli 2 nömrəli ümumi iclas qərarı əsasında ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının anası Əsədova (Səmədova) Sodər Fərəc qızının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsindən ibarətdir. İddiaçının 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınsa da faktiki olaraq onun istifadəsində həmin torpaq sahəsi deyil, 1811 kv.m torpaq sahəsi vardır.Həmin torpaq sahəsi isə 340 kv.m hissədə aqrar islahat zamanı mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstdə düşür. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Baş Küngüt kənd Karl Marks adına kolxozun xx.xx.1960-cı il tarixli 2 nömrəli ümumi iclas qərarı 0.20 ha torpaq sahəsi Əsədova (Səmədova) Sodər Fərəc qızınin mülkiyyətinə verilmişdir və həmin fərdi yaşayış evinə Əsədova (Səmədova) Sodər Fərəc qızının adına 1988-ci il tarixinə Texniki pasport hazırlanmışdır. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki İdarəsinin mütəxəssis rəyi təqdim olunmuşdur. Rəyə əsasən müəyyən edilmişdir ki, X3 məxsus fərdi yaşayış evinin texniki pasportuna əsasən evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 2000 kv.m olmasına baxmayaraq faktiki olaraq 1811 kv.m olub, Elektron kadastr məlumat bazasına əsasən (TEKUİS) Kateqoriyası yaşayış məntəqələrinin topraqları, dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən mülkiyyətçisi barədə məlumat vermək mümkün deyildir. Faktiki olaraq İddiaçı Hüseyn qızı tərfindən istifadə olunur. Döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti təqdim etdiyimiz sxemdə öz əksini tapmışdır. İddia olunan toraq sahəsi faktiki vəziyyətdə divar və metal çəpərdən ibarət fiziki sərhədlər daxilindədir,üzərində fərdi yaşayış ev mövcuddur və 1956-cı ildə inşa edilmişdir. TEKUİSƏ-ə əsasən iddia olunan torpaq sahəsinin şimal hissəsi X1 adına verilmiş sənəddə göstərilən torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissə təqdim edilən sxemdə öz əksini tapmışdır. Üst-üstdə düşən hissəylə bağlı sxmedən görünür ki, X3 məxsus texniki pasportuna əsasən fərdi yaşayış evinin yerləşdiyi 1811 kv.m torpaq sahəsi 340 kv.m hissədə aqrar islahat zamanı X1 adına verilmiş A seriyalı 189971 nömrəli plan-ölçü sənədi ilə üst-üstdə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia tələbi X3 məxsus texniki pasportuna əsasən fərdi yaşayış evinin yerləşdiyi 1471 kv.m torpaq sahəsi və üzərində yerləşən 1956-cı ildə inşa edilmiş fərdi yaşayış evinin mərhum X3 məxsus olmasına dair elektron arayışın verilməsi hissədə əsaslıdır. Naturada mövcud torpaq sahəsi 2000 kv.m olmadığından iddia mümkün hesab edilən qalan hissədə əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayon Baş Küngüt kəndində yerləşən,mərhum Səmədova (Əsədova) Sodər Fərəc qızına məxsus fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1471 kv.m torpaq sahəsi və orada 1956-cı ildə inşa edilmiş fərdi yaşayış evinin mərhum X3 məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə