Məhkəmə qərarları › İş №2-1(116)-57/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-57/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-57/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X25 qızının katibliyi İddiaçı, onun vəkilləri X35 və X4 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 66 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin etibarsız hesab edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliyin tələbləri pozulmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 №-li xx.xx.2019-cu il tarixli əmri ilə Miqrasiya orqanlarında qulluqkeçmə haqqında əsasnamənin 95.8-ci (miqrasiya orqanlarından xaric etmə) və 111.11-ci (miqrasiya orqanlarından xaric edildikdə) maddələrini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 4-cü hissələrini və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin 16.5-ci bəndi rəhbər tutularaq işdən azad edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əmri qanuna ziddir və bir vətəndaş kimi onun əmək hüququnun kobud formada pozulması ilə müşahidə olunmuşdur. 211 №-li, xx.xx.2019-cu il tarixli əmr ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla ƏM-nin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləgv edilməsi qaydalarına əməl edilmədən qəbul edilmişdir. Belə ki, Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinin və 76.2-ci maddəsinin 2-ci hissəsinin tələbləri nəzərə alınmalıdır. Lakin 211 №-li əmrdə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin vəzifəsi, adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər (Məs: həmkarlar təşkilatının protokolu) ümumiyyətlə qeyd olunmamışdır. Göründüyü kimi 211 №-li əmr ƏM-nin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamışdır. 211 №-li əmrdə istinad olunan Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 95.8-ci maddəsi isə miqrasiya orqanları işçisi barədə tətbiq olunan intizam tənbehinin birini göstərir. Sözügedən əsasnamənin 95-ci maddəsinə əsasən Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər. Göründüyü kimi 211 №-li əmrdə onun tərəfindən bu Əsasnamənin 95-ci maddəsinədə qeyd olunan Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş hansı tələbin pozulduğu və ya hansı hüquqpozmanı törədildiyi göstərilməmişdir ki, bu da ƏM-nin 76.2-ci maddəsinin 2-ci hissəsinə ziddir. ƏMnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən - bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. ƏMnin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən - əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Qeyd olunanları nəzərə alaraq DMX rəisinin 211 №-li əmri ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla ƏM-nin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən, ƏM-nin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. 211 №-li əmr ƏM-nin 80-ci maddəsinin 1-ci və 2 -ci hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, 211 №-li əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda DMX tərəfindən onun əmək müqaviləsi ləğv edilmək istəlinərkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı alınmamışdır. Bu fakt öz təsdiqini 211 №-li əmrdə ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən qeyd olunmalı olan halda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər arasında həmkarlar təşkilatının protokolu barədə qeydin olmamasında da tapır. ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən - bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ƏM-nin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən - həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. DMX rəisinin 211 №-li əmri ƏM-nin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozulmaqla ƏM-nin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən qanunsuzdur. Cavabdeh orqanın məhkəməyə xx.xx.2019-cu il tarixində daxil olmuş etirazı onunla əsaslandırılmışdır ki, DMX-nin xx xxxxx 2019-cu il tarixli 211 saylı əmri Əmək Məcəlləsinin 84-ci maddəsinə tələblərinə uyğun olaraq düzgün qəbul edilmiş, qanuni və əsaslıdır. Belə ki, vətəndaş müraciəti zamanı (xx.xx.2019-cu il tarixdə DMX-ya müraciət edən şəxs Azərbaycan Respublikasının vətəndaşı X5 müraciətində X10 Respublikasının vətəndaşı X19 iş və müvəqqəti yaşamaq üçün icazələrin alınması məqsədilə Mobil, Samir və İlkin adlı şəxslər tərəfindən X1 3000 manat məbləğində pulun alındığı və əcnəbinin pasportunun geri qaytarılmadığı, müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi öz əksini tapdığı üçün materialların baxılması üçün DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir) aparılmış araşdırma üzrə çıxarışa (çıxarış etiraza əlavə olunur) əsasən X23 VMMS üzrə məlumatlarına Şəki X14nin Sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu X12 və Bakı şəhər X14nin Miqrasiya rejiminə nəzarət şöbəsinin inspektoru İİ dərəcəli miqrasiya xidməti qulluqçusu X7 baxış keçirilmələri aşkar edilmiş və izahatları alınmışdır (izahatlar etiraza əlavə olunur). Bakı şəhər X14nin inspektoru Elçin Eyvazov izahatında əcnəbinin vizada qalma müddətinin bitməsi ilə əlaqədar onun tərəfindən VMMS-ə baxış keçirildiyini bildirmişdir. Şəki X14nin inspektoru Anar Qaffarov isə izahatında həmin idarənin Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı xahişi ilə sonuncunun məqsədindən xəbəri olmadan əcnəbinin məlumatlarına baxdığını və nəticəsini ona bildirdiyini qeyd etmişdir. Şəki X14nin inspektoru İddiaçı xx.xx.2019-cu il tarixdə verdiyi izahatında qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əcnəbinin ölkə ərazisində qanunsuz yaşayıb-yaşamadığını araşdırmaq məqsədilə iş yoldaşı inspektor Anar Qaffarovdan şəxs barədə Olduğu yer üzrə qeydiyyat sisteminə baxmağı xahiş etdiyini və əməkdaşın da ona əcnəbinin OYQ müddətinin bitməsi barədə məlumat verdiyini, həmin məlumatları heç kimə ötürmədiyini və yalnız əcnəbilərə nəzarət üçün istifadə etdiyini bildirmişdir. Lakin sonradan İddiaçı xx.xx.2019-cu il tarixdə Təşkilat-nəzarət baş idarəsinə müraciət edərək əvvəlki izahatını tamamilə təkzib etmiş və DMX-nın keçmiş əməkdaşı, əvvəllər qrup yoldaşı olmuş Süleyman Əsgərovun sifarişi ilə (inspektor Anar Qaffarovdan) X23 məlumatlarını VMMS-dən əldə etdiyini və ona ötürdüyünü etiraf etmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı əvvəlki izahatında tamamilə yalan izahat verərək qeyri-səmimilik göstərmiş, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə’’nin 30.1, 30.3, 30.8, 30.11 və “Dövlət qulluqçularının etik davranış Qaydaları”nın 8.3, 15 və 17-ci maddəsinin tələblərini bilərəkdən pozmuşdur. Aparılmış araşdırma zamanı həmçinin o da müəyyən olunmuşdur ki, İddiaçı 2018-ci ilin iyun ayında da Süleyman Əsgərovun sifarişi ilə X23 OYQ məlumatlarına baxış keçirmiş və öz qeyd kitabında 5 əcnəbinin adının arasında onun da pasport məlumatlarını yazmışdır. Qeyd olunanları və Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95-ci maddəsinin (həmin maddəyə görə miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda), həmçinin “Dövlət qulluqçularının etik davranış Qaydaları”nın 23.1-ci maddəsinin tələblərini (həmin maddəyə görə etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır) rəhbər tutaraq Şəki X14, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (miqrasiya orqanlarından xaric etmə) tətbiq edilmiş və bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq əmr qəbul edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əcnəbi X23 məlumatlarının Süleyman Əsgərova ötürülməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmiş, bu da o deməkdir ki, şəxs yuxarıda qeyd olunanlara münasibətdə özünü təqsirli hesab edir. Yuxarıda göstərilənlərlə yanaşı, DMX tərəfindən İddiaçı barəsində əmr çıxarılarkən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin” 96-cı bəndi əsas götürülmüşdür (həmin bəndə əsasən miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır). DMX qanunvericiliyin yuxarıda göstərilən normaya istinad etməsini onunla izah edir ki, İddiaçı əvvəllər də VMMS məlumatlarından şəxsi məqsədləri üçün istifadə etdiyinə görə (DMX-nin çağrı mərkəzinə xx.xx.2019-cu il tarixdə daxil olmuş müraciətlə əlaqədar daxili araşdırma zamanı İddiaçı Natiq adlı dostunun xahişi ilə MYİ və iş icazəsi almaq üçün müraciət etmiş İran İslam Respublikasının vətəndaşı X26 sənədlərinə baxış keçirdiyi və məlumatları Natiqə ötürdüyünə görə) Xidmət rəisinin xx.xx.2019-cu il tarixli 66 nömrəli əmri ilə onun barəsində “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir. Lakin İddiaçı həmin cəza tədbirindən nəticə çıxarmayaraq əsasnamə və təlimatları kobud surətdə pozmaqda davam etmişdir. Göründüyü kimi, şəxs xidmət apardığı dövrdə bir neçə dəfə nöqsanlara yol vermişdir. Beləliklə, İddiaçı münasibətdə müvafiq əmr qəbul edilərkən (“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.11-ci maddəsinə istinad edilməklə) DMX tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydalara tam riayət edilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və xx.xx.2019-cu il tarixində məhkəmənin dəftərxanasına daxil olmuşdur. İddiaçı həmin ərizəsində ilk tələbindən əlavə həm də Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 66 saylı əmrinin də etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ona qanunvericiliyin tələbləri pozulmaqla və xəbəri olmadan Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynovun xx.xx.2019-cu il tarixli 66 nömrəli əmri ilə miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 95.4-cü maddəsinin və Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin 16.5-ci maddəsinə əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları” haqqında əmrin 6.28-ci maddəsinə əsasən intizam tənbehi verilmişdir. Hesab edir ki, 66 saylı əmrin qanuniliyinə məhkəmə tərəfindən münasibət bildirilməsi hazırda baxılan iş üzrə ədalətli qərarın qəbul edilməsi üçün vacibdir. Belə ki, cavabdeh tərəfin nümayəndəsi dəfələrlə məhkəmə baxışı zamanı onun barəsində işdən azad olunmaq növündə intizam tənbehinin seçilməsini, məhz 66 nömrəli əmrin mövcud olması ilə əsaslandırmış və tərəfindən təkrar intizam tənbehinə yol verilməklə müvafiq nəticə çıxartmadığı üçün belə bir tənbeh tədbiri seçildiyini bəyan etmişdir. Belə ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 99-cu maddəsinə əsasən, bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (95.8. miqrasiya orqanlarından xaric etmə) vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. Lakin vəkili və onun tərəfindən sözügedən əmrin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırılmasına və sorğuların verilməsinə baxmayaraq, DMX tərəfindən sözügedən sənədlər yalnız noyabr ayında məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən də, ilkin iddia ərizəsində 66 nömrəli əmrin qanunsuzluğuna dair tələb irəli sürmək mümkün olmamışdır. Halbuki, 66 nömrəli əmrin qanuniliyinin müəyyən olunması baxılan işin birbaşa mahiyyəti ilə bağlıdır və ədalətli qərarın qəbul edilməsi üçün vacibdir. 66 nömrəli əmr xx.xx.2019-cu il tarixdə verilsə də, xx.xx.2019-cu il tarixədək onun bu əmrlərdən heç bir məlumatı olmamış, ona həmin sənədlər təqdim edilməmiş, əmrin surətləri verilməmiş və tanış edilməmişdir. Belə bir əmr barəsində yalnız Dövlət Miqrasiya Xidməti rəisinin 211 №-li xx.xx.2019-cu il tarixli əmrinin verilməsinə əsas kimi götürülən izahatının alınması zamanı DMX-nın “Təşkilat nəzarət baş idarəsinin nəzarət idarəsi”nin rəisi vəzifələrini müvəqqəti icra edən Mirsamir Seyidovdan öyrənmişdir. Mirsamir Seyidov bununla onun təkrar intizam pozuntusuna yol verdiyini əsaslandırmağa çalışırdı. Lakin həmin tarixdə və sonralar 66 nömrəli əmrlə tanış olmaq istəməyi barədə DMX-ya çox saylı ərizə və sorğularına cavab verilməmişdir. Bu səbəbdən də, sözügedən əmrlə tanış olmağı qeyrimümkün olmuşdur. Yalnız məhkəmənin tələbi ilə 66 nömrəli əmr və onun qəbul olunmasına əsas olan arayış məhkəməyə təqdim olunduqdan sonra xx.xx.2019-cu il tarixdə sözügedən sənədlərlə tanış ola bilmişdir. Bunun əksini iddia edən cavabdeh tərəfin nümayəndəsi 66 nömrəli əmrlə tanış olduğunu təsdiq edən hər-hansı etibarlı bir sənədi cari tarixədək məhkəməyə təqdim edə bilməmişdir. Yalnız nə zaman və necə hazırlandığı bəlli olmayan sxemin təsvir olunduğu kağızı məhkəməyə təqdim etməklə kifayətlənməkdədir. Lakin nümayəndə izah edə bilmir ki, əgər DMX-də əməkdaşların əmrlə tanış olması üçün başqa bir qayda müəyyən edilmişdirsə (belə bir qayda yoxdur) bu qaydaların Hüquqi Aktların Dövlət Reyestrinə qeydiyyat nömrəsi niyə məhkəməyə bildirilmir? Halbuki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 109-cu bəndinə əsasən, intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və miqrasiya orqanları işçisinin şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsində deyilir ki, İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəməyə bəyan edir ki, DMX tərəfindən əmək hüququnun pozulması faktını o, xx.xx.2019-cu il tarixdə aşkar etmiş, bu tarixədək 66 nömrəli əmrdən yalnış şifahi formada məlumatı olub və bu isə ona məhkəməyə müraciət etməyi üçün əsas ola bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində deyilir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamm, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bildirir ki, DMX 66 nömrəli əmrlə onu tanış etməməklə qəsdən və bilərəkdən əmri məhkəmə qaydasında mübahisələndirməyinin qarşısını almışdır. Hesab edir ki, bunun səbəbi aşağıda qeyd olunan hallara görə Dövlət Miqrasiya Xidməti rəisinin 211 №-li xx.xx.2019-cu il tarixli əmri qəbul edilməsi üçün zəmin yaratmaq və məhkəmədə bu əmrin qanuniliyini əsaslandırmaq olmuşdur:

1. İşdən azad olunmağına zəmin yaratmaq üçün “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 99-cu maddəsinə və ƏM-nin 190-cı maddəsinə əsasən, tərəfindən təkrar intizam pozuntusu törədildiyini əsaslandırmaq üçün əmrin məhkəmədə ləğv edilməsinin qarşısı almaq;

2. Əslində 66 nömrəli əmrlə 211 nömrəli əmrin 1 intizam xətasına verilən 2 tənbeh tədbiri olma faktını gizlətmək üçün. Lakin cavabdeh tərəfin bu halları qəbul edib-etməməsindən asılı olmayaraq, habelə digər səbəbdən ona qarşı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 109-cu bəndinin və ƏM-nin 189-cu maddəsinin tələblərinin pozularaq 66 nömrəli əmrlə tanış edilməməsi və surətinin ona verilməməsi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən, insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, “İnsan Hüquqları və X11 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasmda yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Miqrasiya orqanlarında qullüq keçmə haqqmda Əsasnamə”nin 110-cu bəndinə əsasən, miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsində deyilir ki, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlanın bərpa edilməsini tələb edə bilər. İntizam tənbehinin verilməsi səbəb kimi 211 saylı əmrdə olduğu kimi xidməti məlumatların xx.xx.2019-cu il tarixdə öz maraqları naminə istifadə edilməsi olmuşdur. Bununla bağlı ilk növbədə bildirir ki, ümumiyyətlə istər 66 nömrəli, istərsə də 211 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş hərəkətlərinin intizam tənbehi olduğu faktı ilə razılaşmır. Çünki heç bir halda xidməti məlumatlardan öz maraqları üçün istifadə etməmiş və sözügedən məlumatlar da, xidməti xarakter daşımır, ictimaiyyətə açıq məlumatlardır və bu məlumatları, hətta 919 çağrı mərkəzi və ya DMX-nin elektron səhifəsi vasitəsi ilə çox rahat əldə etmək mümkündür, (https://eservice.migration.gov. az/public/application-track). Bundan əlavə sözügedən məlumatların xidməti məlumat olmasına dair heç bir normativ-hüquqi və ya normativ akt mövcud deyil və o da belə bir aktla tanış edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı DMX daxili müvafiq əmrin mövcudluğunu bəyan etsə də, onunla tanış edilməsi barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməməkdədir (çünki yoxdur). Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə izahatı alınmış, xx.xx.2019-cu il tarixdə arayış hazırlanmış və xx.xx.2019-cu il tarixdə ona intizam tənbehi verilmişdir. Ona 1 intizam xətasına görə 2 intizam tənbehinin verilməsinə dair bildirir ki, 66 nömrəli əmrə əsasən, ona intizam tənbehi verilməsinə səbəb olan hərəkətlər tərəfindən xx.xx.2018-ci il tarixdə, 211 nömrəli əmrin verilməsinə səbəb olan hərəkətlər isə tərəfindən xx.xx.2019-cu il tarixdə yəni 20 gün sonra (bunlardan 5 gün qeyri-iş günüdür) edilmişdir. Hər iki əməl ayn-ayrı şəxslərə münasibətdə eyni xarakterlidir. xx.xx.2018-ci il tarixdə etdiyi hərəkətlərə görə (xidməti vəzifəsini yerinə yetirmişdir), xx.xx.2019-cu il tarixdə ona intizam tənbehi verilmişdir. Bir ay sonra isə xx.xx.2019-cu il tarixdə etdiyi hərəkətlərə görə, xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. Göründüyü kimi intizam tənbehi verilməsinə səbəb olan hər iki hal ona birinci intizam tənbehi verildiyi xx.xx.2019-cu il tarixdən əvvəlki dövrü əhatə edir. Təkrarən bildirir ki, hər iki halda şəxslərə məlumatların verilməsi xidməti vəzifəsindən irəli gəlib və bunun intizam qaydalarına zidd olmasına dair hər hansı bir normativ-hüquqi və normativ akt yoxdur, habelə o, belə bir aktla tanış edilməmişdir. Qanunvericiliyə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Belə olan halda, əgər hətta əməli tanış edilmədiyi hansısa aktda ziddirsə belə, davam edən intizam pozuntusu olduğundan ona yalnız bir intizam tənbehi verilməli idi. Əks halda bu intizam tənbehinin mahiyyətinə və güdülən məqsədə ziddir. Təbii ki, məqsəd işdən azad etmək deyildisə. Habelə, xx.xx.2018-ci il tarixdə etdiyi hərəkətlər xx.xx.2019-cu il tarixdə DMX-ya edilən şikayət əsasında (şikayət onun barəsində deyildir) araşdırma başlanılan zaman aşkar olunmuş və xx.xx.2019-cu il tarixdə izahatı alınmışdır. Sözügedən araşdırma ilə bağlı xx.xx.2019-cu il tarixdə “Təşkilat nəzarət baş idarəsinin nəzarət idarəsi”nin rəisi vəzifələrini müvəqqəti icra edən Mirsamir Seyidov və ”X9”nin rəisi Elfan Quliyev tərəfindən DMX-nin rəisə ünvanlanan arayış hazırlanmışdır. Sözügedən arayışda hərəkətlərinə qiymət verilmiş və “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları” haqqında əmrin 6.28-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Yəni, artıq xx.xx.2019-cu il tarixdə DMX-nin aidiyyatı idarələrinin vəzifəli şəxsləri tərəfindən hərəkətləri əmək və ya icra intizamının pozuntusu kimi qiymətləndirilmişdir. Lakin bu arayışa əsasən, onun barəsində 66 nömrəli əmrin qəbulu isə xx.xx.2019-cu il tarixdə yəni 1 aydan artıq müddətdə olmuşdur. Baxmayaraq ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də bununla bağlı hər-hansı bir norma yoxdur, eyni əsasnamənin 6-cı bəndinə əsasən, əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqmda” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Bu səbəbdən də, bu məsələ ƏM-nə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində deyilir ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər, habelə aşağıda qeyd olunan hallara əsasən DMX arayışın xx.xx.2019-cu il tarixdə hazırlanması faktını məhkəmədən gizlədərək, arayışın xx.xx.2019-cu il tarixdə tərtib olunmasına dair məhkəməyə yalan məlumat verməkdədir. Arayış ümumilikdə çap üsulu ilə yazılmasına baxmayaraq və son səhifəsində tarix üçün yer ayrılsa da, həmin qrafa boşdur, arayışın tarix və nömrəsi qələmlə ilk səhifədə qeyd edilmişdir; Arayışın məhkəməyə təqdim edilən surəti “əsli ilə düzdür” möhürü ilə təsdiq olunsa da, vəzifəli şəxslərin imza qrafaları boşdur; Arayışın əslinin fotoları mövcuddur və fotoları məhkəməyə təqdim olunmuşdur. Həmin fotolara əsasən, arayış xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur və 13/42/9 daxil olma nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli 66 nömrəli əmri, əmrin verilməsinə əsas olan arayışdan da göründüyü kimi Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2015-ci il tarixli, 58 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları” haqqında əmrin 6.28-ci maddəsinə əsasən, intizam tənbehi verilmişdir. Lakin 66 nömrəli əmrin qəbul edilməsi üçün əsas kimi götürülmüş “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Halbuki, “X34 haqqında Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən, hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqmda Əsanamə”nin 1.10-cu bəndinə əsasən, Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq hallan üçün nəzərdə tutulan normativ xarakterli aktlar deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir. 1.11ci bəndə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının X34ı və normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında” Əsasnamənin 5.1-ci bəndinə əsasən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktları qəbul edən orqanlar (qurumlar) tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli xx.xx.2019-cu il tarixli əmrinin və xx.xx.2019-cu il tarixli 66 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında dəqiqləşdirilmiş iddia ərizəsinə dair yazılı çıxışını təqdim etmiş, həmçinin şahid dindirilməsi barədə vəsatət vermişdir. Yazılı çıxış və vəsatət münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2020-ci il tarixli çıxışda qeyd edilmişdir ki, o, qanunvericiliyin tələbləri pozulmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 №-li xx.xx.2019-cu il tarixli əmri işdən azad edilmişdir. Hesab edir ki, qüvvədə olan qanunvericiliyə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əmri aşağıda qeyd etdiyi əsaslara qanuna ziddir, bir vətəndaş kimi əmək hüququnun kobud formada pozulması və bir məmur kimi tapdalanmağı naminə başqa əməkdaşları müdafiəsizliklərinə inandırmaq həvəsidir. 211 №-li əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləgv edilməsi qaydalarına əməl edilmədən qəbul edilmişdir. Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin və 76.2-ci maddəsinin 2-ci hissəsinin tələbləri nəzərə alınmalı idi. Ancaq 211 №-li əmrdə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin vəzifəsi tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər ümumiyyətlə qeyd olunmamışdır. Habelə 211 №-li əmrdə tərəfindən Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin 95-ci maddəsinədə qeyd olunan həmin Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş hansı tələbi pozulduğu və ya hansı hüquqpozmanı törədildiyi göstərilməmişdir ki, bu da Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə ziddir. Bu səbəbdən də, Dövlət Miqrasiya Xidməti rəisinin 211 №-li əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. 211 №-li əmr Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2 -ci hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, o, Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, 211 №-li əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda DMX tərəfindən əmək müqaviləsi ləğv edilmək istəlinərkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı alınmamışdır. Əvvəlki iclaslarda cavabdehin nümayəndəsi bununla bağlı yalnız, Dövlət Miqrasiya Xidmətdə belə bir təcrübənin olmadığına və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də belə bir tələbin qoyulmadığına istinad edir. Təcrübənin olmamağını isə DMX-nın hüquq-mühafizə orqanı olması ilə əsaslandırır. Lakin sözügedən əsasnamənin 6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri nəzərə alınmalıdır. Dövlət Miqrasiya Xidmətinin hüquq mühafizə orqanı olması onu qanundan üstün etmir, tam əksinə onu qanuna əməl etməklə hökümlü edir. Belə münasibət qanunvericiliyə laqeydliyi təsdiq etməklə yanaşı, həmkarlar ittifaqını bir institut kimi dəyərsiz qılmaqdır. Onda sual yaranır ki, nəyə görə o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi həmkarlar ittifaqının üzvü idi, nəyə görə ondan üzvlük haqqı tələb olunurdu. Əgər bu institut özlüyündə işçilərin hüquqlarının müdafiəsini nəzərdə tutmursa və işi yalnız istirahat mərkəzlərinə bilet verməkdirsə, nəyə görə qanunverici 80-ci maddəsinin 1-ci və 2 -ci hissəsinin tələblərini Əmək Məcəlləsinə daxil etmişdir. Anlaşıldığı kimi, Dövlət Miqrasiya Xidmətinin rəisinin 211 №-li əmri Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2 -ci hissəsinin tələbləri pozulmaqla ARƏM-nin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən həm qanunsuzdur, həm də həmkarlar ittifaqı institutunu gərəksiz saymaqdır. Bildirir ki, 66 saylı əmrə əsasən ona intizam tənbehi verilməsinə səbəb olan hərəkətlər tərəfindən xx.xx.2018-ci il tarixdə, 211 saylı əmrin verilməsinə səbəb olan hərəkətlər isə tərəfindən xx.xx.2019-cu il tarixdə yəni 20 gün sonra (bunlardan 5 gün qeyri-iş günüdür) edilmişdir. Hər iki əməl ayrı-ayrı şəxslərə münasibətdə eyni xarakterlidir. xx.xx.2018-ci il tarixdə etdiyi hərəkətlərə görə xx.xx.2019-cu il tarixdə ona intizam tənbehi verilmişdir. Bir ay sonra isə xx.xx.2019-cu il tarixdə etdiyi hərəkətlərə görə xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. İntizam tənbehi verilməsinə səbəb olan hər iki hal ona birinci intizam tənbehi verildiyi xx.xx.2019-cu il tarixdən əvvəlki dövrü əhatə edir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində isə tam əksinə iddia irəli sürülür. Beləki həmin etirazda qeyd olunur ki, o, xx.xx.2019-cu il tarixdə aldığı intizam tənbehindən nəticə çıxarmayaraq əsasnamə və təlimatları pozmaqda davam etmişdir. Bu absurd iddiaları şəxsən həmin araşdırma materiallarına dərkənar qoyaraq onun əsassız şəkildə işdən çıxarılmağına səbəbkar olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovdan görüş zamanı soruşmuşdur. İlk olaraq iddia ərizəsində yazıldığı kimi ona dedi və qərarın qərəzli şəkildə hazırlandığı, araşdırma materiallarına tanış olmadan qərar verilmişdir. Belə araşdırmanı aparan baş idarə rəisi və onun bəzi əməkdaşlarının əvvəlcədən məqsədləri onun işdən azad edilməyi olub və xidmət rəisi Vüsal Hüseynov aldadılmış çox təəssüf hissi ilə qeyd etmək istəyir ki, düzgün araşdırılmadan əmri imzalanmışdır. Bu qənaətə Vüsal Hüseynovla görüş zamanı gəlmişdir, çünki görüşün axırında Vüsal Hüseynov özü anladı ki, ona intizam tənbehi veriləndən sonra onların qanun pozuntusu saydığı əməli bir daha törətməmişdir. Hər iki halda şəxslərə məlumatların verilməsi xidməti vəzifəsindən irəli gəlib və ictimaiyyətə açıq məlumat olub və bunun intizam qaydalarına zidd olmasına dair hər hansı bir normativ-hüquqi və normativ akt yoxdur, habelə o, belə bir aktla tanış edilməmişdir. Miqrasiya Xidmətinin dediyi hər hansı məlumatı verib verməməyi barədə hər hansı bir təlimat varmı? Bu zaman sual yaranır ki, əməlimin intizam pozuntusu olması nəyə əsasən müəyyən olunmuşdur?! Cavabdehin nümayəndəsi bu suala cavab olaraq yalnız məhkəməyə şəxsi mülahizələrini bildirir və bu günədək heç bir sənəd təqdim edə bilmir. Nümayəndə məhkəmədən öz mülahizlərinin normativ-hüquqi akt kimi qəbul edilməsini gözləyir. Qanunvericiliyə isə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bu intizam tənbehi verilən zaman güdülən məqsədə də ziddir. Çünki bir məmur kimi o bu tənbehdən öz gələcək işləri üçün hansı nəticəni çıxarda bilərdi, əgər tənbeh keçmişə münasibətdə onu iki dəfə cəzalandırırsa?! Dövlət Miqrasiya Xidmətində xidmət rəisinin bütün əmrləri idarəyə aid olan, hər bir şəxsin məzuniyyət və digər əmrlər şəxsən təqdim olunur və imzalanaraq bir nüsxəsi idarədə saxlanılır bir nüsxəsi isə əməkdaşa verilir. Nə təsadüfdir ki, onun intizam tənbehi almağı barədə 66 saylı əmrlə tanış olmamışdır. Miqrasiya orqanlarında qulluqkeçmə haqqında əsasnamənin 109-cu maddəsinə əsasən əməkdaşa verilmiş əmr 3 gün ərzində elan olunmalı və əmrin surəti imza etdirilməklə bir nüsxəsi əməkdaşa verilməlidir. Lakin belə prosedura olmayıb və belə əmrin var olması barədə məlumatı gec olub, İşdən çıxarıldıqdan sonra isə dəfələrlə ərizə yazmağına baxmayaraq belə əmr ona verilməyib, daha sonra məhkəmə qaydasında həmin əmri alıb məhkəminin dəftərxanasında tanış olmuşdur. Miqrasiya Xidmətin təqdim etdiyi sxemdə guya o tanış olmuş, amma həmin sxemi rahatlıqla hazırlamaq olur və onun tanış olmağı barədə hər hansı bir mötəbər sübut təqdim edə bilməyiblər. Çünki belə əmr həmin vaxt olmadığından tanış olmağından söhbət gedə bilməzdi. xx.xx.2019-cu il tarixli 66 saylı əmri, əmrin verilməsinə əsas olan arayışdan da göründüyü kimi Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2015-ci il tarixli, 58 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları” haqqında əmrin 6.28-ci maddəsinə əsasən intizam tənbehi verilmişdir. Lakin 66 saylı əmrin qəbul edilməsi üçün əsas kimi götürülmüş “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları” “X34 haqqında Konstitusiya Qanunu”nun 20.3-cü maddəsinə əsasən normativ hüquqi akt olmasına baxmayaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Anlaşıldığı kimi Dövlət Miqrasiya Xidmətinin 66 saylı əmri qəbul edərkən “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”na tətbiq etməyi hüquqa ziddir. Cavabdehin xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş etirazı onunla əsaslandırılmışdır ki, Şəki X14, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (miqrasiya orqanlarından xaric etmə) tətbiq edilmiş və bu barədə xx xxxxx 2019-cu il tarixli 211 saylı əmr qəbul edilmişdir. Sözügedən şəxsə münasibətdə müvafiq əmr qəbul edilərkən (“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin” 111.11 -ci maddəsinə istinad edilməklə) Dövlət Miqrasiya Xidməti (bundan sonra Xidmət) tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydalara tam riayət edilmişdir. Belə ki, sabiq inspektor İddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin” 30-cu maddənin 3cü hissəsini (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli) və həmin maddənin 8-ci hissəsini (vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli) pozaraq X27 Sistemi (bundan sonra VMMS) üzrə məlumatları digər şəxsə ötürmüşdür (bununla bağlı əvvəlki məhkəmə icraatı zamanı müvafiq sənədlər və etiraz məhkəməyə təqdim edilmişdir). İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi ilə bağlı Xidmətin Kadrlar və kadr hazırlığı idarəsinin xx.xx.2019-cu il tarixli təqdimatına sözügedən tarixdə Həmkarlar İttifaqı Komitəsində baxılmış və onun miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi məqəsədmüvafiq hesab edilmişdir (sənəd etiraza əlavə edilir). Bir intizam xətasına görə iki intizam tənbehinin verilməsi məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, intizam tənbehinin tətbiqinə əsas yaradan əməllər ayrı-ayrı vaxtlarda törədilmiş və törədilməsi vaxtları arasında müddət bir ili keçməmişdir (qeyd olunan əsasnamənin 106-cı maddəsinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra miqrasiya orqanları işçisinə intizam tənbehi verilə bilməz). Bundan əlavə, mühüm məsələ qismində o da nəzərə alınmalıdır ki, Xidmət tərəfindən İddiaçı barəsində inzibati akt qəbul olunarkən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin” 96-cı bəndi əsas götürülmüşdür (həmin bəndə əsasən miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır). Xidmət qanunvericiliyin yuxarıda göstərilən normasına istinad etməsini onunla izah edir ki, VMMS və Olduğu yer üzrə qeydiyyat (OYQ) üzrə məlumatlar İddiaçı tərəfindən davamlı şəkildə eyni şəxsə (Süleyman Əsgərova) ayrı-ayrı vaxtlarda və şəraitdə ötürülmüşdür. Xidmətin xx.xx.2019-cu il tarixli, 66 saylı əmri ilə tanış olmaq məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, sözügedən əmr xx.xx.2019-cu il tarixdə Şəki X14nə Elektron Sənəd Dövriyyəsi (bundan sonra ESD) proqram təminatı vasitəsilə göndərilmiş və iddaçı da öz növbəsində həmin əmrlə eyni tarixdə tanış olmuşdur (sənəd etiraza əlavə edilir). Göründüyü kimi iddiaçı tərəfindən Xidmətin xx.xx.2019-cu il tarixli, 66 saylı əmrinin məhkəmədə mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürülmüşdür. Bu səbəbdən də hesab edirik ki, iddia həmin hissədə mümkün sayılmamalıdır.

Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib, Süleyman Əsgərova məlumat vermədiyi bildirib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X8 iddiaçının Süleyman Əsgərova məlumat vermədiyini, 2 dəfə eyni əmələ görə intizm məsuliyyətinə cəl olunduğunu, həmkarlar ittifaqının rəyinin alınmadığını, alındığı halda belə qanunamüvafiq qaydada rəyin verilmədiyini və etik davranış qaydalarının reyestrdə qeydiyyatdan keçmədiyini bildirib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X35 iddiaçının cavabdeh orqanın istinad etdiyi izahatları təzyiq altında verdiyini, ona hüquq və vəzifələrinin izah edilmədiyini bildirib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının Süleyman Əsgərova məlumat ötürməsinin özünün və Anar Qaffarovun izahatları ilə təsdiq olunduğunu, bir əmələ görə deyil müxtəlif əməllərə görə intizam tənbehinin verildiyini, “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin İran vətəndaşı ilə bağlı olduğunu, işdən çıxma barədə isə Efiopiya vətəndaşı ilə bağlı olduğunu, həmkarlar ittifaqının rəyinin olduğunu, həmkarlar ittifaqının iclasının keçirilmə qaydasının onlara aidiyyət olmadığını, etik davranış qaydalarının daxili əmrlə təsdiqləndiyi üçün reyestrdə qeydə alınmadığını bildirib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid X16 ifadəsində iddiaçı ilə tələb yoldaşları olduğunu, 2011-ci ildə işə daxil olduqlarını, özünün Bakı şəhərində iddiaçının Şəkidə işlədiyini, 2016-cı ildə işdən çıxandan sonra dostu ilə şirkət açdığını, xarici vətəndaşalara xidmət göstərdiklərini, Efiopiya vətəndaşına xidmət göstərmədiklərini, özlərinə lazım olan məlumatı DMX-ni saytına daxil olaraq əldə edə bildiklərini, bunu üçün iddiaçıya ehtiyacın olmadığını, ümumiyyətlə məlumat almaq üçün iddiaçıya zəng etmədiyini bildirmişdir.

İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2013-cü il tarixli 74 nömrəli əmrinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 28-ci, 57.3-cü, 70-ci maddələrini və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.12.-2-ci bəndini rəhbər tutularaq sınaq müddəti başa çatmış və attestasiyadan müvəffəqiyyətlə keçmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Şəki ragional miqrasiya idarəsi, immiqrasiya nəzarəti bölməsinin inspektoru İddiaçı xx xxxxxx 2013-cü il tarixdən daimi qulluğa qəbul olunaraq göstərilən vəzifəyə təyin edilmiş və ona İİİ dərəcəli miqrasiya xidməti qulluqçusu xüsusi rütbəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 211 nömrəli əmrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasnın Dövlət Miqrasiya Xidmətinin Şəki X14, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci (miqrasiya orqanlarından xaric etmə) və 111.11-ci (miqrasiya orqanlarından xaric edilmə) maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 4-cü hissələri və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq təşkilat-nəzarət baş idarəsinin rəisi, miqrasiya xidməti müşaviri A.X.Xudiyevin xx.xx.2019-cu il tarixli 1080 nömrəli raportu əsasında xx xxxxx 2019-cu il tarixdən miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşı X2 müraciəti ilə bağlı Anar Xudiyevin xx.xx.2019-cu il tarixli 1080 nömrəli raportdan çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, əldə edilmiş çıxarışa əsasən X23 VMMS üzrə məlumatlarına Şəki X14nin Sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu X12 baxış keçirilmələri aşkar edilmiş və izahatları alınmışdır. Şəki X14nin inspektoru Anar Qaffarov isə izahatında həmin idarənin Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı xahişi ilə sonuncunun məqsədindən xəbəri olmadan əcnəbinin məlumatlarına baxdığını və nəticəsini ona bildirdiyini qeyd etmişdir. Şəki X14nin inspektoru İddiaçı xx.xx.2019-cu il tarixdə verdiyi izahatında qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əcnəbinin ölkə ərazisində qanunsuz yaşayıb-yaşamadığını araşdırmaq məqsədilə iş yoldaşı inspektor Anar Qaffarovdan şəxs barədə Olduğu yer üzrə qeydiyyat sisteminə baxmağı xahiş etdiyini və əməkdaşın da ona əcnəbinin OYQ müddətinin bitməsi barədə məlumat verdiyini, həmin məlumatları heç kimə ötürmədiyini və yalnız əcnəbilərə nəzarət üçün istifadə etdiyini bildirmiş və tamamilə yalan izahat verərək qeyri-səmimilik göstərmiş, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın tələblərini bilərəkdən kobud şəkildə pozmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə Təşkilat-nəzarət baş idarəsinə müraciət edərək əvvəlki izahatını tamamilə təkzib etmiş və DMX-nın keçmiş əməkdaşı və qrup yoldaşı olmuş Süleyman Əsgərovun sifarişi ilə X23 məlumatlarını VMMS- dən əldə etdiyini və ona ötürdüyünü etiraf etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, inspektor İddiaçı Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı Süleyman Əsgərovun sifarişi ilə inspektor Anar Qaffarovdan X10 Respublikasının vətəndaşı X23 VMMS üzrə məlumatlarına baxış keçirməsini xahiş etmiş və əldə edilmiş məlumatları Süleyman Əsgərova təqdim etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 2018-ci ilin iyun ayında da Süleyman Əsgərovun sifarişi ilə X23 OYQ məlumatlarına baxış keçirmiş və öz qeyd kitabında 5 əcnəbinin adının arasında onun da pasport məlumatlarını yazmışdır. İddiaçı öz təşəbbüsü ilə DMX-nin VMMS sisteminin imkanlarından şəxsi məqsədlər üçün istifadə etməklə və VMMS məlumatlarının kənar şəxslər arasında yayılmasına şərait yaratmaqla, eyni zamanda, VMMS sistemindən istifadə qaydalarını pozmaqla əcnəbi barəsində məlumatın fərdi məlumatın konfidensial növünə aid olduğuna görə “Fərdi məlumatlar” haqqında qanunun 5.2 və 13.1-ci maddələrini, Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2015-ci il tarixli, 58 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası miqrasiya orqanlarında Qulluq keçən işçilərin etik davranış Qaydaları” haqqında əmrin 6.28-ci (İşçilər qeyri-qanuni məlumat əldə olunmasının qarşısını almaq məqsədilə istifadəsində olan, xidmət üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumalı, öz şəxsi maraqları naminə, habelə vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir) bəndinin tələblərini, eyni zamanda, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 30.1, 30.3, 30.8, 30.11-ci bəndlərini pozmuşdur. Qeyd olunanlarla bağlı Şəki RMİ-nin miqrasiya bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci maddəsi ilə miqrasiya orqanlarından xaric edilməsi təşkilat-nəzarət baş idarəsinin rəisi miqrasiya xidməti müşaviri Anar Xudiyev tərəfindən təklif edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli ilkin izahatının təsdiqlənmiş surətindən müəyyən olunur ki, o, 2018-ci ilin dekabr ayında müxtəlif vaxtlarda (2 dəfə) tələbə yoldaşı, hazırda Rusiya Federasiyası vətəndaşı olan Natiq adlı yaxın bir dostu, İran İslam Respublikası vətəndaşının müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətinin cavabına baxmağını ondan xahiş etmişdir. Yaxın dostu və tələbə yoldaşı olan birinin ondan müraciətin cavabını soruşmasını normal hesab etdiyi üçün soruşulan şəxs barəsində VMMS-də baxdıqdan sonra sənədin nəticəsi barədə ona məlumat vermişdir. İzahatında İddiaçı İİR vətəndaşı olan X46 tanımadığını, bu şəxsin müraciətinin nəticəsinə baxmasını ondan dostu Natiq xahiş etdiyini qeyd etmişdir. Həmçinin İddiaçı izahatında ona verilən “Siz Z.Vüqarı və Ə.Süleymanı tanıyırsınızmı və onlarla nə kimi əlaqəniz var?” sualını “Z.Vüqar bölmə rəisim olub və işdən çıxdıqdan sonra əlaqəm olmayıb. Ə.Süleyman tələbə yoldaşım olub, daha çox xidmətdə işlədiyi müddətdə əlaqəm olub, hazırda elə yaxın əlaqəm yoxdur, bu iki şəxslə xidmətdə işlədiyim dövrdə işdən kənar heç zaman görüşməmişəm” deyə cavablandırıb. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli izahatın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xidməti ərazidə olarkən əcnəbi X39 ilə bağlı iş yoldaşı Anar Qaffarova zəng edərək özünün dəftərinə baxmağı xahiş etmişdir. Anar Qaffarov dəftərə baxaraq İddiaçı bildirmişdir ki, qeyd olunan şəxsin OYQ bitib. Lakin MYİ (iş icazəsi) üçün müraciət edib. Bu zaman ünvanı soruşduqda Anar Qaffarov ona bildirmişdir ki, region ərazisi deyil. Eyni zamanda iddiaçı izahatında bildirir ki, ümumiyyətlə əcnəbinin məlumatlarına baxmağı ona heç kim tapşırmayıb. O, gündəlik, həftəlik və bəzən də aylıq yüzlərlə əcnəbinin (qanunsuz yaşama ehtimalı olan) məlumatlarına baxıb ərazi işlərində istifadə edirdi. Həmçinin iddiaçı izahatında ona verilən “Siz keçmiş əməkdaş Süleyman Əsgərovu haradan tanıyırsınız?” sualına cavab olaraq bildirmişdir ki, S.Əsgərov onun tələbə yoldaşıdır və sonuncu dəfə onunla 2018-ci ilin yanvar ayında öz toyunda görüşüblər. İzahatında iddiaçı Pərvin Karakani adlı şəxsi tanımadığını və onun adını ilk dəfə eşitdiyini bildirmişdir. İş materiallarında olan iddiaçının xx.xx.2019-cu il tarixli izahatının təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-13:00 radələrində xidməti ərazidə olan zaman tələbə yoldaşı Süleyman Əsgərov ona zəng edərək Efiopiya vətəndaşı X15 OYQ olması, VMMS sənədinin vəziyyəti, cəriməsi barədə suallar vermiş, o da öz növbəsində xidməti ərazidə olduğu üçün iş yoldaşı Anar Qaffarova zəng edib məlumatları soruşmuş və sonra həmin məlumatları Süleyman Əsgərova zəng edərək demişdir. İzahatında iddiaçı bildirmişdir ki, S.Əsgərovla münasibətləri bir orqanda işlədikləri üçün yaxın olub. Daha sonra S.Əsgərov işdən ayrıldıqdan sonra iddiaçıdan 2 nəfər İran İslam Respublikası vətəndaşları haqqında maraqlanıb. Bir neçə dəfə də zəng edib ondan bəzi sənədlərə baxmağı xahiş etmişdir. İddiaçı da uzun müddət tanışlıq münasibətlərini nəzərə alıb köməklik göstərmişdir. İddiaçı izahatında hazırda S.Əsgərovun konkret nə işlə məşğul olduğunu, işlərinin təfərrüatı barədə bilmədiyini qeyd etmiş və bildirmişdir ki, S.Əsgərovla aralarında heç bir təmənna olmamış və təklif də etməyib. İş materiallarında olan VMMS sistemindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X28 barəsində məlumatlara xx.xx.2018-ci il tarixdə “elchin.e” və xx.xx.2019-cu il tarixdə “anar.qaf” adlı istifadəçi adları tərəfindən baxılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X7 izahatının təsdiq edilmiş surətindən müəyyən olunur ki, o, 2014-cü il noyabr ayının 17-dən Bakı şəhər RMİ-də işləyir və İAMAS-la bağlı suallar olduqda yoxlanışını həyata keçirir. 15 gündən gec müraciət etmiş şəxslərin məhdudiyyət siyahısına göndərilməsi siyahısını hazırlayır. Qeydiyyat şöbəsinin baş inspektoru olaraq əsas fəaliyyəti əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatını aparmaqdır. E.Eyvazov izahatında bildirmişdir ki, Efiopiya vətəndaşı X24 müraciəti və müraciətin nəticəsi ilə bağlı tərəfindən hər hansı yoxlama aparılmamışdır. Həmin şəxsi tanımadığını və müraciətinin yoxlanılması ilə bağlı heç kim tərəfindən hər hansı tapşırıq verilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X13 izahatının təsdiq edilmiş surətindən müəyyən olunur ki, o, 2011-ci il tarixdən Yevlax X14ndə işə başlamış, 2014-cü il tarixdən Şəki X14ndə işləyir. xx.xx.2019-cu il tarixdə Efiopiya vətəndaşı X24 müraciəti VMMS-də onun tərəfindən yoxlanılıb. A.Qaffarov izahatında bildirir ki, həmin müraciət onun tərəfindən qəbul edilməmiş və Efiopiya vətəndaşı X30 tanımır. Sistemdə qeyd olunan şəxsi yoxlamasına səbəb iş yoldaşı idarənin miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin əməkdaşı Abdulmənəfov Tahirin xahiş etməsi olmuşdur. İddiaçı ondan qeyd olunan şəxs barədə qərarın verilib-verilmədiyini soruşub. İzahatda A.Qaffarov qeyd edir ki, İddiaçı xahişi ilə əvvəllər də onun özü idarədə olmayanda əcnəbinin müraciəti barədə məlumatlara baxıb. Eyni zamanda A.X31 İdarəsi tərəfindən qəbul edilməyən müraciətlərə sistemdə baxılmasının yolverilməzliyi barəsində bilmədiyini qeyd etmişdir. A.Qaffarov izahatında bildirmişdir ki, Süleyman Əsgərovun Dövlət Miqrasiya Xidmətində işlədiyini bilib ancaq onunla şəxsi tanışlığı və əlaqəsi olmayıb. İş materiallarında olan iddiaçının xidməti xasiyyətnaməsinin təsdiq edilmiş surətindən: İddiaçı Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2011-ci il tarixli əmri ilə işə qəbul edilmişdir. O, işlədiyi müddət ərzində özünü bacarıqlı və işgüzar bir işçi kimi tanıtmışdır. Buna baxmayaraq İddiaçı xidməti fəaliyyəti zamanı bir sıra nöqsanlara yol vermişdir. Belə ki, öz təşəbbüsü ilə xidmətin VMMS sisteminin imkanlarından şəxsi məqsədləri üçün istifadə etmiş və VMMS məlumatlarının kənar şəxslər arasında yayılmasına şərait yaratmışdır. Bununla da VMMS sistemindən istifadə qaydalarını kobud şəkildə pozmuşdur. Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 66 nömrəli əmri ilə VMMS sistemi üzrə aidiyyatı olmayan şəxslərə baxış keçirdiyi və həmin məlumatları şəxsi məqsədlər üçün istifadə etdiyi üçün ona “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi verilmişdir. İnspektor İddiaçı tutulan nöqsanları aradan qaldırmağa cəhd göstərsə də buna nail ola bilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı miqrasiya məlumat sistemindən istifadəsinin məhdudlaşdırılması məqsədəuyğundur. İş materiallarında olan Şəki X14 işçilərinin vəzifə bölgüləri haqqında məlumatlandırma cədvəlinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, vəzifəsi və xüsusi rütbəsi miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu olan İddiaçı xidməti ərazidə qanunsuz yaşayan və işləyən miqrantların aşkarlanması və yoxlama tədbirlərinin keçirilməsində iştirak etmək, miqrasiya qanunvericiliyinin pozulması barədə qərarların tərtib olunması, əcnəbilərin olduğu yer üzrə qeydiyyata dair müraciətlərinin VMMS-ə daxil edilməsini təmin etmək, regional ərazidə vətəndaşlara miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbirlərin keçirilməsi, olduğu yer üzrə qeydiyyata düşən əcnəbilərin göstərilən ünvanda yaşayıb-yaşamamasına nəzarət, vətəndaşların müraciətlərinin qəbulu (ərizələr, MYİ, DYİ, MOM, iş icazəsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyən olunması ilə bağlı müraciətlər, vətəndaşlığa qəbul, vətəndaşlığa bərpa, vətəndaşlığa xitam), daxil olan sənədləri icra etmək və inzibati binada növbətçiliyin aparılması, səyyar xidmətlərdə iştirak etmək kimi vəzifə səlahiyyətləri verilmişdir. İş materiallarında olan İran İslam Respublikası vətəndaşı X17 barəsində aparılmış araşdırma ilə bağlı arayışdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, D.Zare və M.Seyedisanının MYİ ilə bağlı müraciətlərinin icrada olduğu müddət ərzində Şəki RMİ-nin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı tərəfindən 9 dəfə (14,17, xx.xx.2018-ci il tarixlərdə) baxış keçirilmiş, İddiaçı Natiq adlı dostunun xahişi ilə bu müraciətlərə baxdığını və nəzarətdə saxladığını etiraf etmişdir. Həmçinin aparılan araşdırmanın yekunu olaraq VMMS məlumatlarından şəxsi məqsədləri üçün istifadə etdiyinə görə Şəki şəhəri RMİ-nin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.4-cü bəndinə əsasən “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin verilməsi və bu kimi halların gələcəkdə baş verəcəyi təqdirdə daha ciddi inzitam tənbehinə cəlb olunacağı barədə ona xəbərdarlıq edilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2019-cü il tarixli 66 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.4-cü maddəsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq VMMS üzrə aidiyyəti olmayan şəxslərə baxış keçirdiyi və məlumatlardan şəxsi məqsədləri üçün istifadə etdiyi üçün Şəki ragional miqrasiya idarəsi, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı xx.xx.2019cu il tarixdən “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi verilmişdir. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən imzasının həqiqiliyi təsdiq edilmiş X16 tərəfindən məhkəməyə göndərilən xx.xx.2020-ci il tarixli ərizədə qeyd olunur: “Mən, X16 “X41 and Consulting" MMC bölmə rəhbəriyəm. Şirkətin görüdüyü işlərdən biri də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrinin alınmasına hüquqi xidməti göstərilir. Xidmətlər qanuni şəkildə müqavilə bağlanaraq ödəniş əsasında həyata keçirilir. İddiaçı ilə tanışlığımız ali məktəbdən başlayıb. 4 il bir yerdə oxumuşuq. Daha sonra Dövlət Miqrasiya Xidmətində ayrı ayrı idarələrdə işləmişik. 2016-cı ildən öz ərizəmlə işdən ayrılmışam. Sözü gedən məhkəmə prosesi haqqında onu deyə bilərəm ki, mən İddiaçı işdən çıxma xəbərini eşidəndə çox qəribə oldum, çünki Dövlət Miqrasiya Xidməti məni Talehlə sadəcə tələbə yoldaşı olmağımı əsas götürürək işdən azad edib. Qeyd olunan məsələdə yəni Efiopiya vətəndaşına şirkətimiz hüquqi xidmət göstərməyib. Bununla bağlı Dövlət Miqrasiya Xidməti hər hansı bir fakt təqdim etməyib və belə bir fakt mövcud ola da bilməz. Talehin mənə verdiyi məlumata əsasən ondan 2-ci dəfə hədə qorxu ilə izahat alınaraq mənim də işdə iştirak etdiyimi yazdırmışdılar. Şəxsin özünün daha sonra mənlə telefon əlaqəsi zamanı Təşkilat nəzarət Baş İdarəsinin rəisinin mənim şirkətimin harda yerləşməsi, əcnəbiləri necə qəbul edilməsi, əcnəbiləri hardan tapılması, əcnəbilərdən xidməti haqqı olaraq nə qədər məbləğ alınması, şirkət olaraq digər işlərlə məşğul olmağımız və s məsələləri maraqlanaraq öz vəzifə səlahiyyətlərini aşaraq Talehə bu mövzuda suallar vermiş və izahat yazmağını tələb etmişlər. Mənim Dövlət Miqrasiya Xidməti ilə hansı problemim ola bilər ki? Baş İdarə rəisi hansı səbəbdən Talehə bu sualları verməlidir?. Qeyd etmək istəyirəm ki, Taleh mənim fəaliyyətim barədə məlumatı olmayıb, heç vaxt ofisimizdə olmayıb və onunla ümumiyyətlə ildə bir və ya iki dəfə bayramlarda əlaqə saxlamışam. Dövlət Miqrasiya Xidmətinin mənim barəmdə olan fikirləri tamamilə əsassızdır və arxası dayağı olmayan əməkdaşdan hədə qorxu ilə alınan izahatla mənə qarşı əsassız iddialar irəli sürürlər. Bu iddia barədə Dövlət Miqrasiya Xidmətinin hər hansı bir sübutu yoxdur. Sadəcə işini itirmək qorxusu olan bir əməkdaşdan hədə qorxu ilə alınan izahat var. Xidmət göstərdiyim əcnəbilərin icazələrinə DMX-nin rəsmi saytından baxmaq mümkündur. Həmin saytın elektron xidmətlər bölməsindən şəxsin pasport məlumatlarını daxil etməklə sənədin icrası barədə son vəziyyəti öyrənmək olur. Belə olan halda mənim Taleh və ya digər əməkdaşlardan hər hansı bir məlumatı soruşmağım absurd məsələdir.”

Əsaslandırma hissəsi:

Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından uğursuzdur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – əmrin ləğv edilməsinə dair tələb mümkündür. Cavabdeh orqanın mübahisə predmeti olan əmrinə qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın mümkünlüyü sual doğurmamalıdır. Çünki, sözügedən əmrlərlə iddiaçı müvafiq olaraq tənbeh və xidmətdən xaric edildiyindən söhbət, şübhəsiz, İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktlardan gedir. İddiaçı bu aktların İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Bununla yanaşı iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni əmrin ləğv edilməsinə yönəlmişdir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddəti ötürülməmişdir və iddia mümkün iddiadır. İddia mahiyyət etibarilə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən X34la müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu X34da həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 76-cı maddənin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-cı maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz; intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz; intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır; intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 16.5-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin; 1-ci bəndinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 4-cü bəndinə əsasən miqrasiya orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Əsasnamə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 5-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinə şamil edilir. 6-cı bəndinə əsasən Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. 30-cu bəndinə əsasən Miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər X34ına riayət etməli; 30.2. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi X34ı həyata keçirməli; 30.3. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 30.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 30.6. lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 30.9. qulluq etdiyi miqrasiya orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 30.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi-həkim komissiyasında müayinə keçməli; 30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir. 32-ci bəndinə əsasən Miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 32.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 32.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 32.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 32.4. işlədiyi miqrasiya orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə; 32.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 32.6. dini təbliğ etmək üçün öz statusundan istifadə etməyə və miqrasiya orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 95-ci bəndinə əsasən Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 95.8. miqrasiya orqanlarından xaric etmə; 96-cı bəndinə əsasən Miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 99-cu bəndinə əsasən Bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. 101-ci bəndinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən həyata keçirilir. 102-ci bəndinə əsasən Miqrasiya orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq miqrasiya orqanının rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 103-ci bəndinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, miqrasiya orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda miqrasiya orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. 104-ci bəndinə əsasən miqrasiya orqanlarının işçisinə intizam tənbehi bu Əsasnamənin 95-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Miqrasiya orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 105-ci bəndinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. 110-cu bəndinə əsasən Miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. 111.11-ci bəndinə əsasən miqrasiya orqanlarından xaric edildikdə miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir. “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın; 1.1-ci bəndinə əsasən Miqrasiya orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra - Qaydalar) miqrasiya orqanlarında çalışan işçilər (bundan sonra - işçi) üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə uyğun olaraq hazırlanmışdır. 3.13-ci bəndinə əsasən işçi xidmət etdiyi miqrasiya orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. 3.14-ci bəndinə əsasən işçi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz. 3.15-ci bəndinə əsasən işçi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun; 17.1-ci maddəsinə əsasən dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. 17.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. 17.3-cü maddəsinə əsasən Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz. 23.1-ci maddəsinə əsasən Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 23.2-ci maddəsinə əsasən Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. 23.3-cü maddəsinə əsasən Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1-ci maddəsinə əsasən bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatlar 3-cü şəxslərə bilavasitə və dolayı yolla ötürülmüş, bu onun özünün verdiyi yazılı izahatlarla təsdiq olunmuşdur. Onun hazırki iş üzrə şahid kimi ifadə verən S.Əsgərova məlumat verməməsi barədə dəlilini məhkəmə inandırıcı hesab etmir. Belə ki, o və S.Əsgərov tələbə yoldaşı olmış, aralarında dostluq münasibətləri olmuşdur. S.Əsgərovun iddiaçının xeyrinə ifadə verməsi, həmçinin bunun üçün məhkəməyə gəlməsi də məhkəmədə onların arasında yaxın yoldaşlıq və ya dostluq münasibətlərinin olması qənaətinə gəlməyə əsas verir. İddiaçının tələbində eyni əmələ görə iki dəfə tənbehə məruz qalması barədə dəlilini də məhkəmə əsassız hesab edir. İşin hallarından da müəyyən olunmuşdur ki, onun mübahisələndirdiyi 66 saylı əmr İran vətəndaşlarına dair məlumtların Natiq adlı şəxsə ötürülməsi ilə bağlı verilmişdir. Onun miqrasiya orqanlarından xaric olunması barədə əmri isə digər əsasla, yəni Efiopiya vətəndaşına dair məlumatların verilməsi ilə bağlı olmuşdur. Məhkəmə ümumiyyətlə qeyd etmək istəyir ki, iddiaçı ilkin iddia ərizəsində və sonrakı dəqiqləşmələrdə, həmçinin yazılı çıxışında spesifik olaraq ötürülməsi iddia olunan məlumatların məxfi olmadığını, həmin məlumatların cavabdeh inzibati orqanın saytından əldə olunmasının mümkünlüyünü bildirməkdə israr etmişdir. Yəni dolayı yolla da olsa, iddiaçı özü də həmin məlumatları ötürdüyünü etiraf etmiş, lakin həmin məlumatların onun verməsindən asılı olmadan da əldə edilməsinin mümkünlüyünü israr etməklə barəsində verilən əmrlərin qanunsuz olması barədə məhkəməni inandırmağa çalışmışdır. Eyni məsələni şahid ərizəsində də görmək olar ki, bu da qeyd olunan şəxslərin əvvəlcədən hazırlanmış formada ifadə və izahat verilməsinə hesablandığını düşünməyə əsas verir. İddiaçının həmkarlar komitəsi tərəfindən onun barəsində rəy verilməməsi barədə dəlilini də məhkəmə əsassız hesa edir. Belə ki, iş materiallarına əlavə olunmuş rəydən də görünür ki, onun barəsində toplanmış araşdırma materialı həmkarlar komitəsinə təqdim olunmuş, onun barəsində müvafiq rəy verilmişdir. İddiaçının Əmək Məcəlləsinin normalarına istinad etməklə barəsində qəbul olunmuş əmrlərin qanunsuzluğuna istinad etməsini də məhkəmə əsassız sayır. Belə ki, yuxarıda qeyd olunan normalardan da göründüyü ki, iddiaçı və cavabdeh inzibati orqan arasında olan xidməti münasibətlər kifayət qədər sahəsi qanunvericilik aktları, əsasnamələrlə tənzimlənmişdir ki, bu zaman əmək qanunvericiliyinin iddiaçı tərəfindən istinad olunan maddələrinə əsaslanmaqla əmrlərin qanunsuz olmasını iddia etməsi əsassızdır. İddiaçının hazırki iddiasının əsasında duran faktiki məqam qeyd olunan izahatları təzyiq altında verməsi barədə dəlilidir ki, bu dəlili məhkəmə ümumiyyətlə əsassız və absurd hesab edir. İddiaçı ali təhsilli olmaqla öz hüquqları kifayət qədər bilən, özü barəsində sərbəst qərar vermək iradəsinə malik yetkin şəxsdir. Onun hər hansı bir təzyiqlə üzləşərək özünün ziyanına izahat verməsi ağlabatan deyil. Həmçinin məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında sədrlik edənin “əgər işə bərpa olunsanız, yenə də vətəndaş tərəfindən verilən suala cavab verərsiniz?” sualına iddiaçı “xeyr, çünki artıq bu halları yaşamaq istəmərəm” formasında cavab vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh 211 nömrəli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli, 66 saylı əmrlərin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, xx.xx.2019-cu il tarixli əmri və “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin verilməsi barədə xx.xx.2019cu il tarixli, 66 saylı əmri qanunauyğun olduğundan iddia tələbi əmrlərin ləğvi hissəsində əsassızdır və rədd edilməlidir. İddia tələbinin digər, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissələri birinci hissənin (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissələri də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli 66 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar