Məhkəmə qərarları › İş №2-1(116)-57/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-57/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-57/2021 18.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “Balakən rayonunda vaxtilə fəaliyyət göstərən Azərbaycan kolxozunun X11 Komissiyasının 1998-ci ilin yanvar ayında keçirilən iclasının qərarı ilə əmlakın pay haqqının verilməsi barədə tərtib edilən 10 nömrəli aktı əsasında X2 əmlak payı kimi verilmiş onun həyətyanı torpaq sahəsinə bitişik olan 92 ədəd fındıq ağacının yerləşdiyi bağın və bu bağın X4, X1 ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi verilmiş hissələrinin sahəsi və sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayonunda vaxtilə fəaliyyət göstərən Azərbaycan kolxozunun X11 Komissiyasının 1998-ci ilin yanvar ayında keçirilən iclasının qərarı ilə əmlakın pay haqqının verilməsi barədə tərtib edilən 10 nömrəli aktı əsasında X2 əmlak payı kimi verilmiş onun həyətyanı torpaq sahəsinə bitişik olan 92 ədəd fındıq ağacının yerləşdiyi bağın və bu bağın X4, X1 ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi verilmiş hissələrinin sahəsi və sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iş üzrə iddiaçılar Balakən rayonunun Meşəşambul kəndində xx xxxxxx 1949-cu il tarixdə anadan olmuş İddiaçı1 və 20 oktyabr 1956-cı il tarixdə anadan olmuş İddiaçı2 bacı və qardaşdırlar. Onların yaxın qohumu və qonşusu olan iş üzrə üçüncü şəxs X5 isə onların ailə üzvü hesab edilir. İş üzrə iddiaçılar, 1926-cı il təvəllüdlü ataları X4 və 1925-ci il təvəllüdlü anaları X6 bir ailə olaraq Balakən rayonunun Şambul kəndində ataları X2 məxsus olan evdə yaşamışlar. İddiaçıların anası X6 07 dekabr 2003-cü il tarixdə, atası X4 isə 27 aprel 2010cu il tarixdə rəhmətə getmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Balakən rayonunun Şambul kəndində aparılan aqrat islahat zamanı X4, X6 və İddiaçı2 birgə mülkiyyətinə 0,25 hektar həyətyanı və buna bitişik ərazidəki fındıq bağından verilən 1,2 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsindən ibarət olan, cəmi 1,45 hektar torpaq verilmişdir. İddiaçılar isə bildirirlər ki, ailənin qanuni istifadəsində daha çox torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində fındıq bağı salan iddiaçıların atası X4 bu bağın məhsulunu uzun müddət götürmüş, kolxoz dövründə isə müəyyənləşdirilən normanı vermişdir. İddiaçılar hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçılara ünvanladığı 20.09.2019-cu il tarixli, **********18 nömrəli məktubunda qeyd etmişdir ki, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsinə dair iddia tələbinə cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.9-cu bəndinə əsasən, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifəsinə aid edilmişdir. 17 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə iddia tələbində qeyd olunan məsələ həllini tapdığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri götürəcəklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Qanuni nümayəndə xahişi nəzərə alınaraq iş üzrə məhkəmə iclası qeyd olunan ərizə təqdim edilənədək təxirə salınmışdır. Məhkəmənin dəftərxanasına 18.08.2021-ci il tarixdə daxil olan ərizədə İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən ərizədən görünür ki, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə iddia tələbindən imtina etməməklə iddia tələbinə baxılmasını arzu etmirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “Balakən rayonunda vaxtilə fəaliyyət göstərən Azərbaycan kolxozunun X11 Komissiyasının 1998-ci ilin yanvar ayında keçirilən iclasının qərarı ilə əmlakın pay haqqının verilməsi barədə tərtib edilən 10 nömrəli aktı əsasında X2 əmlak payı kimi verilmiş onun həyətyanı torpaq sahəsinə bitişik olan 92 ədəd fındıq ağacının yerləşdiyi bağın və bu bağın X4, X1 ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi verilmiş hissələrinin sahəsi və sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar