Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-57/2023 06.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz və əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsi” barədə iddia tələbinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “qanunsuz və əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsinə barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Vergilər İdarəsi göstərilməklə, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10317/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur və inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada hesabatlarını təqdim etmiş, lakin 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona qanunsuz və əsassız olaraq 20975.15 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı həmin məbləği düzgün hesab etməyərək vergi borcunun əsassız olaraq şişirdilməsini bildirmiş və mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2020- ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış”, digər fəaliyyət növlərinin isə “İxtisaslaşdırılmamamış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” və “Saxlama və anbarlara yığma” fəaliyyət növləri olduğu, xx.xx.2020-ci il tarixdə “Anbar” adlı təsərrüfat subyektinin vergi orqanında uçota qoyulduğu, xx.xx.2020ci il tarixdə həmin təsərrüfat subyektində nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu, xx.xx.2020-ci il tarixdə isə həmin təsərrüfat subyektinin bağlandığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü üçün xx.xx.2020-ci il tarixdə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin (rüb ərzində təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilatın həcminin) 127.509,34 manat, həmin dövriyyədən ödənilməli sadələşdirilmiş vergi məbləğinin isə 1.275,09 manat olduğunu bəyan etmişdir. Bəyannamə kameral qaydada yoxlanan zaman vergi ödəyicisinin 2020-ci ilin 3-cü rübü ərzində təqdim etdiyi elektron-qaimə fakturaların dəyərinin 112.907,17 manat olduğu və bu məbləğin vergi ödəyicisinin rüb üzrə ümumi dövriyyəsinin 30%-dən çox olduğu müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinə sadələşdirilmiş verginin ödəyicisi olma hüququnun olmaması və gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu barədə xx.xx.2020-ci il tarixli **********850200 nömrəli məktub göndərilmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci ilin gəlir vergisi üzrə vergiyə cəlb edilən dövriyyəsinin olmaması barədə bəyannamə təqdim edilmişdir. Həmin bəyannamənin kameral yoxlanması zamanı vergi ödəyicisinin gömrük idxal bəyannaməsinə əsasən idxal etdiyi malların gömrük dəyərinin 344.720,90 manat, idxal rüsumu 7986,59 manat, digər rüsum və vergilər 2860 manat, idxalda ödənilmiş əlavə dəyər vergisi 63.872,56 manat olmaqla cəmi xərclərinin 419.440,05 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin gəlirlərini isə tam müəyyən etmək mümkün olmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən elektron-qaimə əsasında təqdim edimiş malların dəyərinin 112.907,17 manat, onlayn kassa aparatı əsasında təqdim edilmiş malların dəyərinin isə 285.177,36 manat olmaqla cəmi gəlirlərinin 398084,53 manat olduğu müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinin gəlirlərini tam müəyyən etmək mümkün olmadığı üçün 2020-ci il üzrə gəlir vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1,6-cı, 67.14-cü və 83.9- cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) fəaliyyəti ilə əlaqədar xərcləri əsasında aşağıdakı qaydada hesablanır: M1 =X1 : 100 xR burada: M1 —vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə vergi ödəyicisinin 2020-ci il üzrə vergiyə cəlb edilən gəliri 419.440,05:100*20%= 83.888,01 manat müəyyən edilmiş və həmin gəlirdən 20% dərəcə tətbiq edilməklə 83.888,01*20%=16.777,60 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********424300 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddiası əsassız və vergi qanunvericiliyinin tələblərinə tam zidd olduğundan onun iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən vergi borcu xx.xx.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********424300 nömrəli qərar əsasında hesablanmışdır. Hazırkı məhkəmə icraatının getdiyi dövrdə xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********528700 nömrəli qərar qəbul edilərək **********424300, 20210723 nömrəli qərar ləğv edilmiş, yeni hesablanmış borc məbləği 377.50 manat məbləğində azaldılmışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, iddiaçı, vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********), əsas fəaliyyət növü isə ixtisaslaşdırılmış topdansatış qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********424300 nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı (əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği) 16777,60 manatdır. - xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********528700 nömrəli qərardan görünür ki, bu qərara əsasən **********424300, 20210723 nömrəli qərar ləğv edilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində məhkəmə hazırlıq iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iş üzrə iddiaçı tələbini “qanunsuz və əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsi” formasında ifadə etsə də iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı həmin borcun hesablanmış xx.xx.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********424300 nömrəli qərarın ləğvinə nail olmaqdır. Belə ki, sözügedən borc məbləğinin silinməsi ilə bağlı hüquqi nəticəyə nail olunması üçün həmin borc məbləğinin hesablanmasına əsas olmuş inzibati akt ləğv edilməlidir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Cavabdeh orqan sözügedən qərarın elektron qaydada iddiaçıya göndərilməsini bildirərək iddia tələbinin mümkün sayılmamsı barədə vəsatət təqdim etmişdir. Lakin, məhkəmə cavabdeh orqanın həmin vəsatətini əsassız hesab edərək təmin etməmişdir. Belə ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İşin təkzibolunmaz faktıdır ki, mübahisələndirilən qərar iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Çünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia üzrə iddia müddəti ötürülməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-462/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Cavabdeh orqanın təqdim etdiyi xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərardan görünür ki, 16,777.60 manat vergi borcunun hesablanmasının əks olunduğu ilkin qərar ləğv edilərək yeni qərar qəbul edilmiş və həmin qərarla iddiaçının ödəməli olduğu vergi borcu 16400,10 manat müəyyən edilmişdir. Bununla da hazırkı iddia tələbi üzrə mübahisələndirilən vergi borcunun hesablanmasına əsas olmuş xx.xx.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********424300 nömrəli qərar cavabdehin özü tərəfindən ləğv edildiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunmuşdur. Cavabdeh orqan tərəfindən yeni qəbul edilən xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarda iddiaçıya hesablanmış vergi borcuna münasibətdə isə məhkəmə izah edir ki, iddiaçı, sözügedən qərarı rəsmi qaydada aldıqdan sonra İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirə bilər. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz və əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-57/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-57/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver