Məhkəmə qərarları › İş №2-1(116)-571/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-571/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-571/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1973-1976-cı illərdə Göyçay tibb məktəbində təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə Göyçay şəhərində anadan olmuşdur. İddiaçı 1973-1976-cı illərdə Göyçay tibb məktəbində təhsil almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işləmişdir. İddiaçı təhsil aldığı və işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi üçün Cavabdehnə müraciət etmiş lakin, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı xx.xx.2014-cü il tarixdə hüququ yarandığı üçün yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün DSMF-nin Göyçay rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayon X3 bağçasında tibb bacısı işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı halhazırda iş stajı aşağıdakı kimidir: 1984.03.19—2006.01.01 = 21 il 9 ay 12 gün (Göyçay MRX) İddia təmin olunarsa iş stajı aşağıdakı kimi olacaq: 1973.xx.xx-1976.03.26 = 2 il 6 ay 25 gün (təhsil illəri) 1978.xx.xx-1984.03.19 =5 il 8 ay 13 gün (Konyak Zavodunun u/b) 1984.xx.xx-2006.01.01 = 21 il 9 ay 12 gün (Göyçay MRX) Ümumi staj: 30 il 0 ay 20 gün İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illərin təhsil aldığı illərin və xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi müddətin məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun əmək pensiyasında artım olacaqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin surəti, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu, Göyçay rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 408 nömrəli arxiv arayışı, Э seriyalı 019964 nömrəli diplomun təsdiqlənmiş surəti, ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli yoxlama aktı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və xx.xx.2020-ci il tarixli təleqram göndərərək məhkəmə iclasında iştirakı olmadan baxılmasına etirazı etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkəti qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. İddia tələbi 2 hissədən ibarət olmaqla iddianın birinci hissəsi “1973-1976-cı illərdə Göyçay tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi”ndən, iddianın ikinci hissəsi “xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” dan ibarətdir. İddia tələbinin birinci (1973-1976-cı illərdə Göyçay tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi) hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Э seriyalı 019964 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976-ci il tarixədək Göyçay tibb məktəbində təhsil almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı 1973-1976-ci illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. İddia tələbinin ikinci (xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması) hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Göyçay rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 408 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Göyçay rayonu konyak zavodunda işləməsi ilə bağlı xx.xx.1978-ci il tarixdə əmr verilmişdir. İddia tələbinin ikinci (xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması) hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının işləməsi Göyçay rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 408 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1976-ci il tarixədək Göyçay tibb məktəbində təhsil aldığı təhsil aldığı və Göyçay rayonu konyak zavodunda xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Göyçay tibb məktəbində təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Göyçay rayonu konyak zavodunda işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə rədd edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar