Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-577/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, X6 ayrılmış 0,12 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkiməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, “İsmayıllı Rayon XDS-nin Rəyasət Heyyətinin iclasının 26 avqust 1995-cİ il tarixli çıxarışı əsasında Qalacıq inzibati ərazi bölgüsü üzrə vətəndaşlara həyətyani torpaq sahəsi ayrılması barədə Rayon XDS rəyasət heyyəti qərar qəbul etmiş və həmin qərarla mərhum həyat yoldaşı X6 0.12 ha torpaq sahəsi ayrılmışdır. Noratiat kontorunun şəhadətnaməsi əsasında mərhum həyat yoldaşının vərəsəsi hesab olunmuşdur. Miras əmlakın qəbul edilməsi ilə bağlı çıxarış ala bilmir, səbəb yerləşmə sxeminin olmaması ilə əlaqədardır. Bələdiyyəyə müraciət etmiş və Daşınmaz Əmlak tərəfindən 1:1000 və 1:2000 miqyas xəritəsi çəkilsə də İcra hakimiyyəti sxemi təstiq etmir. Şifahi olaraq məhkəməyə müraciət etməyi bildirilmiş, xx.xx.2024-cü il tarixdə ünvanladığı məktuba rəsmi cavab verilmir. Bu əsasla məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Pozulmuş hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edir və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edir. Müvafiq orqanlar tərəfindən təqdim olunan sənədlərin surətini iddia ərizəsinə əlavə edir. İddia ərizəsinə əlavə olunan çıxarışdan göründüyü kimi X6 Qalacıq kəndinin ətrafından torpaq sahəsi həyətyani sahə kimi mülkiyyətinə verilmişdir. 1:5000 miqyas xəritəsinin surətindən göründüyü kimi X4 torpaq sahəsinin yerləşmə sxemi qeyd olunmuşdur. X10 Filiyalının 02 oktyabr 2015-ci il tarixli arxiv çıxarışından göründüyü kimi X6 0.12 ha torpaq sahəsi ayrılmışdır. Qanun üzrə vərəsəlik şəhadətnaməsindən göründüyü kimi İddiaçı mərhum X4 qanun üzrə birinci növbəli vərəsəsidir. Cavabdeh etirazında bildirmişdir ki, “İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu XDS-nin Rəyasət Heyətinin iclasının 26 avqust 1995ci il tarixli qərarı əsasında məhrum əri X6 ayrılan 0,12 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin ismayıllı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddianın xx.xx.2024-cü il tarixli məktubuna RİH tərəfindən rəsmi cavab verilməməsi hissəsi ilə bağlı bildiririk ki, ərizəçi müraciətində yaşayış ünvanını düz qeyd etmədiyindən ona cavablanan 1.03.2024-cü il tarixli 5-54/2-İ-8-091/2024 saylı məktub geri qaytarılmışdır. Cavab məktubunda tərəfimizdən vətəndaşa Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İddia ərizəsinin “1:5000 miqyas xəritəsində mərhum X4 Qalacıq kəndi ərazisində yerləşən və istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxeminin olması və RİH tərəfindən təsdiq edilməməsi” hissəsi ilə əlaqədar bildiririk ki, Qalacıq kənd İƏD üzrə nümayəndəliyin və Qalacıq Bələdiyyəsinin arayışlarında onların mərhum X4 adına İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin hazırlanmasında heç bir iştirakları olmadığı, nümayəndəlik tərəfindən belə bir sənədin verilmədiyi, Qalacıq İƏD üzrə nümayəndəlikdə həmin torpaq sahəsi barədə heç bir məlumatın olmadığı, sxem üzrə göstərilmiş həyətyanı torpaq sahəsi ərazinin faktiki hallarına uyğun olmadığı qeyd edilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş “1:5000 miqyas yerləşmə sxemi” sxemdə adları qeyd olunan İsmayıllı RİH-nin Qalacıq kənd İƏD üzrə nümayəndəliyi və Qalacıq Bələdiyyəsi tərəfindən təsdiq edilmədiyindən hüquqi əsaslara malik deyildir. xx.xx.1998-ci il tarixdən qüvvəyə minmiş “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerqurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerqurluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsləri tərəfindən aparılır. İddiaçıya da həm rəsmi, həm də şifahi olaraq aidiyyəti üzrə həmin quruma müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, iddia tələbi cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə münasibətdə iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir: Dövlət Arxivinin xx.xx.2012-cı il tarixli 672 nömrəli arxiv çıxarışının surəti. AZ-İ 595233 seriya nömrəli Ölüm haqqında Şəhafətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. 14.02.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti. İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli məktubu. Qalacıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2024-cü il tarixli 5- 54-19/2-22-2024 nömrəli arayışı. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2024-cü il tarixli məktubu. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İsmayıllı rayon XDS Rəyasət Heyyətinin fəaliyyət dövrünün cənədləri İsmayıllı rayon Arxiv fonduna təhvil verilməyib. İsmayıllı rayon Qalacıq kənd İnzibati Ərazi bölgüsü i üzrə 1991-2000-ci illəri əhatə edən Təsərrüfatbaşına kitablarda və Qalacıq kənd "Qalacıq” (Engels ) kolxozunun 1974 - 1997-ci illəri əhatə edən Qaytanlanmış torpaq kitabında X1 adı aşkar edilmədi. Ona görə də sizə İsmayıllı rayon XDS Rəyasət Heyyətinin 28. 08. 1995-ci il tarixli 06 saylı iclas protokolunun, 1991-2000-ci illərin Təsərrüfatbaşına kitabından və "Qalacıq” kolxozunun Qaytanlanmış torpaq kitabında X4 adı qeyd olunan vərəqlərdən təstiq olunmuş surətlərini göndərə bilmirik. Qeyd: İsmayıllı rayon XDS Rəyasət Heyyətinin fəaliyyət dövrünün cənədləri X15 filialında saxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ... dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (xx.xx.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4-1. Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. Maddə 16.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Maddə 65.
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”
2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır .
4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.
5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.
6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Əsaslandırma hissə: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia 27 fevral 2001-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən düzgün cavabdehə qaldırılmış, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İsmayıllı Rayon XDS-nin Rəyasət Heyyətinin iclasının 26 avqust 1995-cİ il tarixli çıxarışı əsasında Qalacıq inzibati ərazi bölgüsü üzrə vətəndaşlara həyətyani torpaq sahəsi ayrılması barədə Rayon XDS rəyasət heyyəti qərar qəbul etmiş və həmin qərarla mərhum həyat yoldaşı X6 0.12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq ayırılan zaman onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməmişdir. Hazırda iddiaçının hüquqi marağı miras əmlakın qəbulu ilə əlaqədar sözügedən torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən ibarətdir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı hesab etmir. İddiaçının istinad etdiyi İsmayıllı Rayon XDS-nin 26 avqust 1995-cİ il tarixli qərarına əsasən Qalacıq kəndinin ətrafından 0,12 ha torpaq sahəsi həyətyanı sahə kimi X6 mülkiyyətə verilməsi qərara alınmışdır. Belə ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan 0,65 hektar torpaq sahəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X5 (TEKUİS) əsasən İsmayıllı rayonu Qalacıq kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası örüş (otlaq) olmaqla, Qalacıq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan 0,65 hektar torpaq sahəsinin kənarları metal torla bərkidilmişdir və faktiki olaraq başqa şəxs və ya şəxslər tərəfindən istifadə olunur. X9, X11, və X7 ayrılmış torpaq sahələrinin hansı ərazidən ayrılması barədə məlumat mövcud deyildir. Qərarda qeyd edilmiş koordinatlarda göstərilmiş 0,12 hektar torpaq sahəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X5 (TEKUİS) əsasən İsmayıllı rayonu Qalacıq kənd İnzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası örüş (otlaq) olmaqla, Qalacıq bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Qərarda qeyd edilmiş koordinatlarda göstərilən 0,12 hektar torpaq sahəsi İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddia olunan 0,65 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X9, X11, və X7 torpaq sahələrinin hansı ərazidən ayrılması barədə məlumat mövcud deyildir və iddiaçının nümayəndəsi tərəfindən göstərilən sərhəd daxilində olan torpaq sahəsi başqa şəxs və ya şəxslərin istifadəsindədir. Qərarda qeyd edilmiş koordinatlarda göstərilən 0,12 hektar torpaq sahəsinin üzərində tikili mövcud deyildir.”. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi yerquruluşu (DWG) xəritəsində və X2 X3 (TEKUİS) İsmayıllı rayonu Qalacıq kənd İnzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası örüş (otlaq) olmaqla, Qalacıq Bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Yəni iddia olunan torpaq Bələdiyyə mülkiyyətində olan örüş (otlaq) sahəsidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Normanın məzmunundan belə müəyyən edilir ki, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının faktiki göstərdiyi sahənin sərhədlərinin yerdə (naturada) və xəritədə müəyyən edilməsi üçün qanuni əsas yoxdur. Odur ki, iddia təmin edilə bilməz. Qərara aldı:
İddia təmin təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.