Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-579/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə müəyyən etdi: İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 22.01.2021-ci il tarixli **********143940 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, eyni iddiaçının cavabdehə qarşı eyni tələb üzrə iddia ərizəsi artıq məhkəmənin icraatındadır. Eyni iddia ərizəsi iddiaçının nümayəndəsi X1 tərəfindən 05.02.2021-ci il tarixdə saat 16:46-da elektron qaydada imzalanmaqla Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmiş, daha sonra isə hazırkı iddia ərizəsi həmin nümayəndə tərəfindən 08.02.2021-ci il tarixdə Məhkəmənin rəsmi poçt ünvanına göndərilmişdir. Hər iki iş kargüzarlıq xidməti tərəfindən qeydə alınaraq, iş nömrəsi müəyyən edilməklə elektron sistem üzərindən hakim təyin olunmuşdur. 08.02.2021-ci il tarixdə Məhkəmənin rəsmi poçt ünvanına göndərilmiş iddia ərizəsi 2-1(116)-579/2021, 05.02.2021-ci il tarixdə elektron qaydada təqdim olunmuş iddia ərizəsi isə e-2-1(116)-600/2021 nömrəsi ilə qeydə alınmışdır. İş nömrələrinin ardıcıllığının qeyd olunan şəkildə müəyyən edilməsinə səbəb müvafiq kargüzarlıq xidməti tərəfindən sənədlərin sistemə yerləşdirilmə ardıcıllığı və nömrənin elektron sistem üzərindən avtomatlaşdırılmış şəkildə təyin edilməsi ilə, yəni texniki səbəblərlə bağlı olmuşdur. Odur ki, hazırda eyni tərəflər arasında eyni iddia tələbi üzrə e-2-1(116)-600/2021 nömrəli inzibati iş məhkəmənin icraatında olduğundan, məhkəmə hesab edir ki, 2-1(116)- 579/2021 nömrəli iş üzrə iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iddianın mümkün sayılmaması iddiaçının hüquqlarının pozulmasına və ya məhdudlaşdırılmasına səbəb olmamaqdadır. Belə ki, eyni tələb üzrə digər iddia ərizəsinin məhkəmə tərəfindən artıq icraata qəbul edilməsi iddiaçının məhkəmə müdafiəsindən istidadə etmək hüququnun təmin edilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin 22.01.2021-ci il tarixli **********143940 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(116)-579/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-579/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver