Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-579/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən İddiaçı 20.12.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə uyğun deyil. İddiaçıya iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edərək, cavabdeh inzibati orqanı və ona qarşı olan tələbini aydın qeyd etməklə iddia tələbini dəqiqləşdirməsi və cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədi əlavə etməsi təklif edilmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması və tələbin dəqiqləşdirilərək təqdim edilməsi üçün İddiaçı 10 gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 29.12.2021-ci il tarixində alınmasına baxmayaraq, bugünədək məktubda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Məhkəmə təqdim edilən hazırkı ərizədə isə cavabdehin hansı inzibati orqan olması, o cümlədən cavabdehin ünvanı və iddiaçının cavabdeh orqana qarşı olan konkret tələbi göstərilməmiş, anoloji tələblə cavabdeh inzibati orqana edilən müraciətin təmin edilməsindən cavabdehin imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlər ərizəyə əlavə edilməmişdir. Ərizənin məzmunundan iddiaçının konkret hansı inzibati orqana qarşı iddia qaldırması və tələbinin nədən ibarət olması başa düşülməsə də, ərizənin məzmunundan belə görünür ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X1 qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. İddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı ilk olaraq tələbinə cavab verməli inzibati orqanı müəyyənləşdirərək, hazırkı halda Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X1 ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etməli, müraciəti təmin edilmədiyi halda müvafiq imtina məktubunu, müraciəti cavabsız saxlanıldığı halda isə müvafiq poçt qəbzini İPM-in 27-ci və 46-cı maddələrinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən nöqsanlarla bağlı iddiaçıya ünvanlanmış yardım məktubunda ətraflı izah verilməsinə baxmayaraq, iddiaçı məktubda qeyd edilənlərlə bağlı münasibət bildirməmiş və iddia ərizəsinin tərtibi zamanı yol verdiyi nöqsanları aradan qaldırmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-579/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-579/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver