Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-580/2021 30.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmətdə olan zaman hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən aldığı xəsarətin "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmətdə olan zaman hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən aldığı xəsarətin "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsi" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4437/2020 nömrəli qərardadına əsasən, həmin inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli 201 nömrəli qərarına əsasən, iddiaçının xəstəliyinin "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" olması müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddiasında hərbi xidmətdə olan zaman hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən aldığı xəsarətin "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin xx.xx.2015-ci il tarixli 201 nömrəli qərarı qüvvədə olduğu halda, iddiaçının hazırkı iddiasının uğurluluq ehtimalı yoxdur. Bu səbəbdən də o, ilk növbədə cavabdehin xx.xx.2015-ci il tarixli 201 nömrəli qərarının ləğvinə və ya onu qane edəcək şəkildə dəyişdirilməsinə nail olmalıdır. Bunun üçün isə məhkəməyə həmin qərarın ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə iddia verməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Odur ki, iddiaçı iddianı dəyişdirərək yuxarıda göstərilən məzmunda iddia tələbi verəcəyi halda, 30 günlük iddia müddətinə riayət etdiyini də əsaslandırmalıdır. O, qeyd olunan xx.xx.2015-ci il tarixli 201 nömrəli qərarı iddia ərizəsinə əlavə etsə də, bu sənədi hansı tarixdə əldə etməyi barədə işdə məlumat yoxdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, göstərilən çatızmalıqların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı "hərbi xidmətdə olan zaman hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən aldığı xəsarətin "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-580/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-580/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver