Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-581/2024 14.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X14 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ rayon Zarağan kənd sakinləri X4, X8, X1 və X5 mülkiyyətinə verilmişdir və JN-007B kod 40608018 olan torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə” 6774a nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin X9 və X8 rəhmətə getdiyi üçün torpaq sahəsinin onlara məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2022-ci il tarixli 03 saylı qərarı ilə iddiaçı və digər şəxslərər verilən 0.63 ha torpaq sahəsinin hüquqların Daşınmaz əmlakın Dövlət Resyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-893/2023 nömrəli qərardadı ilə ilə Qəbələ rayonu Zarağan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixli ərizə ilə iddia tələbinin dəqiqləşdirilməsini xahiş etmişdir.Qeyd olunan ərizə mahiyyət etibarı ilə ilkin iddia tələbini təkrarladığından iddianın dəqiqləşdirilməsinə zəzruət olmamışdır.Hazırkı qərara əsasən iddiaçıların nail olmaq istədiyi hüquqi nəticə nəzərə alınmışdır. İşin qısa məzmunu ondan ibarətdir ki, Qəbələ Rayonu Aqrar İslahat Komissiyasının 03 saylı, 26 aprel 2002-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.63 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar ünvan 1 sakinləri X4 və X6, X10 və X7 mülkiyyətinə verilmişdir və JN-007B kod 40608018 olan “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” 6774а nömrəsi ilə qeydiyyata alınmışdır. X4 və X8 vəfat etdikdən sonra İddiaçı1 və X11 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinin 9 saylı Ərazi İdarəsinə 10 avqust 2022-ci il tarixdə müraciət edərək X4 və digər şəxsə məxsus torpaq sahəsinin “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” yə əsasən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olur ki, Aparılan araşdırma zamanı məlum olur ki, iddiaçı və ailə üzvlərinə Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə 0.63 ha və 0.05 ha həyətyanı torpaq sahəsinə dair 2 iki ədəd JN-007B saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" tərtib edilmişdir. Eyni zamanda onuda qeyd etmək istəyirik ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı əsasında verilmiş JN-007B nömrəli Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında 0.05 ha kimi öz əksini tapmışdır, lakin qalan torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Faktiki torpaq sahəsinin forma və ölçüləri sənəd üzrə torpaq sahəsinin ölçülərdən tamamilə fərqlidir. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. AZ-İİ seriyalı 112281 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.
2. AZ-İİ seriyalı 065776 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. JN-007B seriyalı kod 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci tarixli 03 saylı qərarı ilə X4 və ailə üzvlərinə 0.63 ha torpaq sahəsi verilmişdir.
4. JN-007B seriyalı kod 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 26 saylı qərarı ilə X4 və ailə üzvlərinə 0.05 ha torpaq sahəsi verilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş ünvan 1i üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X4 və ailə üzvlərinin adı qeyd edilmişdir.
6. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci tarixli 03 saylı qərarının surəti.
7. Arxiv İdarəsi Respublika X23 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş ünvan 1inin 1996-2005-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, X2 adı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-415/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X3 adına tərtib edilmiş JN-007B KOD 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,63 hektar torpaq sahəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat olmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil. İddiaçıların istifadəsində olan faktiki naturada ölçülmüş 0,90 hektar torpaq sahəsi, ünvan 1i ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Zarağan kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanı olan, Zarağan bələdiyyəsinin mülkiyyətindədir. X15 X16 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, Zarağan bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. JN-007B KOD 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində qeyd edilmiş 0,63 hektar torpaq sahəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat olmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməni müəyyən etmək mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsində məlumat bazasında JN-007B KOD 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 0,05 hektar torpaq sahəsi qeyd edilmişdir və faktiki naturada ölçülmüş 0,90 hektar torpaq sahəsi ilə üst-üstə düşür. JN-007B KOD 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində qeyd edilmiş 0,63 hektar torpaq sahəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsində məlumat olmadığına görə başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməni təyin etmək mümkün deyildir. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. iddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud deyil.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı JN-007B kod 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən verilmiş 0,63 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, istinad olunan Şəhadətnamə”yə əsasən 0,63 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Cavabdehin imtina əsası JN-007B kod 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən verilmiş 0,05 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı olmuşdur.Lakin,eyni nömrəli Şəhadətnamənin arxiv nüsxəsi təqdim olunmuşdur. Müəyyən edilir ki,birinci Şəhadətnamə Qəbələ RAİK-in xx.xx.1997-ci il tarixli qərarı əsasında verilmiş,ikinci Şəhadətnamə isə Qəbələ RAİK-in xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmişdir.Sonuncu qərarın arxiv nüsxəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmişdir.Həmin qərarda “ilkin bölgüdə qüsurlar olduğu və vətəndaşların istifadəsində olan torpaqların ölçülərində səhvə yol verildiyi” qeyd edilmiş,həmin qərarla yeni siyahı təsdiq edilmişdir.Nəticə etibarı ilə hər iki Şəhadətnamə mötəbərliyi istisna olunmur,həmçinin ikinci sənədlə birincidə mülkiyyətə verilmiş 0,05 ha da daxil olmaqla 0,63 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 0.63 ha torpaq sahəsi üzərində X9, X8, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ RAİK-in xx.xx.2002-ci il tarixli qərarı ilə JN-007B kod 40608018 olan Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayon Zarağan kəndində yerləşən 0.63 ha torpaq sahəsi üzərində X4, X8, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə