Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-582/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “Azərbaycan Respublikasının (SSR) Nazirlər Sovetinin Yaninda X6 və Təminatı Baş İdarəsinin X11 rəisi vəzifəsində işlədiyi xx.xx.1976 – xx.xx.1981-ci illər nəzərə alınaraq yaşa görə əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının 5 il 7 ay dövlət qulluqçusu olduğu (xx.xx.1976-xx.xx.1981) müddətin nəzərə alınmadan ödənildiyinə görə ona kömək edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikasının (SSR) Nazirlər Sovetinin Yaninda X6 və Təminatı Baş İdarəsinin X11 rəisi vəzifəsində işlədiyi xx.xx.1976 – xx.xx.1981-ci illər nəzərə alaraq yaşa görə əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Azərbaycan Respublikasının (SSR) Nazirlər Sovetinin Yaninda X7 və Təminati Baş İdarəsinin X11 rəisi vəzifəsində işlədiyi xx.xx.1976 – xx.xx.1981-ci illər nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməsini cavabdeh orqandan tələb etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə X19 filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, müvafiq dövrün dövlət qulluğu stajına aid edilməsini xahiş etmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında İddiaçı müraciətində göstərdiyi xx.xx.1976- xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Buna görə də sözügedən fəaliyyət müddətinin İddiaçı dövlət qulluğu stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520.00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 104.00 manat olmaqla orta aylıq əmək haqqı 624,00 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 3 ay 10 gün qulluq stajına (xx.xx.1962xx.xx.1973-cü il və xx.xx.1982- xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər) uyğun olaraq orta aylıq əmək haqqının (624.00 manat) 65 faizi-405,60 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ii 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 12 il 3 ay 10 gün qulluq stajına görə İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40.83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 114,00 manat olmaqla orta aylıq əmək haqqı 684.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (624,00 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (684,00 manat) arasındakı fərq məbləğinin (60,00 manat) 40,33 faizi-24,50 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (405.60 manat) üzərinə əlavə olunmaqla İddiaçı əmək pensiyası məbləği 430,10 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 171.00 manat olmaqla orta aylıq əmək haqqı 1026,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (684,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqı (1026,00 manat) arasındakı fərq məbləğinin (342.00 manat) 40,83 faizi-139.64 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (430,10 manat) üzərinə əlavə olunmaqla İddiaçı əmək pensiyasının məbləği 569,74 manat müəyyən edilmişdir. İş materiallarına əsasən, İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası X14 PHŞ/3-2-2022-2199 nömrəli arayışına əsasən Azərbaycan SSR Nazirlər Soveti yanında X8 Baş İdarəsi təsərrüfat hesablı idarə olduğu üçün dövlət orqanı hesab edilmir. Məhz bu səbəblərə görə də İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SOCAR-ın xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Arxivində saxlanılan sənədlərə əsasən təsdiq edilir ki, İddiaçı həqiqətən xx.xx.1973-cü il tarixindən etibarən Azərbaycan Respublikası X8 üzrə Baş İdarəsinin Neft Məhsularının Qəbulu və Göndərilməsi Bazasına rəis müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.1976-cı il tarixində X8 üzrə Baş idarəsinin Yanacaqdoldurma şöbəsinin rəisi vəzifəsinə (əmr № 43 xx.xx.1976-cı il) qəbul edilmişdir. xx.xx.1982-ci il tarixində X8 Komitəsinin fond və X8 şöbəsinin aparıcı iqtisadçı vəzifəsinə qəbul edilmişdir (əmr № 35/k xx.xx.1983-cü il ). xx.xx.1984-cü il tarixində X13 və Göndərilməsi Bazasına aparıcı iqtisadçı vəzifəsinə qəbul edilmişdir (əmr №51-k. xx.xx.1984-cü il). X13 və Göndərilməsi bazasının xx.xx.2002-ci il tarixli 21-k nömrəli əmrinə əsasən İddiaçı həmin bazanın mühəndisi vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - SOCAR-ın xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildə Azərbaycan Neft Baş Təchizat İdarəsinin Bakı Yük - X4 Texniki şöbəsinə aparıcı iqtisadçı vəzifəsinə işə qəbul edilib. (Əmr № 51-k, xx.xx.1984) Azərbaycan SSR X18 Komitəsinin 23/3-1 nömrəli 01.03.89-cu il tarixli əmri ilə Bakı X2 xx.xx.1989-cu ildə dəyişdirilərək X6 və X5 adlandırılmışdır. xx.xx.1989-cu ildə X13 və göndərilməsi şöbəsinə rəis vəzifəsinə keçirilib. (Əmr № 03-k, xx.xx.1989) xx.xx.1991-ci ildə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə keçirilib (Əmr № 60-k, xx.xx.1991) «Azərnefttəchizat» Birliyinin xx.xx.1997-ci il tarixli 16-k nömrəli əmri ilə X6 və X5 xx.xx.1997-ci ildən ləğv edilib və X12 Qəbulu və Göndərilməsi Bazası yaranmışdır. xx.xx.1997-ci ildə X13 və göndərilməsi şöbəsinə iqtisadçı vəzifəsinə keçirilib (Əmr № 38-k, xx.xx.1997) xx.xx.1999-cu ildə həmin şöbədə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. (Əmr № 96 A-K, xx.xx.1999) xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilib (Əmr № 21-k, xx.xx.2002) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin strukturunun təşkili barədə» xx.xx.2003-cü il tarixli 31 saylı əmri ilə X12 Qəbulu və Göndərilməsi Bazası X13 və Göndərilməsi Bazası adlandırılmış, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin struktur tərkibinə daxil edilmişdir. - X14 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması SiyahısTnın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 1976-1981 -ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında X6 və Təminatı Baş İdarəsinin Yanacaqdoldurma şöbəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında müstəqil şöbənin rəisi vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparatında təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Əsasnaməyə əsasən, Azərbaycan SSR Nazirlər Soveti yanında X8 Baş İdarəsi təsərrüfat hesablı idarə olduğu üçün dövlət orqanı hesab edilmir və 1976-1981 -ci illərdə həmin idarədə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı pensiya işinə dair sənədlərdə ona 5 aprel 2002-ci il tarixindən pensiya təyin edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması SiyahısT’nda adıçəkilən şəxsin Mərkəzi Filiala xx.xx.2022-ci il tarixli müraciətində göstərdiyi xx.xx.1976-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan SSR-nin Nazirlər Soveti yanında X6 və Təminatı Baş İdarəsinin Yanacaqdoldurma şöbəsində işlədiyi vəzifə nəzərdə tutulmayıb. Buna görə də sözügedən fəaliyyət müddətinin İddiaçı dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. . Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası X14 cavabından müəyyən olunur ki, 1976-1981 -ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında X6 və Təminatı Baş İdarəsinin Yanacaqdoldurma şöbəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında müstəqil şöbənin rəisi vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparatında təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Əsasnaməyə əsasən, Azərbaycan SSR Nazirlər Soveti yanında X8 Baş İdarəsi təsərrüfat hesablı idarə olduğu üçün dövlət orqanı hesab edilmir və 1976-1981 -ci illərdə həmin idarədə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Qeyd olunan vəzifələr dövlət qulluğunda qulluq stajına daxil edilmədiyindən, həmin vəzifələrin bərabər olduğu dövlət qulluğu vəzifəsi də mövcud ola və iddiaçıya təyin edilmiş yaşa əmək pensiyası sözgedən illər nəzərə alınmaqla yenidən hesablana və ödənilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “Azərbaycan Respublikasının (SSR) Nazirlər Sovetinin Yaninda X10 və Təminatı Baş İdarəsinin X11 rəisi vəzifəsində işlədiyi xx.xx.1976 – xx.xx.1981-ci illər nəzərə alınaraq yaşa görə əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.