Məhkəmə qərarları › İş №2-1(116)-582/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-582/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-582/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X16, üçüncü şəxslər X24 və X13 iştirakı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “19 yanvar 2007-ci il Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin qismən ləğv edilməsi,mülkiyyət hüququnu təsdiq edən digər mülkiyyətçilərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 19 yanvar 2007-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “19 yanvar 2007-ci il Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin qismən ləğv edilməsi,mülkiyyət hüququnu təsdiq edən digər mülkiyyətçilərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 19 yanvar 2007-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2317/2024 nömrəli qərardadı ilə X24, X18 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsinin əsaslarına görə, X2 rayonu Mahamalar kəndi ünvanında qeydiyyatda olmaqla yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X14 və onun ailə üzvlərinə 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0098 KOD 40108018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. xx.xx.2007-ci il tarixdə X14 və onun ailə üzvləri JN 0098 KOD 40108018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0.66 ha torpaq sahəsini Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alqı-satqı müqaviləsi əsasında X1. X10 2007-ci ildən sonra faktiki istifadə etdiyi və alqı-satqı müqaviləsindən sonra ona təhvil verilmiş 0.66 ha torpaq sahəsində bağ salmışdır. 19 yanvar 2007-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət edərək Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə- 09 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarış əsasında Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, 2007-ci ildən aldığı və hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsinin reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin koordinatları başqa torpaq mülkiyyətçilərinin istifadəsində olan torpaq sahəsinin və yol ərazisinə düşür. İddiaçı bu cür uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə cavabdehə dəfələrlə şifahi müraciətlər etmiş, oradan ona bildirmişlər ki, sənədlə naturada istifadə vəziyyətində uyğunsuzluqlar aradan qaldırılması ilə bağlı yeni elektron xəritələr hazırlanıb istifadəyə verildikdən sonra çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün olacaqdır. Hazırda iddiaçının hüquqi marağı 19 yanvar 2007-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin qismən ləğv edilməsi, mülkiyyət hüququnu təsdiq edən digər mülkiyyətçilərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 19 yanvar 2007ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə nail olmaqdan ibarətdir. Buna görə də yuxarıda qeyd etdiklərimi nəzərə alaraq 19 yanvar 2007-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və plan ölçü sənədini ləğv edilməsi, faktiki istifadəmdə olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən digər mülkiyyətçilərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin ləğv edilməsi, 19 yanvar 2007-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsini faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət edilmişdir. Cavabdeh müraciətə baxmış və idarənin 15 aprel 2024-cü il tarixli 3-21-3-47/2-M-0011-8/2024 saylı məktubu ilə cavablandırılmışdır. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, iddiaçının ərizəsinə əsasən qeyd olunan məsələ ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21- 3-47/2-M-0011-8/2024 (**********08) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 4-cü bəndinin icrası ilə bağlı inzibati icraat materialların və ərazi idarəsində aşkar edilmiş iddiaçıya aid torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. JN-0098 'Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında mülkiyyət hüququ qeydə alınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərdən X11 iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.

3. MA ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.66 ha torpaq sahəsi X4 mülkiyyətindədir.

4. MA ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.38 ha torpaq sahəsi X15 mülkiyyətindədir.

5. AA 004251 seriya nömrəli torpaq sahəsinin planə və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 1ində yerləşən torpaq sahəsinin hüquqi X6r.

6. xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surəti.

7. 18.02.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surəti.

8. 3624003349 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.13 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətindədir.

9. N 0098 KOD 40108018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəlin qərarı ilə X7 0.66 ha torpaq sahəsi verilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir :

1. Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış, 4Ə-09 nömrəli 19 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi ilə üst-üstə düşən hissədə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinə verilmiş dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin ləğv edilməsi;

2. Ləğv edilən torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq həmin hissədə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X3 alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində naturada ölçüləri 0.6545 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi X3 adına hüquqları dövlət reysetrində qeydiyyata alınmış reyestr nömrəsi **********36 olan çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin mülkiyyəçisi və istifadəçisi X8r. Həmin ərazinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki göstərilən torpaq sahəsi X14 tərəfindən alqı-satqı müqaviləsinə əsasən verilmiş JN-0098 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə göstərilən torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşür. Əldə olunan və ya faktiki istifadə olunan 0.6545 ha torpaq sahəsinin 0.0039 ha hissəsi X19 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********65 olan çıxarışda qeyd edilən 0.10 ha torpaq sahəsinin hüdudları daxilinə, 0.0813 ha hissəsi X13 adına hüquqlan dövlət reysetrində qeydiyyata alınmış reyestr nömrəsi **********64 olan çıxarışda qeyd edilən 0.13 ha torpaq sahəsinin hüdudları daxilinə və 0.0969 ha hissəsi isə X9 adına hüquqları dövlət reysetrində qeydiyyata alınmış reyestr nömrəsi **********65 olan çıxarışda qeyd edilən 0.15 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçı iddia tələbinin hüquqi əsası kimi torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması olmasına istinad edir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara yekun vuraraq xüsusi ilə qeyd edir ki,iddiaçının alqı-satqı əsasında əldə etdiyi (Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin fərqliliyi (ölçü daxilində uyğunsuzluq və həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını uyğunlaşdırmaqla)) sözügedən normaların tələblərinə əsaslanır. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi mövcud deyildir. Eyni vəziyyət üçüncü şəxslərin qeydə alınmış hüququna münasibətdə də mövcuddur.TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını,o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki,iddiaçının alqısatqı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini deyil,qanunsuz faktiki istifadəsinə (zəbtinə) əsaslanan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının hüquqi əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Nəticə etibarı ilə iddiaçı ona ayrılmamış (alqı-satqı predmeti olmamış) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün üçüncü şəxslərin alqı-satqı qaydasında əldə etdiyi mülkiyyət hüququnu mübahisələndirir.Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxslərə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “19 yanvar 2007-ci il Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********36 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin qismən ləğv edilməsi,mülkiyyət hüququnu təsdiq edən digər mülkiyyətçilərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 19 yanvar 2007ci ildə Balakən rayonu Dövlət Notariat Kontorunda 4Ə-09 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar