Məhkəmə qərarları › İş №2-1(116)-583/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-583/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-583/2021 18.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “cavabdeh tərəfindən X3 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Şəki Rayon Məhkəməsinin 2(075)-373/2020 saylı, 21.05.2020-ci il tarixli qətnaməsinə əsasən X3 və cavabdeh İddiaçı ümumi-birgə mülkiyyətlərində olan Şəki şəhəri Ziya Bünyadov küçəsindəki 56 (keçmiş Miçurin küçəsi 56) nömrəli evdən iddiaçı X3 və cavabdeh İddiaçı hər birinin 1/2 payı müəyyən edilmişdir. DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X3 və İddiaçı ½ payları müəyyən edilərək çıxarış verilmişdir. Bundan başqa, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X3 tam payı müəyyən edilərək çıxarış verilmişdir. Hazırkı vəziyyətdə bir-biri ilə ziddiyyət təşkil edən iki çıxarış mövcuddur. Belə ki, Cumayeva (Ramazanova) Tamara Abdulkərim qızının evin bəxşiş edilmə müqaviləsinə əsasən sözügedən mülkiyyət bərabər şəkildə onlara bağışlanılmışdır. Bu azmış kimi X1 Rayon Məhkəməsinə müraciət edərək özünün mülkiyyətindən əlavə ona qarşı evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclası 12 fevral 2021-ci il tarixə, saat 14:40-a təyin edilmişdir. buna görə də DƏDRX tərəfindən verilmiş hər iki çıxarış ləğv edilməlidir. Göstərdiklərini nəzərə alaraq X3 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi iddia ərizəsinə mövqeyini aşağıdakı kimi bildirmişdir: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 08 avqust 1962-ci il tarixdə Cumayev Abdulkərim və Tamara Abdulkərim qızının adlarına 2957 inventar nömrəli texniki pasport verilmişdir. Nuxa ZDS-in 28 avqust 1962-ci tarixli, 7 saylı qərarı ilə X4 0.06 ha torpaq sahəsi ayrılmışdır. Şəki şəhər ZDS-in 09 iyul 1963-cü il tarixli, 17 saylı qərarı ilə inşa edilmiş fərdi yaşayış evi X2 adına istismara qəbul edilmişdir. 10 avqust 1963-cü il tarixdə X2 adına 8028/2507 saylı torpaq qeydi verilmişdir. Şəki DNK-nın 05 noyabr 1986cı il tarixli bəxşiş müqaviləsi ilə X7 fərdi yaşayış evini İddiaçı və X5 bağışlamışdır. 10 noyabr 1988-ci il tarixdə İddiaçı və X3 adlarına 8028/2907 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-373/2020 saylı qətnaməsi ilə 10 noyabr 1988-ci il tarixli, 8028/2907 saylı qeydiyyat vəsiqəsində ümumi birgə mülkiyyət paylar müəyyən olunaraq 1/2 hissə İddiaçı və 1/2 hissə X6 adlarına göstərilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X10 və X3 adlarına 10 sentyabr 2020-ci il tarixdə 2957 inventar nömrəli texniki pasport və 11 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 10 sentyabr 2020-ci il tarixdə 2957 inventar nömrəli texniki pasport verilərkən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11 -ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin irventarizasıya və qiymətləndirilməsinə aid pasport sözügedən torpaq sahəsinin qeydiyyatı üçün əsas olduğundan sənəd üzrə torpaq sahəsi Cumayev Abdulkərim və Tamara Abdulkərim qızının adlarına olan 08 avqust 1962-ci il tarixli, 2957 inventar nömrəli texniki pasporta uyğun "42 ha, faktiki torpaq sahəsi isə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzımlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən Şəki regional “Asan xidmət” mərkəzində təsdiqlənmiş 16 sentyabr 2020-ci il tarixli, 8İ-10374 saylı ərizə əsasında 0.045 ha göstərilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1979-cu ilin fevral ayında X8 verilmiş inventar nömrəsi 7065 olan texniki pasport əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət restrindən çıxarış və texniki pasport verilmişdir. Şəki şəhəri, Ziya Bünyadov küçəsi, 56 (yeni qaydalarla: Şəki şəhəri, Ziya Bünyadov i ev 84) Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 62 (yeni qaydalarla ünvan 3 ünvanlardır. Üçüncü şəxs X9 iddia tələbinə etirazını bildirərək ********** qeydiyyat nömrəli DƏDRdən çıxarışa əsasən ½ hissə payı müəyyən edilmiş Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 62 (Yeni qaydalarla AZ 5500, ünvan 6 fərdi yaşayış evi üzrə çıxarışın məhkəmə qətnaməsi əsasında verildiyini, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ziya Bünyadov küçəsi, ev 56 (Yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçının həmin çıxarışı mübahisələndirməyə subyektiv hüququnun olmamasını nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş etmişdir. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Şəki rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli 2(075)-373/2020 saylı qətnaməsi, ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarış, 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasport, ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarış. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Şəki rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli 2(075)-373/2020 saylı qətnaməsindən görünür ki, Texniki (inventarlaşdırma Bürosu tərəfindən verilmiş 10 noyabr 1986-cı ii tarixli 3028/2907 nömrəli qeydə alma vəsiqəsinə əsasən iddiaçı X3 və cavabdeh İddiaçı ümumi birgə mülkiyyətlərində olan Şəki şəhəri Ziya Bünyadov küçəsindəki 56 (keçmiş Miçurin küçəsi 56) nömrəli evdən iddiaçı X3 və cavabdeh İddiaçı hər birinin 1/2 payı müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2 (075)-373/2020 nömrəli qərardadına əsasən iddiaçı X3 iddia tələbinin ünvan 5 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə onun və cavabdeh İddiaçı bərabər payları müəyyənləşdirilməklə 1/2 hissə onun paylı mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 62 (Yeni qaydalarla AZ 5500, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı ½ hissə olmaqla X3 və İddiaçı paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 56 (Yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi X5 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 56 (Yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 tam xüsusi mülkiyyətindədir. Belə ki, iddiaçının ləğvini tələb etdiyi ünvan 7 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84), 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış üçüncü şəxs X5 1979-cu ilin fevral ayında verilmiş inventar nömrəsi 7065 olan texniki pasport əsasında verilmişdir. Mübahisə predmeti olan, ünvan 7 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84) fərdi yaşayış evi üzrə (04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə) iddiaçının hər hansı subyektiv yoxdur. İddiaçının həmin fərdi yaşayış evi üzrə çıxarışı mübahisələndirməsi üçün subyektiv hüququ ancaq o halda ola bilərdi ki, onun mübahisələndirdiyi fərdi yaşayış evindən istifadə etməsinə ixtiyar verən qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olsun. İş materiallarında isə görünür ki, ünvan 7 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84) fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur və X3 tam xüsusi mülkiyyətindədir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı tərəfindən mübahisələndirilən 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə (Şəki şəhəri, Z.Bünyadov küçəsi, ev 62, yeni qaydalarla ev 86) Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)-373/2020 nömrəli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Odur ki, müvafiq çıxarışla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və bu qətnamə proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qətnamə ilə müəyyən edilmiş hallara yenidən baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, ”İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.”Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa münasibətdə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilməklə 29.04.2021-ci il tarixdə məktub göndərilmiş, müvafiq yardım məktubunu iddiaçı 05.05.2021-ci il tarixdə imzalayaraq qəbul edilmiş və 16.05.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Şəki Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin ləğvinə dair” işə baxılıb qurtarılanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İPM-nin 7.2-ci maddəsinin məzmunundan göründüyü kimi icraat o zaman dayandırıla bilər ki, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı məhkəmə qərarı mülki işlər üzrə məsələnin həllindən asılı olsun. Hazırki iş üzrə mübahisənin predmeti inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığından iddiaçı tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin oluna bilməz. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “cavabdeh tərəfindən X3 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi mümkün sayılmır. İddiaçı Şəki Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin ləğvinə dair” işə baxılıb qurtarılanadək iş üzrə icraatın dayandırılmasına dair ərizəsi təmin edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar