Məhkəmə qərarları › İş №2-1(116)-583/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-583/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-583/2024 15.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə Dövlət torpaq fondunun “Məlikmudlu və sovxozyeri” adlanan ərazisindən ayrılmış 24 hektar ("xxxx" MMC ilə üst-üstə düşən hissə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə Dövlət torpaq fondunun “Məlikmudlu və sovxozyeri” adlanan ərazisindən ayrılmış 24 hektar ("xxxx" MMC ilə üst-üstə düşən hissə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi üzərində artıq "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, iddiada qeyd etdiyi 24 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün o, ilk öncə yekun nəticədə 3000 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsinə dair tərtib olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli **********39 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 65 nömrəli sərəncamını 24 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməli, həmin tələb üzrə iddia təmin olunarsa, qərar qanuni qüvvəyə mindikdən sonra torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsinə dair tərtib olunmuş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləni 24 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməli, iddia təmin olunduğu halda, müvafiq qərar qanuni qüvvəyə mindikdən sonra 3000 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin icarə hüququnun qeydiyyata alınmasına dair tərtib olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli **********39 reyestr nömrəli çıxarışın 24 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmalı, həmin iddia tələbi təmin olunduğu təqdirdə, qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Artıq mübahisəli 24 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından həmin 24 ha torpaq sahəsi üzərində İddiaçı adına yenidən qeydiyyatın aparılması yolverilməzdir. Məhkəmənin yardım məktubunda qeyd olunanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə alınmış, lakin ötən müddət ərzində yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4244/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi 24 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, aparılan araşdırma zamanı naturada göstərilən 24 ha torpaq sahəsinin "xxxx" MMC-nin **********39 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, dövlət mülkiyyətinə aid 3.000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Məktuba əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli **********39 reyestr nömrəli çıxarışdan müəyyən olunmuşdur ki, çıxarış Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab rayonunun ərazisində yerləşən 3.000 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli 65 nömrəli sərəncamı əsasında bağlanmış icarə müqaviləsi əsasında tərtib olunmuşdur. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən müəyyən edilmişdir ki, müqavilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 65 nömrəli sərəncamı ilə 3000 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" MMC-nin icarəsinə verilməsi ilə bağlı tərtib olunmuşdur. Məktuba həmçinin əlavə olunmuş Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 65 nörməli sərəncamından görünür ki, həmin sərəncamla "xxxx" MMC-yə Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət torpaq fonduna aid ərazidən aqropark yaradılmaqla pambıq, taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı üçün 3.000 hektar torpaq sahəsinin uzunmüddətli (49 il) icarəyə verilməsi qərara alınmışdır. Mübahisəli 24 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından həmin 24 ha torpaq sahəsi üzərində İddiaçı adına yenidən qeydiyyatın aparılması yolverilməz olduğundan İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin tələbləri izah olunmuş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunsa da, iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanmaqla dinlənilmə hüququ təmin edilsə də, məhkəmənin yardım məktubuna iddiaçı tərəfindən münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə Dövlət torpaq fondunun “Məlikmudlu və sovxozyeri” adlanan ərazisindən ayrılmış 24 hektar ("xxxx" MMC ilə üst-üstə düşən hissə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar