Məhkəmə qərarları › İş №2-1(116)-586/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-586/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-586/2020 18.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Hümmətova (Musayeva) Aygül Cəfər qızı ilə JN- 0139 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən X1 eyni şəxs olması faktının müəyyən edilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Hümmətova (Musayeva) Aygül Cəfər qızı ilə JN- 0139 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən X1 eyni şəxs olması faktının müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətinə aid edilən digər işlərə də baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Sadalanan normalardan göründüyü kimi, iddiaçının hazırkı iddiasına baxılması inzibati məhkəmənin deyil, ümumi məhkəmənin səlahiyyətinə aiddir. Şəki İnzibati Məhkəməsinin 24.02.2020-ci il tarixli məktubu ilə İddiaçı bu barədə ətraflı məlumat verilmiş, eyni məzmunlu ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət edə biləcəyi izah olunmuş və bununla bağlı fikirlərini 20 gün müddətində məhkəməyə bildirməsi təklif olunmuş, əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə 2 dəfə iddiaçıya göndərilmiş, lakin birinci dəfə "bu ünvanda yaşamır", ikinci dəfə isə "ünvan düzgün deyil" qeydi ilə geri qaytarılmışdır. Nəhayət, məktub 21.05.2020-ci ildə imza etdirilməklə iddiaçının atası X2 çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı məhkəmənin məktubuna cavab verməmişdir. Məhkəmə bunu da qeyd edir ki, işdən göründüyü kimi, iddiaçı hazırkı ərizəsi ilə eyni məzmunda olan ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin Məhkəmənin 26.11.2019-cu il tarixli 2(075)-2250/2019 nömrəli qərardadı ilə ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda izah edilmişdir ki, ərizəçi həmin ərizə ilə yaşadığı ünvan 1 ünvanı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsidə deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Hümmətova (Musayeva) Aygül Cəfər qızı ilə JN- 0139 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən X1 eyni şəxs olması faktının müəyyən edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar