Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-586/2024 28.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X20 iştirakı ilə İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı ünvan 1i ünvanında yerləşən 0.1887 ha torpaq sahəsi üzərində iddiaçının ½ hissə paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayonu Mahamalar kəndi ünvanında yerləşən 0.1887 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq çıxarışın və plan ölşü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-586/2024 saylı qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Balakən rayonu Mahamalar kəndi ünvanında yerləşən 0.1887 ha torpaq sahəsi üzərində iddiaçının ½ hissə paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı 2007-ci ilin iyul ayında X21 ilə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 13 mart 2013-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 44 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları olmamışdır. Evləndiyi vaxtdan hazıradək Balakən rayonu Mahamalar kəndində mərhum qaynanası X5 məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X9ma və X16 0.25 ha həyətyanı və 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahələri bir-birinə bitişik ərazidən verilmişdir. X4 təsərrüfatında yalnız mərhum əri X21 anası ilə birlikdə yaşamışdır. 2007-ci ilin iyul ayından sonra isə iddiaçı da həmin təsərrüfatda yaşamaqla, birgə təsərrüfat aparmaqla təsərrüfatı idarə etmişlər. X7 xx.xx.2009-cu ildə ölmüşdür. xx.xx.2021-ci ildə iddiaçının əri X21 ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı iddiaçı qəbul və idarə etməklə hal-hazırda orada yaşayır. xx.xx.2021-ci ildə ölmüş X11 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə X3 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X21 vasitəsi ilə irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə X27 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişlər. X7 xx.xx.2009-cu ildə ölmüşdür. Lakin vərəsələr arasında mübahisə olduğuna görə miras əmlaklar notariat orqanında bölüşdürülməmiş, buna görə də İddiaçı Balakən rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci ildə ölmüş X11 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X21 vasitəsi ilə irsi transmissiya üzrə İddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakların tam hissəsinə onu qəbul etmiş xx.xx.2021ci ildə ölmüş X11 vərəsəsi olan İddiaçı vərəsəlik hüququnun tanınması və miras əmlakların mirası qəbul etmiş vərəsə olan İddiaçı qızma tam hissədə irs verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-158/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə ölmüş X3 qalan mirasınBalakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8 və X12 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən,0.35 ha kənd təsərrüfatı təyinatlı və 0.25 ha həyətyanı torpaq sahələrinin X17ma aid hissəsinin (!6 hissə) vərəsə -xx.xx.2021-ci ildə ölmüş X11 vərəsəsi-İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul edilməsi və həmin miras əmlak üzərində irsi transmissiya qaydasında İddiaçı tam payı müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-158/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə X27 Xidmət Mərkəzində Notariat ofisindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən mərhum X17ma verilmiş seriya nömrəsi JN:1752N, KOD: 40108018 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1592 ha olan torpaq sahəsinin və 0.1887 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən tam hissədə irs verilməsinə dair 2V-787 və 2V-788 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəhadətnamələr əsasında ünvan 2i ünvanında yerləşən 0.1592 ha və 0,1887 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’ X25 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişəm. 0.1592 ha torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilmişdir. Lakin ünvan 2i ünvanında yerləşən 0,1887 ha torpaq sahəsi ilə bağlı isə hüquqların dövlət qeydiyyatından imtina edilmiş və idarənin 04 avqust 2023-cü il tarixli 3-21-3-47/2789/2023 saylı məktubu ilə cavablandırılmışdır. Həmin məktubda qeyd edilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0.1887 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənizə ‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********). Ərizənin icrası ilə bağlı aparılmış texniki inventariaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin faktiki ölçüləri TEKUİS və islahat xəritələrinə uyğun deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyal orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olu- olmamasını müəyyən edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ünvan 2i ünvanında yerləşən 0,1887 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması barədə ərizənizin icrası mümkün olmamışdır. Hazırda iddiaçının hüquqi marağı 0.1887 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə nail olmaqdır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin faktiki ölçüləri TEKUİS və islahat xəritələrinə uyğun deyil. Bu səbəbindən onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, JN- 1752 KOD 40108018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədinin 1752N planşet hissəsində göstərilən 0,1592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindəki iddiaçı X10 1/2 hissə və X12 1/2 hissə paylı mülkiyyət hüquqları 2V-787 reyestr nömrəli 'Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və digər sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN 1752 KOD 40108018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X13 və ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. AZ-İİ 200516 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
4. AZ-İİ 308373 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
5. “Elektron notariat” X1 Çıxarış.
6. Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli e-2(019)0-158/2023 nömrəli qətnaməsinin surəti.
7. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti.
8. Balakən rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı və məktubu.
9. 401013060697 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1592 ha torpaq sahəsi X14 və X12 adına qeydiyyata alınmışdır.
10. B seriyalı 177876 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, 0.1592 ha torpaq sahəsi X10 adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarın çıxarışın və yerli Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 06 saylı protokolun surəti.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-47/2-2123/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı Balakən rayonu Mahamalar kəndi ünvanında yerləşən 0.1887 ha torpaq sahəsi üzərində iddiaçının ½ hissədə paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsası qeyd olunan torpaq sahəsinin faktiki ölçüləri TEKUİS və islahat xəritələrinə uyğun deyil. Bu səbəbindən onun ərizəsinin icrası mümkün olmamışdır. İşin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.35 ha torpaq sahəsi X13 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-1752 nömrəli “Dövlət Aktı”nın DWJ məlumatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir və TEKUİS bazasında həmin JN-1752 nömrəli “Dövlət Aktı nın 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsinin yerləşmə vəziyyəti öz əksini tapmamışdır. TEKUİS məlumat bazasında işlənilmiş cizgilər və 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsinin cizgiləri tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. X14 həmin torpaq sahəsindən naturada istifadə etmir. X13 və X12 mülkiyyətinə işlənilmiş JN-1752 nömrəli ‘Dövlət Aktf’nın 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin koordinatları tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. TEKUİS bazasında həmin JN-1752 nömrəli “Dövlət Aktı”nın 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsinin yerləşmə vəziyyəti öz əksini tapmamışdır. Naturada həmin torpaq sahasi istifadə olunmur ancaq JN 1752 saylı “Dövlət Aktr'nın 1752 V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsi həmin kəndin kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Kompleks yerquruluşu layihəsində göstərilən 0.1887 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. İddia olunan torpaq sahəsinin TEKUİS-ə əsasən yerləşmə vəziyyəti barədə sxem tərtib edilməklə imtina məktubunda qeyd olunan uyğunsuzluğun nədən ibarət olması ilə bağlı bildiririk ki, X13 və X12 mülkiyyətinə işlənilmiş JN-1752 nömrəli “Dövlət Aktı”nın 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsi TEKUİS məlumat bazasında öz əksini tapmadığına və iddiaçının “Dövlət Aktı”nın 1752V cizgisində göstərilən 0.1887 ha torpaq sahəsinsən naturada istifadə etmədiyinə görə imtina olunmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-158/2023 saylı qətnaməsinə əsasən X6 qalan 0,35 ha torpaq sahəsinin irsi transmissiya üzrə tam pay üzrə vərəsəsidir. JN-1752 saylı Dövlət Aktına əsasən 0,35 ha torpaq sahəsi X13 və X12 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 1752N palnşetində 1592,73 kv.m və 1752V planşetində 1887,73 kv.m olmaqla iki planşetdə yerləşir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin 1752N palnşetinə əsasən verilmiş 1592,73 kv.m torpaq sahəsi üzərində iddiaçı X10 və X12 1/2 hissədə paylı mülkiyyət hüququ qeydə alınmış,xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə aşağıdakı normaları işin halların tətbiq edərək iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı məsələlər tapşırılmışdır: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Cavabdehin hazıkı iddia tələbinə imtinasını əsassız hesab edən məhkəmə qeyd edir ki,naturada faktiki olaraq mövcud olan torpaq sahəsinin TEKUİS-ə uyğunlaşdırmaqla iddiaçının və üçüncü şəxsDövlət Aktının 1752V planşetində göstərilən 1887,73 kv.m torpaq sahəsi üzərində 1/2 hissədə paylı mülkiyyət hüququnu qeydə almaq öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-1752 saylı Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş, Dövlət Aktının 1752V planşetində qeyd edilən 1887,73 kv.m torpaq sahəsi üzərində X10 ½ hissədə paylı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə