Məhkəmə qərarları › İş №2-1(116)-587/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-587/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-587/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkil X8, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı X4rşı “13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması və xx.xx.2019-cu il tarixli **********144923 nömrəli səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə İddiaçı (VÖEN **********) 45 241.17 manat dəyərində əlavə vəsait və maliyyə sanksiyası tətbiq olunaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar İddiaçı MMC-də keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********144923 nömrəli akta və xx.xx.2019-cu il tarixli **********1805500 nömrəli sənədə (sənədin məzmunu iddiaçıya məlum deyildir) əsasən qəbul edilmişdir. Bildirilir ki, bu Qərar vergi ödəyicisinin hüquqları və həmçinin qanunvericiliyin bir sıra tələbləri pozulmaqla qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkil X8 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi daxil olmuş və “13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 13 saylı X9 (bundan sonra mətndə-ƏVİ və ya vergi orqanı) icraatda olan İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti lüzumsuz olaraq uzadılmış və yoxlama bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin dayandırılması, uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildiririk ki, vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə vergi yoxlaması vergi orqanının əsaslandırılmış qərarına əsasən dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 45.1-ci maddəyə görə isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 26976,56 manat verginin və həmin məbləğə tətbiq edilmiş 13488,28 manat maliyyə sanksiyası məbləğinin əsassız olduğunu, düzgün müəyyən edilmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, yoxlamanın gedişatı ilə bağlı bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Qeyd olunanlarla bağlı bildiririk ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçothesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Məhz buna görə də Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması” Qaydası əsasında vergilər hesablanmışdır (876734,10/ 120*20=146122,35*20%= 29224,47 29224,47-2247,91=26976,56). Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur (malların anbar uçot sənədi, mal-materialın istehsala silinməsi sənədləri və s. sənədlər yoxlamaya təqdim olunmamışdır). Yoxlama ilə əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********172157 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2018-ci il tarixli, **********172901 nömrəli protokol tərtib edilmişdir. Lakin müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə protokol xx.xx.2018-ci il tarixli, **********219700 nömrəli məktubla rəsmi qaydada vergi ödəyicisinə göndərilmişdir. Həmçinin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla xx.xx.2019-cu il tarixdə müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmişdir. Eyni zamanda hesab edirik ki, iddiaçının xx.xx.2019-cu il tarixli, **********144923 nömrəli “Səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsi” barədə iddia tələbi qanunvericilik baxımından əsaslı olmadığından mümkün sayılmamalıdır. Çünki tərtib olunmuş səyyar vergi yoxlaması aktı “İnzibati icraat” haqqında qanunun 2.0.2-ci maddəsinin tələbləri baxımından inzibati akt deyildir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, yoxlama qanunsuz aparılmışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X1 Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********477800 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli Q2000299 nömrəli Qərarı ilə xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə İddiaçı direktoru X3 barəsində cinayət işinin başlanması bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara xx.xx.2019-cu il tarixli **********194355 nömrəli Qərar, cavabdehin fevral 2020-ci il tarixli **********615600 nömrəli etirazı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, X1 Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********477800 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli Q2000299 nömrəli Qərarın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********325800 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixində iddia ərizəsini poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddian mümkün olsa da, əsassızdır. İş materiallarında olan X1 Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********477800 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli Q2000299 nömrəli qərarınan görünür ki, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə İddiaçı direktoru X3 barəsində cinayət işinin başlanması bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən müəyyən olunur ki, iddiaçı MMC-nin direktoru xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş, buna baxmayaraq İddiaçı direktoru X6 məhkəmə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı X4rşı “13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar