Məhkəmə qərarları › İş №2-1(116)-589/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-589/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-589/2024 13.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X7, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-248F saylı şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 0,03 ha torpaq sahəsinə dair çıxarışın, qalan 673 kv.metr torpaq sahəsi üzərində isə tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı İsfəndiyaroçviç cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN248F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şahadətnamə”nin ləğv edilməsi və yaxud torpaq sahəsinin ölçüsünün 973,5 ha olaraq dəyişdirilməsi, o cümlədən iddiaçının, X10, X8, X6 və X4 X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 973,5 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “14 iyun 1991-ci il tarixli 1170 inventar nömrəli texniki pasportun sənəd üzrə qrafasını yox, faktiki istifadədə olan həyətyanı torpaq sahəsinin ölçüsünün göstərildiyi 973 kv.m sahə nəzərə alınmaqla iddia tələbinə hüquqi qiymət verilməsini və 300 kv.m torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi, qalan 673 kv.m torpaq sahəsi üzərində isə tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “JN-248F saylı şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 0,03 ha torpaq sahəsinə dair çıxarışın, qalan 673 kv.metr torpaq sahəsi üzərində isə tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - o, cavabdeh orqana müraciət edərək onun, həyat yoldaşı X9, övladları X8, X5, mərhum anası X4, mərhum atası X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 973,5 ha həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnu rəsmiləşdirmək məqsədi ilə həmin əmlaklar üzərində sonuncuların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıanaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la (və yaxud arayışla) rəsmiləşdirilməsi zərurəti yarandığını bildirmiş, lakin, ərizəyə əlavə edilmiş JN-248F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, onun mərhum valdeyinlərinin qanuni istifadəsində olan 973,5 ha torpaq sahəsinin yalnız 3 ha hissəsi üzərində sonuncuların mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. Buna görə də tərəflər arasında inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-248F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəlişlərin edilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən Ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-248F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədində düzəlişlərin edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-A-0040/02-8/2023 (**********39) nömrəli məktub göndərilmişdir. Sərəncamın icrası ilə bağlı icraat materialları və JN-248F nömrəli Şəhadətnamənin arxiv nüsxəsinin təsdiq edilmiş surətləri təqdim olunur. Həmin Şəhadənamənin verilməsinə əsas olmuş sənədlər ərazi idarəsində aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, 1170 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, JN-248F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, AZ 123129 və AZ-İİ 215120 nömrəli Ölüm haqqında şəhadətnamələr, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarı (1.Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 372 saylı məktubu nəzərə alınsın. 2. Zaqatala şəhərində 2479 ailənin qanuni istifadəsində olmuş 0,03-dən 0,25 ha norma daxilində cəmi 114 ha qanuni həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilsin. 3. Hüquqi sənədlərin hazırlanması Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. 4.Qərarın icrasına nəzarət Zaqatala RAİK-nın üzvü E.Ramazanova tapşırılsın), "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahılarından çıxarışlar, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh orqana qarşı iki tələb irəli sürülmüşdür: - JN-248F saylı Şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 0,03 ha torpaq sahəsinə çıxarışın verilməsi, - 673 kv.metr torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi. İddia tələbinin 1-ci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi JN-248F saylı Şəhadətnamənin arxiv nüsxəsi cavabdeh orqanda mövcuddur və həmin şəhadətnamənin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, həmin şəhadətnamə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. Sözügedən Şəhadətnamədə qeyd edilmiş 0.03 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.0973 ha torpaq sahəsinin bir hissəsidir və Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarı əsasında verilmişdir. Həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş ümumibirgə mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də, onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il iyulun 6-dək qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən iddiaçının adına aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından, iddiaçının niyyəti ümumibirgə mülkiyyət hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir. Həmçinin iş üzrə materiallardan da, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. İddia tələbinin 2-ci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı, 673 kv.metr torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi tələbini irəli sürərkən hüquqmüəyyənedici sənəd qismində 1991ci ilin iyun ayında tərtib edilmiş 1170 inventar nömrəli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”-na istinad edir. Sözügedən sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi rayonlararası texniki inventarizasiya bürosunun möhürü ilə təsdiq edilmişdir. İstinad olunan sənəd Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəd kimi qiymətləndirilə bilər. Sözügedən normada Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” nəzərdə tutulsa da, məhkəmə qeyd edir ki, hər iki sənədin - “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” və “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportlar”ın – mahiyyəti bir qayda olaraq aid olduqları daşınmaz əmlak obyektinə dair texniki göstəricilərin təsvirindən ibarət olduğundan, konkret mübahisədə sənədin adına yox, onu verən quruma müvafiq olaraq hüquqi dəyərləndirmə aparılmalıdır. Yuxarıda qeyd edildiyi kimi 1170 inventar nömrəli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 1991-ci ilin iyun ayında (1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsinədək), yəni Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən tərtib edildiyindən və həmin sənədi tərtib edən qurum Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqan olduğundan məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndində əsasən həmin sənədin hüquq müəyyənedici sənəd kimi sübut qismində qəbul edilməsini mümkün hesab edir. Bununla belə istinad olunan sənəddə torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki olaraq 973.5 kv.m göstərilmişdir. Sənəd üzrə 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsində JN-248F saylı Şəhadətnamə əsasında iddiaçının və digər ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, iddiaçı, qalan 300 kv.m hissədə mülkiyyət hüququnun mərhuma məxsus olması ilə bağlı tələbdə haqlı sayılmalıdır. Belə ki, iş üzrə sübut qismində qəbul edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600 kv.m olması aşkar qeyd edilmişdir. Odur ki, hüquqmüəyyənedici sənəd olmadan faktiki ölçüyə münasibətdə hüququn dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə uyğun deyil. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, həmin torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid, yaşayış məntəqələri torpaqları təyinatlı, həyətyanı məqsədilə tikinti altında olan torpaqlardır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-248F saylı şəhadətnamədə qeyd olunan, iddiaçının və digər ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 0,03 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, qalan 300 kv.metr torpaq sahəsi üzərində isə tam mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar