Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-59/2020 20.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı orta məktəbi bitirdikdən sonra xx xxxxxx 1975-ci ildə X2 «Metalların kəsməklə emalı» ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul olmuşdur. xx xxxx 1978ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirib diplom almış və həmin vaxtdan da ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Hazırda pensiyaya çıxmaq istəyir, lakin əyani təhsil aldığı müddəti əmək stajına cavabdeh orqan tərəfindən daxil edilmir. Səbəb kimi göstərilir ki, «Əmək pensiyaları haqqında» qanunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Təhsil aldığı dövrdə qüvvədə olan, yəni xx.xx.1956cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, iddiaçı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X5 xx.xx.2020-ci il tarixində iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim etmiş və “iddiaçının xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı iş stajı əmək kitabçası üzrə 27 il 8 ay 26 gündür və “xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı (işləmədiyi) öz hesabına məzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyən edilmişdir. İddiaçı pensiya hüququ 61 yaşında xx.xx.2019-cu il tarixdə yaranmışdır. Əmək və X6 Nazirinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən bildiririk ki, 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsini və hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir. İddiaçı mübahisələndirilən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X4 Texnikumunda təhsil aldığı 02 il 6 ay 2 gün onun mübahisələndirilməyən ümumi 21 il 12 gün iş stajının üzərinə əlavə edilərək 23 il 6 ay 14 gün mübahisələndirilməyən iş stajı kimi qəbul edilmişdir. İddiaçı 23 il 6 ay 14 gün ümumi iş stajı tələb olunan 25 il sığorta stajından az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2019-cu il tarixli X-167 nömrəli arxiv arayışı, AZE seriyalı 14242626 nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, BT seriyalı 015422 nömrəli diplomun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2019-cu il tarixli T-70 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli 208 nömrəli məktubu, Cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli etirazı və xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu, “xxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışı, Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli və xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubları, Nikahın bağlanması haqqında İİ- ЖГ seriyalı 297781 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, iddiaçının vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı, iddiaçının vəkili və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia qismən əsaslıdır. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixinə qədər X1 əyani təhsil alması BT seriyalı 015422 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İşdə olan, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “xxxxxxxxxxxxxxxxx” X7 işləmişdir. Həmçinin işdə olan “xxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “xxxxxxxxxxxxxxxxx” X7 işləmiş və işlədiyi müddətdə öz hesabına məzuniyyətə 6 il 8 ay 14 gün olmuşdur. Xammal-material çatışmamazlığı ilə əlaqədar olaraq məcburi məzuniyyətdə 2 il 5 ay 14 gün gün olmuşdur və əmək haqqının 2/3 hissəsi ödənilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının iş stajı əmək kitabçası üzrə 27 il 8 ay 26 gündür və “xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı öz hesabına mənzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyən edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, Əmək və X6 Nazirinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən bildiririk ki, 2006cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsini və hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir. İddiaçı mübahisələndirilən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X4 Texnikumunda təhsil aldığı 02 il 6 ay 2 gün onun mübahisələndirilməyən ümumi 21 il 12 gün iş stajının üzərinə əlavə edilərək 23 il 6 ay 14 gün mübahisələndirilməyən iş stajı kimi qəbul edilmişdir. İddiaçı 23 il 6 ay 14 gün ümumi iş stajı tələb olunan 25 il sığorta stajından az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut (qərar) təqdim etməmişdir. Həmçinin cavabdeh təhsil müddətinin daxil ediləcəyi təqdirdə belə iddiaçının pensiya hüququnun yaranmadığını qeyd edir və bunu iddiaçının 6 il 8 ay 14 gün öz hesabına məzuniyyətdə olmaqla bağlı işləməməsi ilə əsaslandırır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinəəsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, xx xxxx 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: -252-ci maddəsinəəsasən, bütün işçilər hökmən dövlət sosial sığortası iləəhatə olunmalıdırlar.; -253-cü maddəsinəəsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx xxxx 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 304-cü maddəsinəəsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdəəvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) -306-cı maddəsinin 2-ci bəndinəəsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Göründüyü kimi maddələrin tələblərinə əsasən əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: -birinci hissəsinəəsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdəəmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -üçüncü hissəsinəəsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinəəsasən,ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və tərəflərin qarşılıqlı razılığı ilə verilir.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. “X8” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1975xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-59/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-59/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver